Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq ideologiyasını hər zaman uca tutan, milli-mənəvi dəyərlərimizə sadiq olan İsa Həbibbəyli xalqı və dövlətini ürəkdən sevən, sözü, əməli işi və sədaqəti bir-birini tamamlayan elm xadimidir.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bu fikir Naxçıvan Dövlət Universitetinin (NDU) Konservatoriyasının akt zalında AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin anadan olmasının 70 illiyi münasibətilə “Akademik İsa Həbibbəyli-70” mövzusunda keçirilən elmi konfransda səsləndirilib.

Əvvəlcə tədbir iştirakçıları görkəmli alimin elmi-ictimai fəaliyyətini əks etdirən “Akademik İsa Həbibbəyli-70” adlı sərgiyə baxıblar.

Konfransda Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid çıxış edərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun Tədbirlər Planına uyğun keçirilən bugünkü konfrans Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun görkəmli akademikin timsalında elmə, ziyalılığa, elm adamlarına verdiyi yüksək dəyərin ifadəsidir. Son illər muxtar respublikada elmin inkişafı ilə bağlı imzalanan sərəncamlar, alim nüfuzunun yüksəldilməsinə xidmət edən tədbirlər, atılan tarixi addımlar Naxçıvanın gələcək inkişafına hesablanan dövlət elm siyasətinə ən bariz nümunədir. Akademik İsa Həbibbəylinin yubiley tədbirlərinin Naxçıvanda dövlət səviyyəsində qeyd edilməsi faktı da muxtar respublika rəhbərinin görkəmli alimin timsalında doğma yurda bağlılıq, Vətən sevgisi, soykökə qayıdış, ümumilikdə, milli-mənəvi dəyərlər siyasətinin konseptual proqramı kimi də dəyərləndirilə bilər.

“Akademik İsa Həbibbəyli ilk növbədə bütün ömrünü Azərbaycanın milli-mənəvi dəyərlərinin təbliğinə həsr edən ictimai xadimdir”, - deyən Surə Seyid vurğulayıb ki, ömür kitabının 70-ci ilini yaşayan görkəmli akademik bu kitabın ilk səhifəsinə öz adını qayğıkeş müəllim, fədakar alim, əsl ziyalı kimi yazdırıb, onu sevənlərin və tələbələrinin xatirəsində əbədi qalıb. Çoxcəhətli elmi fəaliyyət sferasında ölkədə gedən ictimai-mədəni və elmi-ədəbi proseslərdə fəal iştirak edən akademik İsa Həbibbəyli, sözün əsl mənasında, tədqiqatçılıq, ziyalılıq və vətəndaşlıq borcunu ardıcıl olaraq yorulmadan həyata keçirir. O, elmdə, cəmiyyətdə qazandığı nüfuzu özünün istedadı, genişmiqyaslı fəaliyyəti, universal və sanballı elmi yaradıcılığı, tükənməz enerjisi və əməyi sayəsində əldə edib. Çox sadə, təmkinli, təvazökar bir insan olmaqla yanaşı, həm də dərin məntiqli, möhkəm əqidəli, daim həyata nikbin baxan ziyalı olan İsa Həbibbəylinin görkəmli şəxsiyyətlər haqqındakı elmi məqalələri ədəbiyyatşünaslıq elmimiz üçün qiymətli töhfələrdir.

Qeyd edilib ki, ədəbiyyatşünas alimin fəaliyyətinin 20 ilə yaxın bir dövrünü onun NDU-nun rektoru kimi fəaliyyət göstərdiyi illər təşkil edir. Ali Məclisin Sədri Vasif Talıbovun böyük dəstəyi ilə rektorluq fəaliyyəti dövründə bu ali məktəbin həyatında köklü müsbət dəyişikliklər baş verib, təhsil quruculuğu, elmi fəaliyyət, beynəlxalq əlaqələr genişlənib, ali təhsil və kadr hazırlığı dövlətçilik konsepsiyası, milli düşüncə, azərbaycançılıq məfkurəsi əsasında inkişaf edib. Yenilikçi və novator insan kimi rektorluq fəaliyyəti dövründə 2000-ci ildə universitetin ilk beynəlxalq layihəsi olan Beynəlxalq əlaqələrin Avropa standartlarına uyğun qurulması, Amerika universitetləri ilə əlaqələrin yaradılması, Amerikada “Naxçıvanın səsi” adlı aylıq bülletenin nəşr olunması, informasiya kommunikasiya texnologiyalarının inkişafına xidmət edən “Elektron Naxçıvan” ideyası, dəyəri 3,5 milyon dollar olan “Elektron universitet” layihəsinin həyata vəsiqə alması, onun sədrliyi ilə keçən dissertasiya şuralarında elmi inkişafa xidmət edən müdafiələrin keçirilməsi və ən əsası ali məktəb nəzdində İsa Həbibbəyli məktəbinin davamçılarının formalaşması və digər onlarla fakt akademikin yorulmaz fəaliyyətinin bəhrələri sayıla bilər.

Surə Seyid deyib: “Görkəmli alimin Vətən qarşısındakı xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Akademik İsa Həbibbəyli 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə “Şöhrət” ordeni ilə təltif olunub, “Əməkdar elm xadimi” adına, “Şərəf” ordeninə layiq görülüb. O, 2001-ci ildə Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü seçilib, eyni ildə Amerika Tədqiqatlar İnstitutunun “İlin adamı-2001” mükafatını qazanıb. 2019-cu ilin 15 oktyabr tarixində görkəmi alimimiz dövlət başçısı İlham Əliyevin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub”.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyevin, NDU-nun rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmovun, “Naxçıvan” Universitetinin rektoru, professor İsmayıl Əliyevin, Naxçıvan Müəllimlər İnstitutunun rektoru, dosent Elbrus İsayevin, AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktor müavini, professor Hüseyn Həşimlinin çıxışları dinlənilib. Çıxış edənlər görkəmli elm və ictimai xadimi təbrik edib, akademikin elm, təhsil istiqamətlərindəki çoxşaxəli fəaliyyətindən söhbət açıblar.

Akademik İsa Həbibbəyliyə 70 illik elmi-pedaqoji fəaliyyətinə görə AMEA Naxçıvan Bölməsinin fəxri fərmanı və təbrik məktubu təqdim olunub.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsinə görə ölkə Prezidenti İlham Əliyevə və Naxçıvanda 70 illik yubileyinin geniş şəkildə qeyd edildiyi üçün Ali Məclisin Sədri Vasif Talıbova dərin minnətdarlığını bildirib.

Akademik qeyd edib ki, ulu öndərimiz Heydər Əliyevin apardığı uzaqgörən siyasət müstəqil Azərbaycan Respublikasını dərin faciəvi böhrandan xilas edib, ölkə özünün gələcək inkişafının əsas axarını tapa bilib. Əgər Ümummilli Lider xalqımızın xilaskarlıq missiyasını yerinə yetirməsəydi, bugünkü inkişaf, tərəqqi mənzərəsi mümkün olmayacaqdı. Görkəmli dövlət xadiminin siyasi xəttini uğurla davam etdirən ölkə Prezidenti İlham Əliyevin qətiyyətli və uzaqgörən fəaliyyəti nəticəsində Azərbaycan qısa zaman ərzində inkişaf etmiş ölkələr sırasına qoşulub, həyatın bütün sahələrinin, o cümlədən elm və təhsilin yüksək səviyyədə inkişafı təmin edilib.

“Məhz Ulu Öndər siyasətinin uğurlu davam etdirilməsinin nəticəsidir ki, bu gün Azərbaycan dünyada söz sahibi olan ölkələr sırasında yer alıb. Dünya liderləri arasında yüksək analitik təfəkkürü və qətiyyəti ilə seçilən ölkə Prezidenti İlham Əliyev həm də dünya azərbaycanlılarının lideri missiyasını yüksək səviyyədə həyata keçirir”, - deyən akademik diqqətə çatdırıb ki, son 24 ildə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun gördüyü böyük işlər nəticəsində qədim diyar da əsl inkişaf mərhələsinə qədəm qoyub, ordu quruculuğu, iqtisadiyyat, elm, təhsil sahələrində reallaşdırılan infrastruktur layihələri öz bəhrələrini verib. Ümummilli lider Heydər Əliyev ideallarını sədaqətlə yaşadan, dövlət başçısının müdrik siyasətini uğurla həyata keçirən Ali Məclis Sədrinin formalaşdırdığı Naxçıvan dövlətçilik modeli əqidə bütövlüyü, məsuliyyət, əməli işlə bağlı mühüm prinsipləri özündə nümayiş etdirir.

Naxçıvanda böyük ziyalı nəsli formalaşdığını vurğulayan akademik 70 illik yubileyinin bu qədim diyarda yüksək səviyyədə qeyd olunmasını bütün elm adamlarına verilən yüksək qiymət kimi dəyərləndirib. Sonra akademik İsa Həbibbəylinin elmi-pedaqoji və ictimai fəaliyyəti ilə bağlı sənədli film nümayiş olunub.

Qeyd edək ki, Bilik Fondunun Tədbirlər Planına uyğun olaraq yubiley çərçivəsində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Naxçıvanşünaslıq Mərkəzində “Akademik İsa Həbibbəyli alim və ictimai xadim kimi” mövzusunda açıq dərs, NDU-da “İsa Həbibbəyli və Naxçıvan Dövlət Universiteti” mövzusunda konfrans, NDU və Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin birgə təşkilatçılığı ilə “Naxçıvan ədəbi mühiti akademik İsa Həbibbəylinin tədqiqatlarında” mövzusunda tədbir də keçirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir

Azərbaycan-Bolqarıstan əməkdaşlığında bütün sahələr üzrə göstəricilər yüksəlir - ŞƏRH

Azərbaycanın voleybol millisi Sloveniyaya yollanıb

Türkiyənin Hacettepe Universiteti ilə Azərbaycanın ali təhsil ocaqları arasında əməkdaşlıq genişləndiriləcək

Faktiki hava açıqlanıb: Şahdağda qar, Xınalıqda isə sulu qar yağıb

® Xırdalan 0.0 Futbol Millisinin alkoqolsuz sponsoru oldu

İncəsənət xadimləri Azərbaycan Respublikası Prezidentinin mükafatına layiq görüldülər - SƏRƏNCAM

Bir qrup mədəniyyət xadiminə Azərbaycan Prezidentinin fərdi təqaüdü verildi - SƏRƏNCAM

İncəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatlarının verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan mədəniyyət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Mayın 10-11-də Astara rayon sakinlərinə oftalmoloji xidmət göstəriləcək

Milli Kitabxanada 9 - May Faşizm üzərində Qələbə Günü münasibətilə elektron məlumat bazası təqdim edilib

Azərbaycanın 4 güləşçisi lisenziya turnirində mübarizəyə başlayır

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva faşizm üzərində Qələbə uğrunda həlak olan Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar VİDEO

Ötən gün aşkarlanan və təhvil götürülən silah-sursatın sayı açıqlanıb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb

“Sizin Makedoniya” koalisiyasının nümayəndəsi: Nəticələr hökumətin ilk 100 günü ərzində nümayiş etdiriləcək

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban xanım Əliyeva 9 May - Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb