CƏMİYYƏT
“Narkotik sərhədsiz fəlakətdir” adlı yeni sosial çarx hazırlanıb
Bakı, 12 oktyabr, AZƏRTAC
“Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə Tədbirlər Planının 4.4.38-ci bəndinə müvafiq olaraq, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən “Narkotik sərhədsiz fəlakətdir” adlı sosial çarx hazırlanıb.
Dövlət Komissiyasının İşçi Qrupundan AZƏRTAC-a bildiriblər ki, sosial rolikdə ailədaxili münasibətlər kontekstində valideyn nəzarətsizliyinin narkotik vasitələrdən istifadədə rolu təsvir edilib. Videoçarxda “Ailəmizə və övladlarımıza dəyər verək! Narkotik sərhədsiz fəlakətdir” xəbərdaredici şüarları da yer alıb.
Mövcud şəraitə uyğun olaraq gələcəkdə videoçarxın kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə işıqlandırılması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]