QAN YADDAŞI


Nantdakı “Qarabağ” məktəbinin yeni ildə keçirilən ilk dərsi 20 Yanvar faciəsi qurbanlarına həsr olunub VİDEO

Nant, 24 yanvar, AZƏRTAC

Fransanın Nant şəhərində fəaliyyət göstərən “Qarabağ” Azərbaycan məktəbi qış tətilindən sonra dərslərə başlayıb.

AZƏRTAC xəbər verir ki, Nant “Qarabağ” məktəbində tətildən sonra ilk dərs 20 Yanvar faciəsinə həsr edilib.

Azərbaycan dili müəllimi Aynurə Hacıyeva uşaqlara 20 Yanvar faciəsi, şəhidlərimiz haqqında ətraflı məlumat verib.

Məktəbin şagirdləri 20 Yanvar faciəsinin qurbanlarına həsr edilmiş “Qanlı gecə”, “20 Yanvar”, “Şəhidlər”, “Ağla Qərənfil ağla” şerlərini söyləyiblər. Fəal şagirdlər müəllim tərəfindən mükafatlandırılıb. Musiqi dərsində şagirdlər “Şəhidlər” simfoniyasını öyrəniblər.

Belə tədbirlərin təşkilinə görə şagirdlərin valideynləri müəllimlərə təşəkkürlərini bildiriblər.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Nant

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.