Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvan Muxtar Respublikasında dövlət uşaq siyasəti uğurla reallaşdırılır

Naxçıvan, 14 fevral, AZƏRTAC

Muxtar respublikada yaşayan uşaqlar hər il olduğu kimi 2019-cu ildə də dövlətin diqqət və qayğısı ilə əhatə olunublar. Onların qanunla müəyyən olunmuş hüquq və mənafelərinin müdafiəsi ötən il ərzində diqqət mərkəzində saxlanılıb və bu sahədə ardıcıl tədbirlər görülüb.

Valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların ailə mühitində yaşamasının təmin olunması məqsədilə 2019-cu il ərzində 9 uşaq qəyyumluq və himayəyə verilib, həmin uşaqların evlərində monitorinqlər təşkil olunub, yaşayış şəraitləri öyrənilib, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilib. Dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2019-cu il ərzində ümumtəhsil məktəblərini bitirmiş həmin uşaqlardan 4-ü ali məktəblərə qəbul olub. Bundan əlavə, bayram günlərində və tədbirlərdə valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan 1006 uşağa hədiyyə və sovqatlar verilib ki, bu da ötən illə müqayisədə 286 uşaq çoxdur. 15 Sentyabr - Bilik Günü ilə əlaqədar xüsusi qayğıya ehtiyacı olan 379 uşaq məktəbli paltarı, dərs ləvazimatları və qış geyimi ilə təmin olunublar. Həmçinin ötən il ərzində 6 uşaq övladlığa verilib ki, bu da əvvəlki illə müqayisədə 5 uşaq azdır.

Dövlət Proqramının icrası yeni-yeni nailiyyətlərə yol açır

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2016-cı il 11 yanvar tarixli Sərəncamı ilə təsdiq edilmiş “2016-2020-ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı”nın icrası nəzarətdə saxlanılıb, sağlamlıq imkanları məhdud uşaqların təhsil hüquqlarının təmin olunması, məsafədən (distant) təhsilin əhatə dairəsinin genişləndirilməsi, sosial reabilitasiyasında müasir üsulların tətbiq edilməsi, onların cəmiyyətə inteqrasiyası üçün əlverişli şəraitin yaradılması məqsədilə bir sıra işlər görülüb, müvafiq uşaqlar məktəbəqədər, ümumtəhsil, peşə və məktəbdənkənar təhsil müəssisələrinə cəlb ediliblər.

2019-2020-ci tədris ilində ümumtəhsil müəssisələrinin birinci siniflərinə 83, distant tədrisin birinci sinfinə 6, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbin birinci sinfinə 2, məktəbdənkənar müəssisələrin dərnəklərinə 126, şahmat məktəblərinə 59, idman məktəblərinə 168, uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə 111, məktəbəqədər təhsil müəssisələrinə, ümumtəhsil məktəblərində fəaliyyət göstərən hazırlıq qruplarına və Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin defektoloji bölmələrinə 193 sağlamlıq imkanları məhdud uşaq cəlb edilib. Defektoloji bölmənin və psixoloji dəstək xidmətinin mütəxəssisləri tərəfindən Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində uşaqlarla fərdi qaydada reabilitasiyayönümlü məşğələlər aparılıb, mərkəzin təlim-tərbiyə üzrə mütəxəssislərinə maarifləndirici təlimlər keçirilib.

Ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 1048, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 10, Distant Tədris Mərkəzində 11 uşaq təhsil, 9 uşaq isə Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzində təlim-tərbiyə alır.

Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzində 12 uşağın təhsil aldığı art terapiya kursları təşkil edilib, müvafiq mərkəzdə kinect oyun otağında təşkil edilmiş məşğələlərə 46, musiqi terapiyasına 43, psixoloji dəstək xidmətinə 59 diqqət zəifliyi olan və hiperaktiv uşaqlar cəlb edilib. Həmçinin mərkəzdə audio və elektron kitabxanaların zənginləşdirilməsi məqsədilə il ərzində elektron kitabxana fonduna 100 yeni elektron kitab, audiokitabxana fonduna 39 əsər və 18 sənədli film əlavə edilib. Hazırda audiokitabxana fondunda 1455, elektron kitabxana fondunda 873, brayl kitabxana fondunda isə 1228 kitab mövcuddur. Görmə məhdudiyyətli uşaqlar üçün “Könül işığı” adlı brayl jurnalının, “Şəfəq” adlı xüsusi nəşrlərinin nömrələri də audiokitabxananın kataloquna daxil edilib. Həmçinin muxtar respublikanın uşaq kitabxanaları tərəfindən 158 sağlamlıq imkanları məhdud uşağa evlərində səyyari kitabxana xidməti göstərilib.

Sağlamlıq imkanları məhdud uşaqların peşə təhsili və tibbi reabilitasiyası diqqətdə saxlanılır

Sağlamlıq imkanları məhdud uşaqlar peşə təhsilindən də kənarda qalmayıb. Ümumtəhsil məktəblərinin yuxarı siniflərində təhsil alan şagirdlərə peşəyönümlü məşğələlər keçirilib, əmək bazarının tələbinə uyğun peşə və ixtisaslar barədə məlumatlar verilib. Ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 12 nəfəri orta ixtisas təhsili müəssisəsinə, 14 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olub.

Tibbi reabilitasiya məsələləri də diqqətdə saxlanılıb. Belə ki, 2019-cu il ərzində Naxçıvan Uşaq Bərpa Mərkəzində sağlamlıq imkanları məhdud 435 uşaq müalicə alıb, 73 uşağa protez-ortopediya xidmətləri göstərilib, 58 uşağa texniki reabilitasiya vasitələri verilib.

Sağlamlıq imkanları məhdud uşaqlara qarşı tolerant mühitin yaradılması məqsədilə aidiyyəti dövlət orqanları tərəfindən məktəbəqədər, məktəb və məktəbdənkənar təhsil müəssisələrində monitorinqlər aparılıb, 4 məktəbdə maarifləndirici görüş keçirilib.

Uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı istiqamətində ardıcıl işlər görülüb

Qeyd edilən kateqoriyadan olan uşaqların istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, eləcə də cəmiyyətin ictimai-mədəni həyatındakı iştirakını təmin etmək məqsədilə onlar arasında əyləncəli idman oyunları, yarışlar və müsabiqələr keçirilib, rəsm və əl işlərindən ibarət sərgi-satış təşkil edilib, film, konsert proqramı və tamaşalar nümayiş olunub, müvafiq kateqoriyadan olan uşaqların tarixi abidələrə, muzeylərə, istehsal və emal müəssisələrinə ekskursiyaları təşkil edilib.

Məktəblilər arasında keçirilən fənn olimpiadasında 1 nəfər sağlamlıq imkanları məhdud uşaq III yerə layiq görülüb, 250-dən çox sağlamlıq imkanları məhdud uşaq idman oyunlarında iştirak edib, iştirakçılara diplom və hədiyyə verilib. Xırdalan və Naxçıvan şəhərlərində keçirilən idman yarışlarında isə 2 nəfər I yerin, 2 nəfər isə III yerin qalibi olub.

Ağbulaq İstirahət Mərkəzində 422 uşağın istirahəti təşkil edilib, 1681 uşağa hədiyyələr verilib

Uşaqların, eləcə də xüsusi qayğıya ehtiyacı olan uşaqların asudə vaxtlarının səmərəli təşkili məqsədilə aid dövlət orqanları tərəfindən Ağbulaq İstirahət Mərkəzində istirahətləri təşkil edilib. Belə ki, 30 sağlamlıq imkanı məhdud, 21 aztəminatlı, 18 valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, 1 şəhid, 5 qaçqın və məcburi köçkün ailələrdən olan uşaqlar olmaqla, ümumilikdə, 422 uşağın istirahəti təmin olunub.

2019-cu il ərzində muxtar respublikanın aid dövlət orqanları tərəfindən əlamətdar günlərdə uşaqlar üçün bayram tədbirləri və yaradıcılıq müsabiqələri, o cümlədən şeir, inşa yazı, rəsm, əl işləri müsabiqələri, bilik və idman yarışları keçirilib. Müsabiqə və yarışlarda 20 min 85 uşaq iştirak edib, bu da ötən illə müqayisədə 16 min 417 uşaq çoxdur. Qaliblərə və iştirakçılara diplom və hədiyyələr verilib. Həmçinin bayram tədbirlərində və 1 İyun - Uşaqları Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar keçirilən tədbirlərdə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, qaçqın və məcburi köçkün, sağlamlıq imkanı məhdud, şəhid və aztəminatlı ailələrdən olan uşaqlar olmaqla, ümumilikdə, 1681 uşağa hədiyyələr təqdim olunub.

Çoxsaylı maarifləndirici tədbirlər və monitorinqlər keçirilib

Yetkinlik yaşına çatmayanlar arasında nəzarətsizliyin və hüquqpozmaların profilaktikası ilə əlaqədar bir sıra tədbirlər görülüb. Belə ki, yeniyetmələrin zərərli vərdişlərdən uzaqlaşdırılması, hüquqlarının və qanuni mənafelərinin qorunması, maarifləndirmə və təbliğat işinin aparılması məqsədilə 998 reyd yoxlaması keçirilib, müxtəlif mövzularda keçirilən görüşlərdə 556 dəfə məruzə və çıxışlar olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Naxçıvan Мuxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası”na əsasən 20 uşaq müəssisəsində dövri monitorinq keçirilib. Məqsəd həmin müəssisələrdə uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquq və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması və uşaq hüquqlarının pozulması hallarının qarşısının alınmasıdır. Monitorinqlərin nəticələri, o cümlədən aşkar edilmiş nöqsanlar ekspert qrupunun üzvləri tərəfindən aktlaşdırılıb, nöqsanların aradan qaldırılması ilə bağlı aidiyyəti təşkilatlara aktın surəti göndərilib və lazımi tədbirlər görülüb.

Elektron məlumat bankının proqram təminatı yenilənib

2019-cu il ərzində Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının proqram təminatı yenilənib, uşaqlar haqqında fərdi məlumatlar daxil olunub, bankdakı uşaqların sayı 24 min 489 nəfərə çatıb.

Uşaq əhalisinin sağlamlığının qorunması, sağlamlıq tədbirlərinin yaxşılaşdırılması və uşaqlara müasir tələblərə uyğun tibbi xidmətin göstərilməsi dövlətimiz tərəfindən daim diqqət mərkəzində saxlanılıb. Belə ki, 2019-cu ildə də ixtisaslı həkim briqadaları tərəfindən pediatr olmayan və yaxud sərhəd zonalarında yerləşən ucqar dağ kəndlərində 1795 uşaq müayinə olunub, ehtiyacı olanlara tibbi yardım göstərilib. Bununla yanaşı, uşaqların icbari dispanserizasiyası ilə əlaqədar tədbirlər görülüb, uşaqlar arasında qurd invaziyalarının qarşısının alınması üçün şəhər və rayon Gigiyena və Epidemiologiya Mərkəzləri tərəfindən profilaktik müayinələr aparılıb.

