Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

NORVEÇ KRALLIĞININ BAŞ NAZİRİ ZATİ-ALİLƏRİ CƏNAB KYEL MAQNE BONDEVİKƏ

Hörmətli cənab Baş nazir,

Norveç Krallığının milli bayramı - Konstitusiya günü münasibətilə Sizi və bütün Norveç xalqını təbrik edirəm.

Əminəm ki, dost ölkələrimiz arasındakı əməkdaşlıq münasibətləri qarşılıqlı surətdə faydalı zəmində daim inkişaf edəcəkdir.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, ölkənizə sülh və çiçəklənmə arzulayıram.

Hörmətlə,

Heydər Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 13 may 2002-ci il

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin