RƏSMİ SƏNƏDLƏR
Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimləri təyin edilsinlər:
Əsgər Novruz oğlu Novruzov - |
Naxçıvan Muxtar Respublikası
Ağır Cinayətlər Məhkəməsinin
hakimi
|
Mehman Dünyamalı oğlu -
Allahverdiyev
|
Naxçıvan Muxtar Respublikası
Naxçıvan Şəhər Məhkəməsinin
hakimi
|
Əhliman Mehman oğlu -
Xıdırov
|
Naxçıvan Muxtar Respublikası
Kəngərli rayon Məhkəməsinin
sədri
|
2. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikası
Milli Məclisinin Sədri O.Əsədov
Bakı şəhəri, 2 noyabr 2018-ci il.