İQTİSADİYYAT
“Nar Mobile” yeni kampaniyaya başlayıb
Bakı, 6 oktyabr (AZƏRTAC). “Nar Mobile” mobil operatoru öz tərəfdaşı “Irshad Electronics” ilə birlikdə yeni kampaniyaya başlayıb.
“Nar Mobile” şirkətindən AZƏRTAC-a bildiriblər ki, oktyabrın 31-dək davam edəcək kampaniyaya əsasən, hər kəs ayda 10 manat ödəməklə “Irshad Electronics” mağazalarından 18 aylıq faizsiz kreditlə “Nokia Lumia 525” smartfonunu əldə edə bilər. İçində “Nar” nömrəsi olan bu smartfonu alanlar 6 ay ərzində öz balanslarını artıraraq 100 manat dəyərində şəbəkədaxili danışıq və 600 meqabayt internet trafiki hədiyyə qazanacaqlar. Beləliklə, “Nokia Lumia 525” əldə etmiş istifadəçilər bu smartfon üçün ödəyəcəkləri məbləğin tən yarısını 6 ay müddətində mobil operatordan bonus şəklində geri ala biləcəklər.
Daha ətraflı məlumatı mobil operatorun İnternet səhifəsində yerləşdirilib.