CƏMİYYƏT


Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini saxlanılıb

Bakı, 13 oktyabr, AZƏRTAC

Narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini İ.Şahverdiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Binəqədi Rayon Polis İdarəsinin 43-cü polis bölməsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş İ.Şahverdiyev saxlanılıb. Şəxsi axtarış zamanı ondan heroin götürülüb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun “Mercedes” markalı bir avtomobildən 230 manat pul və bank kartı oğurlaması da müəyyən edilib.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində təhqiqatlar davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.