Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

“Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabının təqdimatı olub

Naxçıvan, 12 yanvar, AZƏRTAC

Yanvarın 12-də Naxçıvan Dövlət Texniki Kollecində “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabının təqdimatı ilə bağlı tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, tədbirdə çıxış edən muxtar respublikanın təhsil naziri Rəhman Məmmədov Naxçıvan Muxtar Respublikasında təhsilə göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, hazırda muxtar respublikada 3 ali, 4 orta ixtisas, 212 orta, 5 peşə, 20 məktəbdənkənar təhsil müəssisələri, 8 Uşaq-Gənclər Şahmat Məktəbi, 8 Uşaq-Gənclər İdman Məktəbi, 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri, 22 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir. Göstərilən diqqət və qayğı sayəsində ötən müddət ərzində muxtar respublikanın şəhər, rayon və kəndlərində 200-dən çox təhsil müəssisəsi, o cümlədən məktəbəqədər və məktəbdənkənar təhsil, peşə təhsili, musiqi məktəbləri, Heydər Əliyev adına Hərbi Lisey, ali və orta ixtisas təhsili müəssisələri üçün yeni tədris korpusları tikilib istifadəyə verilib.

Vurğulanıb ki, muxtar respublikada yeni tipli təhsil müəssisələrinin yaradılması da diqqətdə saxlanılır. 1992-ci ildən Qızlar Liseyi, 2004-cü ildən isə Naxçıvan şəhərində ulu öndər Heydər Əliyevin adını daşıyan orta məktəb fəaliyyətə başlayıb. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin 2015-ci il 14 aprel tarixli Sərəncamı ilə Şərur şəhərində Fizika-Riyaziyyat Təmayüllü Lisey, 2020-ci il 4 avqust tarixli Sərəncamı ilə isə Naxçıvan şəhərində Kimya-Biologiya Təmayüllü Lisey yaradılıb.

Təhsil naziri bildirib ki, məktəblərimizdə tədrisin müasirləşdirilməsi diqqətdə saxlanılıb, təhsil müəssisələrində şagird, tələbə və müəllimlər üçün vahid geyim forması tətbiq edilib, qabaqcıl tədris metodlarının, o cümlədən STEAM təlim metodunun tətbiqinə başlanılıb. 2014-cü ildən interaktiv, 2015-ci ildən isə elm, ali və orta ixtisas təhsili müəssisələrinin elmi dərəcəli müəllimləri tərəfindən ümumtəhsil məktəblərində nümunəvi dərslər keçirilir. Görmə və eşitmə qabiliyyəti məhdud uşaqlar üçün distant audio və elektron kitabxana yaradılıb.

Rəhman Məmmədov deyib: “Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin tapşırığı əsasında Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidməti tərəfindən hazırlanan “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabı muxtar respublikanın təhsil potensialını tam əks etdirir. Kitab bir bələdçi rolunu oynamaqla, eyni zamanda, təhsil müəssisələrinin mövcud vəziyyəti ilə də bağlı ilkin informasiya əldə olunması baxımından əhəmiyyətlidir. Kitabın əhəmiyyəti nəzərə alınaraq elektron versiyası Təhsil Nazirliyinin saytına da yerləşdirilib”.

Təhsil naziri muxtar respublikada təhsilin inkişafına, göstərdiyi diqqət və qayğıya görə bütün təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinə minnətdarlığını bildirib.

Naxçıvan Muxtar Respublikası Daşınmaz Əmlak və Torpaq Məsələləri üzrə Dövlət Xidmətinin rəisi Müslüm Cabbarzadə çıxış edərək qeyd edib ki, Ali Məclis sədrinin tapşırığı ilə mühüm elmi, tədris və praktiki əhəmiyyəti olan bir çox xəritə və atlaslar hazırlanaraq yüksək keyfiyyətlə nəşr edilib. “Naxçıvan Tarixi Atlası”, “Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Atlası”, muxtar respublikanın rayonları üzrə əkin atlasları, suvarılan torpaq sahələrinin xəritələri toplusu və digər bu kimi nəşrlər müxtəlif peşə sahibləri üçün qiymətli informasiya mənbəyi rolunu oynayır. Muxtar respublikanın təhsil müəssisələrinin xəritələri toplusu da qiymətli informasiya mənbəyi olmaqla, kartoqrafik nəşrlərin zənginləşdirilməsinə xidmət edir. Xəritələr muxtar respublikanın ərazisi üzrə təhsil müəssisələrinin yerləşməsini və sıxlığını vizual olaraq nümayiş etdirir. Bu xəritələrdən həm də interaktiv şəkildə istifadə etmək mümkündür.

Naxçıvan Muxtar Respublikası Dövlət Yerquruluşu, Geodeziya və Xəritəçəkmə İnstitutunun direktoru Cəfər Əliyev çıxışında kitabın ərsəyə gəlməsi ilə bağlı görülən işlərdən danışıb.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının rəhbəri Rəşad Əlizadə “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələri (xəritələr)” kitabını slayd vasitəsilə təqdim edib. Bildirilib ki, “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində nəfis şəkildə nəşr olunan kitab 7 bölmə, 63 səhifədən ibarətdir. Kitabda 15 xəritə, 163 fotoşəkil yerləşdirilib və muxtar respublikada fəaliyyət göstərən ali, orta ixtisas, orta, peşə və məktəbdənkənar təhsil müəssisələri, o cümlədən uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin adları, xəritə üzrə yerləşməsi və müasir görüntüləri yer alıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qırx milyon filippinlinin içməli suya çıxışı yoxdur

FHN-in Gəncə Regional Mərkəzi “Yaz-yay fəsillərində sel təhlükəsi” mövzusunda tədbir keçirib

Robert Fitso: Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir

Respublika fənn olimpiadalarının riyaziyyat üzrə final turu keçirilib

Dərinsulu Günəşli platformasının profilaktik işlər proqramı başa çatıb

Sumqayıtda aramsız yağan yağışın fəsadları aradan qaldırılır

Bu gün dəfn olunan şəhidin anası: 31 ilə yaxındır gözüm yollarda qalmışdı

Qarabağ müharibəsi şəhidlərinin bir qrup ailə üzvü Türkiyənin Çanaqqala əyalətində olublar

Bakı-Quba yolunda piyada keçidinin inşası başa çatıb

Slovakiyanın Baş naziri: Azərbaycan ilə Avropa İttifaqı arasında körpü olmağa hazırıq

Türkiyənin ikinci astronavtı gələn ay kosmosa yola salınacaq

Azərbaycan millisinin voleybolçusu: Özümüzə inanırıq, çünki güclü məşqçimiz var

Prezident İlham Əliyev: Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir

Ədəbiyyat Muzeyi ilə Belarus Dövlət Ədəbiyyat Tarixi Muzeyi arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Prezident: Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur

Vladimir Putin and içib və Rusiya Prezidenti vəzifəsinin icrasına başlayıb

Otuz bir il əvvəl itkin düşən Vüqar Həsənovun Edillidə aşkarlanan nəşinin qalıqları Sabirabadda torpağa tapşırılıb

Paşinyan Azərbaycanla sərhədin delimitasiyasını dayandırmayacağını bildirib

Qeydiyyata alınmadan tütün məmulatlarının istehsalı ilə məşğul olanlar cərimələnəcək

Azərbaycanın Baş naziri Əli Əsədov Türkiyəyə rəsmi səfərə gəlib

Məktəblərdə ekoloji mövzular müzakirə olunur

Ağdamın Qərvənd kəndinin yenidən qurulmasının Slovakiya şirkəti tərəfindən icrası əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir

Azərbaycanda mayın 8-nə gözlənilən hava proqnozu

Prezident: Azərbaycanla Slovakiya arasında müdafiə sənayesi sahəsində birgə istehsal sahələrinin yaradılması haqqında danışıqlara start verilib