Ötən il muxtar respublikada uşaqların sayı 164 min 546 nəfərə çatıb

Son illər əhali artımında müsbət miqrasiya ilə yanaşı, yeni doğulanların sayı da əsas rol oynayıb. Belə ki, ötən il ərzində 5415 uşaq doğulub və muxtar respublikada uşaqların sayı 164 min 546 nəfər olub. Bu da ötən illə müqayisədə 1265 uşaq çoxdur. Hesabat ili ərzində doğulan 4918 uşağa 12 saat ərzində Hepatit B, 7 gün müddətində BSJ peyvəndləri vurulub, poliomielit peyvəndi damcı şəklində verilib. İki aylığından sonra uşaqlara pentavaksin (Hib) peyvəndi və digər peyvəndlər vurulub. Bütün bunların nəticəsidir ki, idarəolunan yoluxucu xəstəliklərin bir çoxu artıq ləğv olunub və ya bu il ərzində rast gəlinməyib. Bununla yanaşı elektron sağlamlıq kartlarına keçid işi də yaxşılaşdırılıb və 3729 elektron kart alınıb valideynlərə paylanıb.

Muxtar respublikanın ümumtəhsil məktəblərində 50 min 590 şagird təhsil alır

2019-2020-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərində 50 min 590 şagird təhsil alır ki, bunlardan 24 min 357-si qızlardır. Tədris ilində ümumtəhsil məktəblərinin I sinfinə 2549 qız olmaqla, 5030 şagird tədrisə cəlb olunub. Ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1720-si ali təhsil müəssisələrinə, 366-sı ümumi, 244-ü tam orta təhsil bazası olmaqla 580-i orta ixtisas təhsili müəssisələrinə qəbul olub və ali məktəblərə qəbul olunan 281 nəfəri 500-700 arası bal toplayıb ki, bunlardan da 172 nəfəri qızlardır. Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 180 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olub.

Olimpiadalarda 25 şagird medal qazanıb

2018-2019-cu tədris ilində məktəbi bitirən tam orta təhsil bazası üzrə məzunlardan 13-ü qızıl, 16-sı gümüş medala, 45 nəfər isə fərqlənmə attestatına layiq görülüb. Medallara və fərqlənmə attestatına layiq görülmüş məzunlar onlara göstərilən etimadı doğruldub, qəbul imtahanlarında 35 nəfər 500-600, 39 nəfər isə 600-700 arası bal toplayıb, 4 məzun isə Prezident təqaüdünə layiq görülüb.

İstedadlı uşaqlar və gənclərin təhsilinin davam etdirilməsi məqsədilə muxtar respublika məktəblərinin fənn olimpiadaları keçirilib. Olimpiadalarda 2-si qızıl, 6-sı gümüş, 17-si isə bürünc olmaqla, 25 şagird medal qazanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 24 iyun tarixli Sərəncamı ilə 2019-cu ildə muxtar respublikada xüsusi istedadı olan 3 məktəblinin adı Naxçıvan Muxtar Respublikası Gənc İstedadlarının “Qızıl kitabı”na yazılıb və onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülüblər.

Ali Məclis Sədrinin 2015-ci il 14 mart tarixli “Naxçıvan Muxtar Respublikasının elm, ali və orta ixtisas təhsili müəssisələri ilə ümumtəhsil məktəbləri arasında əlaqələrin təşkili haqqında” Sərəncamına uyğun olaraq elmi dərəcəli müəllimlər tərəfindən 2019-cu il ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində 1465 saat nümunəvi dərs tədris olunub. Bundan əlavə il ərzində ümumtəhsil məktəblərinin şagirdlərinə muzeylərdə 326 açıq dərs keçirilib.

Elektron təhsil təşkil edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 20 iyun tarixli “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” Sərəncamına uyğun olaraq uşaqların yüksək təhsilə və informasiya-kommunikasiya texnologiyalarına yiyələnmələri istiqamətində bir sıra mühüm işlər görülüb. Belə ki, muxtar respublikanın ümumtəhsil məktəblərində 49 interaktiv dərs keçilib, 670-dən çox elektron lövhədən şagirdlərə müxtəlif fənlər tədris edilib, 90 faizdən yuxarı internetə qoşulmaqla, 9 şagird 1 kompüter dəstindən yararlanıb. Bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaradır.

