Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yeni inzibati binası istifadəyə verilib

Naxçıvan, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin inzibati binasının açılışı olub.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin sədri Müslüm Cabbarzadə çıxış edərək deyib ki, perspektiv inkişafın təmin edilməsi, gələcək nəsillərin məskunlaşması və əhalinin ərzaq tələbatının daha dolğun ödənilməsi torpaqların mühafizə edilməsindən, ondan səmərəli istifadə səviyyəsindən asılıdır. Muxtar respublikada bütün sahələrdə olduğu kimi, torpaqlardan səmərəli istifadə istiqamətində də mühüm tədbirlər görülür. Əkinəyararlı torpaqlardan səmərəli istifadə edilməsi, torpaqlardan istifadəyə dövlət nəzarətinin gücləndirilməsi, daşınmaz əmlakın kadastrı və reyestrinin təkmilləşdirilməsi sahəsində fəaliyyət ardıcıl xarakter alıb. Komitə sədri yaradılan şəraitə görə kollektiv adından minnətdarlıq edib, qarşıya qoyulan vəzifələrin icrasında səy və bacarıqlarını əsirgəməyəcəklərini bildirib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə çıxış edərək deyib: Azərbaycan Respublikası 25 ildir müstəqil dövlət kimi yaşayır. Müstəqillik illərində ölkəmizdə yeni dövlət qurumları yaradılmış və fəaliyyəti təmin edilmişdir. Bu dövlət qurumlarından biri də torpaq məsələləri üzrə komitə və daşınmaz əmlakın dövlət reyestri xidmətidir. Azərbaycanda torpaq islahatlarına 1992-ci ildə Naxçıvan Muxtar Respublikasında ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə başlanılmış, “Naxçıvan Muxtar Respublikasında zərərlə işləyən kolxoz və sovxozlar haqqında” və “Rentabelli işləyən kolxoz və sovxozların ictimai mal-qarasının özəlləşdirilməsi barədə təkliflər haqqında” qərarlar qəbul edilmişdir. Həmin dövrdə ilk dəfə Culfa rayonunun Gal və Şurud kəndlərində torpaqların və əmlakın özəlləşdirilməsinə başlanıldı. Sonrakı dövrdə bu proses Ümummilli Liderin rəhbərliyi ilə ölkəmizdə davam etdirilmişdir.

Ali Məclisin Sədri deyib: Əvvəllər torpaq və daşınmaz əmlak ayrı-ayrılıqda qeydiyyata alınaraq qiymətləndirilirdi. Lakin bu gün torpaqların və daşınmaz əmlakın qeydiyyatı və qiymətləndirilməsi vahid dövlət qurumu tərəfindən həyata keçirilir. 2015-ci ildə Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi yaradılaraq fəaliyyəti təmin edilmişdir. Komitədə vətəndaşların həm əmlakı, həm də torpaq sahələri qeydiyyata alınaraq qiymətləndirilir, hər bir şəxsə məxsus əmlak haqqında elektron məlumat bazası yaradılır. Bu sahədə həyata keçirilən tədbirlərin nəticəsidir ki, artıq muxtar respublikada əmlak bankının yaradılmasına başlanılmışdır. Daşınmaz əmlakın və torpaq sahələrinin düzgün qiymətləndirilməsi və elektron məlumat bazasının yaradılması isə vətəndaşların öz əmlakları əsasında kredit götürməsinə və bu sahədə fəaliyyətin sadələşdirilməsinə imkan verəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi üçün müasir iş şəraiti yaradılmalı idi. Ona görə də Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin binası yenidən qurulmuş, müasir avadanlıqlar quraşdırılaraq lazımi iş şəraiti yaradılmış, mütəxəssislər işə qəbul olunmuşdur.

Ali Məclisin Sədri komitənin yeni binasının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək deyib: Daşınmaz əmlak və torpaq məsələləri vacib sahədir. Ona görə də ölçü işləri və qiymətləndirmə düzgün aparılmalı, sənədlər dəqiq işlənərək qeydiyyata alınmalıdır. Vaxtilə bu sahədə buraxılan nöqsanlar aradan qaldırılmalı, komitə ilə vətəndaşlar arasında münasibətlər düzgün qurulmalıdır. Hazırda komitə tərəfindən 19 növdə elektron, 5 növdə səyyar xidmət göstərilir. Bütün bunlar da vətəndaşlara komitəyə gəlmədən öz əmlakları haqqında elektron formada arayış almalarına və digər sənədləşmə işlərini həyata keçirmələrinə imkan verir. Torpaq sahələrinin və daşınmaz əmlakın qeydiyyatı və qiymətləndirilməsi sahəsində görülən işlər bundan sonra da davam etdiriləcəkdir. Komitənin əməkdaşları öz işlərini yaxşı öyrənməli, fəaliyyətlərini bu sahəni tənzimləyən normativ hüquqi aktların, xüsusilə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin tələbləri əsasında qurmalıdırlar.

Ali Məclisin Sədri bu vəzifələrin yerinə yetirilməsində kollektivə uğurlar arzulayıb, açılışı bildirən lenti kəsib.

Bildirilib ki, zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarət olan binada Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsi ilə yanaşı, komitənin Naxçıvan Şəhər İdarəsi və Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə Layihə İnstitutu üçün də iş otaqları ayrılıb. İnzibati binada müasir avadanlıqlarla təchiz olunmuş iş otaqları, iclas zalı, xəritəçəkmə, server və çap otaqları, 3 arxiv otağı və bufet istifadəyə verilib. Komitənin arxivində 200 minə yaxın torpaq və digər daşınmaz əmlak obyektlərinə dair sənədlər, torpaq balansı, geobotaniki tədqiqatlar, torpaqdan istifadə hüququna dair dövlət aktları, xəritələr, torpaq islahatı materialları, yerquruluşu sənədləri və kosmik fotoplanlar saxlanılır.

Binada ən müasir iş şəraiti yaradılıb, işdə operativliyin təmin edilməsi üçün 2 yeni server, 36 kompüter və 9 müxtəlif ölçülü printer quraşdırılıb, rayon idarələri ilə komitə arasında optik xətt üzərindən elektron sənəd dövriyyəsi sistemi yaradılıb.

Komitənin rayon idarələrinə 4 ədəd “NAZ Lifan X60” markalı yeni avtomobil təqdim olunub, səyyar xidmətin göstərilməsi üçün 1 ədəd “NAZ Lifan” markalı avtomobil mobil ofis halına gətirilib. 2015-ci ilin yanvar ayından həyata keçirilən səyyar xidmət vasitəsilə 2 mindən artıq vətəndaşın müraciətinə baxılıb.

Ali Məclisin Sədri səyyar xidmətin genişləndirilməsi ilə bağlı tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Komitəsinin yerləşdiyi Zərifə Əliyeva küçəsində də yenidənqurma işləri aparılıb, yollar genişləndirilərək asfalt örtük salınıb, işıqlandırma sistemi qurulub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Onlayn alış-veriş edənləri dələduzluq yolu ilə aldadan şəxs saxlanılıb

Heydər Əliyevin fəaliyyəti daim xalqın, dövlətin mənafeyinə xidmət edib

Mehriban Əliyeva 9 May - Faşizm üzərində Qələbə Günü münasibətilə paylaşım edib

AZPROMO rəsmisi: ADA və Boloniya universitetlərinin əməkdaşlığının kənd təsərrüfatına töhfələr verəcəyinə inanırıq

İordaniya mətbuatı Ümummilli Liderin 101-ci ildönümü barədə yazır

Alman faşizmi üzərində qələbədən 79 il ötür

İordaniyada Ulu Öndərin 101 illiyi münasibətilə ağacəkmə aksiyası təşkil olunub

Mütəxəssislər xəbərdarlıq edirlər: Süni intellekt sosial nizamı məhv edə bilər

Avropa İttifaqı göyöskürəyin sürətlə yayılması ilə bağlı xəbərdarlıq edir

İsveçrədə keçiriləcək Ukrayna üzrə konfransın iştirakçılarının siyahısı artır

Meksika Prezidenti: Ölkədə elektrik enerjisinin kəsilməsi rekord isti hava ilə əlaqədardır

Piylənmə uşaqlarda insulin müqavimətinə səbəb ola bilər

Ukraynada ağır cinayət törətməmiş məhbuslar səfərbərliyə cəlb olunacaqlar

Ötən ay dünyada “ən isti aprel” kimi qeydə alınıb

Britaniyada növbəti deputat Leyboristlər Partiyasına keçib

Nəcəf Cəfərli: ADA Universitetinin dəstəyi ilə “MacFrut” sərgisində iştirak edirik

