REGİONLAR


Narkotiklərin dövriyyəsi və narkomanlıq bəşəri bəladır

Ağsu, 20 iyun, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsi və narkomanlıq bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bu problem bəşər cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikirlər 26 iyun – narkomaniya və narkotiklərin qanunsuz dövriyyəsinə qarşı Beynəlxalq Mübarizə Günü münasibətilə keçirilən dəyirmi masada səsləndirilib.

Dəyirmi masada çıxış edən mərkəzi kitabxananın direktoru Cəbrayıl Bədəlov, rayon veteranlar təşkilatının sədri Cəmaləddin Zeynalov, gənclər və idman idarəsinin əməkdaşı Babazər Həmidov, ziyalı Çingiz Mustafayev, din xadimi Düldül Səmədov və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin rayon üzrə nümayəndəsi Tural Vahidov müasir dövrdə yeniyetmə və gənclər üçün böyük təhlükə mənbəyi olan “ağ ölüm”ə qarşı dövlət tərəfindən aparılan genişmiqyaslı tədbirlərdən danışıblar. Vurğulanıb ki, 2005-ci il iyunun 28-də qəbul edilən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Qanun bu mübarizədə xüsusi önəm kəsb edir.

Çıxışlarda, həmçinin bildirilib ki, narkomaniya ilə mübarizə hər bir vətəndaşın mənəvi borcudur. Bu sahədə daha səmərəli nəticələrə nail olunması üçün yeniyetmə və gənclər arasında sağlam həyat tərzinin təbliği daim diqqət mərkəzində saxlanılmalıdır.

Sonda “Narkomaniya bəşəriyyətin bəlasıdır” adlı videoçarx nümayiş etdirilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.