İnnovativ dərnəklər fəaliyyətə başlayıb

Muxtar respublikada uşaq və gənclərin maraq və bacarıqlarının, intellektual səviyyələrinin və yaradıcılıq qabiliyyətlərinin inkişafı, asudə vaxtlarının səmərəli təşkili istiqamətində Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində innovativ dərnəklər fəaliyyətə başlayıb.

Naxçıvanda uşaq-gənclər idmanının təşkili, inkişafı, bədən tərbiyəsi və idman vasitəsilə uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi və asudə vaxtlarının səmərəli təşkili də diqqət mərkəzində saxlanılıb. Belə ki, uşaqlar arasında birincilik, turnir, yoldaşlıq görüşü, çempionat, idman yarışı, festival, olimpiada keçirilib. Keçirilən idman oyunlarında 7200-dən artıq uşaq, 1042 uşaq isə intellektual olimpiada və intellektual oyunlarda iştirak edib.

Muxtar respublikada 26 mindən çox uşaq idmanla məşğul olur

Bu gün muxtar respublikada 26 mindən artıq uşaq idmanla məşğul olur ki, bunlardan da 8 minə yaxını qızlardır. İdmanla məşğul olan uşaqlar istər muxtar respublikada, istərsə də buradan kənarda keçirilən idman yarışlarında yüksək nailiyyətlər əldə edib, Azərbaycan birinciliyində, Azərbaycan, Avropa və Dünya çempionatlarında, beynəlxalq turnirlərdə və beynəlxalq şahmat festivallarında 56-sı I yer, 52-si II yer, 83-ü III yer olmaqla, 191 yer qazanıblar.

2019-2020-ci tədris ilində muxtar respublikada fəaliyyət göstərən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərinə müxtəlif ixtisaslar üzrə 935 şagird qəbul olunub. İxtisaslı müəllimlər tərəfindən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərində müəllim və şagirdlərin hazırlıq səviyyəsinin artırılması məqsədilə müxtəlif ixtisaslar üzrə 85 ustad dərsi keçilib.

Ötəni il yetkinlik yaşına çatmayanların ictimai təhlükəli əməllər törətmələri barədə heç bir hadisə qeydə alınmayıb

2019-cu il ərzində aid dövlət orqanlarına Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində müəyyən edilən yaş həddinə çatmamış yetkinlik yaşına çatmayanların ictimai təhlükəli əməllər törətməsi barədə, habelə yetkinlik yaşına çatmayanların tərbiyəsi, təhsili və saxlanılması üzrə öz vəzifələrini yerinə yetirməyən və ya lazımınca yerinə yetirməyən valideynlər və ya digər qanuni nümayəndələr barəsində ərizə və müraciətlər daxil olmayıb.

2020-ci ildə də muxtar respublikada uşaqların qanunvericiliklə müəyyən edilmiş hüquqlarının və mənafelərinin qorunması, uşaq hüquqlarının təmin edilməsi üçün əlverişli mühitin yaradılması, uşaq hüquqlarının pozulmasına səbəb olan halların aradan qaldırılması istiqamətində fəaliyyət gücləndiriləcəkdir.

AZƏRTAC-ın Naxçıvan bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan “yaşıl dəhliz” layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur

“Circus Sea Breeze” arenasında beynəlxalq sirk proqramı təqdim ediləcək

Fernando Lottenberq: Azərbaycanda antisemitizmin baş verməməsi tolerantlığın parlaq nümunələrindəndir

Cahid Camal “Xalq Əmanəti” layihəsinin 24-cü nəşrində

“ANİMAFİLM festivalı regionlarda” layihəsi davam edir

Rəhman Hacıyev: “Qarabağın rəngləri” layihəsi Qarabağın yalnız mədəni dirçəlişinə deyil, həm də fiziki olaraq bərpasına töhfə verir

DİN: Ötən gün 33,8 kiloqramdan çox narkotik vasitə dövriyyədən çıxarılıb

Blinken: Vaşinqton HƏMAS-dan müsbət cavab gözləyir