İnkişafa və sabitliyə hesablanan Azərbaycan-Slovakiya əməkdaşlığı ŞƏRH

Çempionlar Liqası: “Real Madrid” geri dönüş edərək finala yüksəlib

Səfir: ADA və Bolonya universitetlərinin birgə layihəsi kənd təsərrüfatı mütəxəssislərin hazırlanmasında xüsusi önəm daşıyır

Kubada Ulu Öndər Heydər Əliyevin 101 illiyi münasibətilə tədbir təşkil edilib

Konfrans Liqasında ilk finalçı bəlli olub

Rusiyanın Londondakı hərbi attaşesi ölkədən çıxarılıb

“Paris 2024” Yay Olimpiya Oyunlarının məşəli Marselə gətirilib

Azərbaycan Basketbol Liqası: “Xəzri” seriyanın ilk oyununda qalib gəlib

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü Abşeron rayonunda qeyd edilib

Xətai rayonunda Milli Qəhrəman İlqar Mirzəyevin büstünün açılışı olub

Ermənistan KTMT-ni maliyyələşdirməkdən imtina edib

Pentaqon: ABŞ qoşunları Nigerdən çıxarılacaq

Vüqar Dəmirbəylinin Dəli Alı haqqında tarixi romanı çapdan çıxıb

Sumqayıtda özünü qazi kimi təqdim edən dələduz saxlanılıb

ABŞ-ın müdafiə naziri İsrailə silah tədarükünün təxirə salındığını təsdiqləyib

“Azərpoçt” sabah xüsusi rejimdə fəaliyyət göstərəcək

Hərbi Dəniz Qüvvələrinin hərbi hissəsinin yaranması günü qeyd edilib

Marneulidə ADA Universitetinin soydaşlarımız üçün təklif etdiyi magistr proqramlarının təqdimatı keçirilib

Masallıda Ümummilli Liderin həssas kateqoriyadan olanlara daim xüsusi qayğı ilə yanaşdığı xatırlanıb

Moskvada Avrasiya İqtisadi İttifaqının yubiley sammiti keçirilir

Türkiyə və Azərbaycan prezidentlərinin qətiyyəti, iradəsi və dostluğu əməkdaşlığın təşviqində həlledici rol oynayır

Ankarada Azərbaycan-Türkiyə biznes forumu keçirilib

Ali Məclisin plenar iclasında hökumətin hesabatı dinlənilib

Azərbaycanda “Qızıl Şah” IV Milli Kulinariya Çempionatı keçiriləcək

Marneulidə “Əsrin yadigarı – Heydər Əliyev” kitabının təqdimatı keçirilib

“Peşəkarlarla görüş”də qida sahəsində gigiyena tələbləri barədə məlumat verilib

Azərbaycan-İsrail əməkdaşlığının cari vəziyyəti və perspektivləri müzakirə edilib

Naxçıvanda Kitab festivalı keçirilir

Faşizm üzərində Qələbədə Azərbaycan xalqının və Bakı neftinin böyük rolu olub - RƏY

Bolqarıstanın sabiq nazir müavini: Bizim üçün Azərbaycan qazının tədarükünün artırılması enerji təhlükəsizliyimizin açarıdır - MÜSAHİBƏ

Qida Təhlükəsizliyi Agentliyi COP29 tədbiri ilə bağlı növbəti təlim keçirib

“Le Figaro”: Azərbaycan ilə Ermənistan arasında sülh müqaviləsinin COP29-dan əvvəl imzalanması simvolik hadisə ola bilər

DGK: Avtomobil ehtiyat hissələrinin qanunsuz gətirilməsinin qarşısı alınıb

“Heydər Əliyev və elmi potensialın inkişaf dinamikası” - respublika elmi konfransı

Mərakeşin COP29-da iştirakı ilə bağlı fikir mübadiləsi aparılıb

BDU-da Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş konfrans

Seysmoloji Xidmət Mərkəzində Ulu Öndərin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Azərbaycan tikinti şirkətlərinin İraqda aparılan quruculuq işlərində iştirakı müzakirə edilib

Azərbaycan Çində beynəlxalq mədəniyyət festivalında təmsil olunub

10 May: məziyyəti, məsuliyyəti, müjdəsi...

İlahiyyat İnstitutunun əməkdaşı Gürcüstanda beynəlxalq elmi konfransda iştirak edib

Gürcüstan DİN ölkədə aksiya keçirmək istəyənlərə sərt xəbərdarlıq edib

Sabah “ASAN xidmət” və “ASAN kommunal” mərkəzlərində qeyri-iş günü olacaq

Naxçıvanda Ulu Öndərin 101 illiyi və Naxçıvanın 100 illiyi ilə bağlı konfrans və vəkilliyə namizədlərin təntənəli andiçmə mərasimi keçirilib

Beynəlxalq İşəgötürənlər Təşkilatı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əməkdaşlıq müzakirə edilib

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin üzvü COP29-a dəvət olunub

YAP Mərkəzi Aparatında Vyetnam-Azərbaycan və Laos-Azərbaycan dostluq qruplarının üzvləri ilə görüş olub

Sloveniyada Azərbaycanın igid oğlu Mehdi Hüseynzadənin xatirəsi anılıb

Əqli Mülkiyyət Agentliyində Sənaye Mülkiyyəti Obyektlərinin “Açıq reyestri”nin fəaliyyəti yenilənib

Gürcüstanda təbii fəlakət nəticəsində bir nəfər ölüb, bir nəfər itkin düşüb

Dərman müalicəsinin nanohissəciklərlə dəyişdirilməsi istiqamətində tədqiqatlar aparılır

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilib VİDEO

Heydər Əliyev irsində Azərbaycan tarixinin aktual məsələləri – dəyirmi masa

Təhsildə sosial iş xidmətinin həssas qruplara təsiri müzakirə olunub

Bolqarıstan Prezidenti Rumen Radevin Azərbaycana rəsmi səfəri başa çatıb

Narkotik vasitələri paytaxt ərazisində müxtəlif ünvanlara yerləşdirən şəxslər saxlanılıblar

Milli Məclisin sədri Sahibə Qafarova Bolqarıstan Prezidenti Rumen Radevlə görüşüb

® “Kapital Bank”la avtomobil arzunuza çatmaq daha asandır

Lisenziya turniri: Azərbaycan güləşçilərinin ilk rəqibləri bəlli olub

EMTA BSU-da “Yaşıl enerjiyə keçid” mövzusunda seminar təşkil edib

Bu günədək sənaye zonalarında istehsal olunan məhsullar 70-dən çox ölkəyə ixrac edilib

Silahsız özünümüdafiə və əlbəyaxa döyüş üzrə respublika çempionatında 86 polis əməkdaşı mübarizə aparıb

“Ulu Öndərin işığında” kitabının təqdimatı olub

Bolqarıstan Prezidenti və xanımı Milli Gimnastika Arenası ilə tanış olublar

Sahibə Qafarova: Parlamentlərin qarşılıqlı fəaliyyəti Azərbaycan-Bolqarıstan münasibətlərinə müsbət təsir göstərən amillərdəndir

Rumen Radev: Bolqarıstan-Azərbaycan əməkdaşlığı Avropanın enerji təhlükəsizliyinə töhfə verir

UNEC-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

AZPROMO: Məqsədimiz Azərbaycanın kənd təsərrüfatı məhsullarının Avropa bazarına çıxışını dəstəkləməkdir

Ağdam kəhrizlərində mikrobioloji tədqiqatlar aparılır

Baş nazir Əli Əsədov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşüb

“Heydər Əliyev ideyaları və müasir Azərbaycan” mövzusunda elmi-nəzəri konfrans keçirilib

Qafqazşünaslıq İnstitutunda Ulu Öndər Heydər Əliyevə həsr olunmuş kitab təqdimatı və sərgi keçirilib

Nəsimi rayonunda narkotiklərin satışı ilə məşğul olanlar saxlanılıblar

“İçərişəhərim” rəsm müsabiqəsinin vaxtı uzadılıb

Qusarda qəza törədən avtomobil rabitə dirəyini aşırıb

Nərimanov rayonundakı bazarda bəzi məhsulların satış sahələrinə məhdudiyyət qoyulub

Dünyada hidrogen yanacağı ilə çalışan ilk yaxta suya buraxılıb

Dövlət Proqramı İdarəetmə Qrupu aprel üzrə vətəndaş müraciətlərinin statistikasını açıqlayıb

Azərbaycan Silahlı Qüvvələrinin yaradıcısı Ulu Öndər həmişə dərin hörmət və ehtiramla anılır

Yaponiyada komiks tərcüməsi üçün süni intellektdən istifadə ediləcək

Fizika İnstitutunda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr edilmiş tədbir keçirilib

Təbriz qəzeti Ulu Öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edib

Süni intellekt və yeni inkişaf meyarları

Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinə “Açıq qapı” günü təşkil olunacaq