Türkiyə bu gündən genişmiqyaslı hərbi dəniz təlimlərinə başlayır

Faiq Qarayev: İstəyim odur ki, voleybol Azərbaycanda öz yerini tapsın

Prezident İlham Əliyev: Bu gün Slovakiya-Azərbaycan əlaqələrində yeni səhifə açılır

Millinin voleybolçusu: Xorvatiyaya qarşı ilk matçda layiqli mübarizə aparmağa çalışacağıq

Birinci Qarabağ müharibəsi şəhidi Keşlə qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn olunub

Baş nazirin müavini Şahin Mustafayev İranın Azərbaycandakı səfiri ilə görüşüb

Laos Azərbaycanın təcrübəsindən yararlanmaq istəyir

Prezident İlham Əliyev və Baş nazir Robert Fitso mətbuata bəyanatlarla çıxış ediblər  YENİLƏNİB VİDEO

Anar Bağırov: Naxçıvanda insanlar onlara göstərilən hüquqi yardımdan tam razıdırlar

AMB: Bugünkü hərracda tələb 75 milyon dolları ötüb

Ötən ay Bakı hava limanında xidmət göstərilən sərnişinlərin sayı 50 faiz artıb

Media nümayəndələrinin iştirakı ilə autizm haqqında maarifləndirmə seminarı keçirilib

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti medallar sahibini tapıb

FHN: Sahil qəsəbəsində daha bir qanunsuz tikili sökülüb VİDEO

Azərbaycan-Slovakiya sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Qərbin siyasi elitası Gürcüstanda hakimiyyət dəyişikliyi etmək niyyətindədir ŞƏRH

BMT: Son 22 ildə miqrantların vətənlərinə pul köçürmələri 650 faiz artıb

Çikaqodakı muzeydə ən qədim quşun fosili nümayiş etdirilir

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Azərbaycanın voleybol millisi Qızıl Avropa Liqasına hazırlıqları davam etdirir

Vyetnamda yeni neft və qaz yataqları aşkarlanıb

BP-nin birinci rübdə mənfəəti 45 faiz azalıb

Çində naməlum şəxs xəstəxanaya hücum edərək 10 nəfəri öldürüb

“YAŞAT” Fondu daha bir müharibə əlilini müalicə məqsədilə Türkiyəyə göndərib

Azərbaycanda ilk dəfə keçirilən Milli Xalça Festivalı yekunlaşıb

Şəkinin ipəkçilik laboratoriyasından reportaj

Hazırda ölkəmizdə yaşı 100 və 100-dən çox olan 280 pensiyaçı var

Azərbaycanda həyata keçirilən 40 layihə BMT-nin DİM layihəsinə uyğunlaşdırılıb

Yanvar-aprel aylarında 15,1 min şəxsə əlillik təyin olunub

Peşə təhsili müəssisələrinin tələbələri üçün qida təhlükəsizliyi ilə əlaqədar təlimlərə başlanılıb

“Supermen” filmindən ilk kadr yayımlanıb

Təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək şəxslərin əhatə dairəsi genişləndirilir

CAR-da çökən binanın dağıntıları altında 50-dən çox insan qalıb

İlk dəfə dövlət xəstəxanasında epilepsiya xəstəsi üzərində ağır cərrahi əməliyyat icra olunub

Rusiya Prezidentinin inauqurasiyası olacaq

Milli Məclis bəzi qanunlara dəyişiklikləri üçüncü oxunuşda təsdiqləyib

Xəzər dənizində süni torpaq sahələrinin yaradılması ilə bağlı qanun layihəsi təsdiqləndi

® Rəşad İbrahimov: Məqsədimiz Azərbaycan istehlakçısını keyfiyyətli və münasib qiymətə məhsullarla təmin etməkdir

Əfqanıstan hava yolu ilə 145 milyon dollarlıq mal ixrac edib

“Real Madrid” tarixinin ən yaxşı futbolçuları açıqlanıb

Regional direktor: Azərbaycan iqtisadiyyatın müxtəlif sahələrində qadınların iştirak payının artırılmasına töhfələr verib

Xırdalanda yaşayış kompleksində keçirilən şərti yanğın təlimində nöqsanlar aşkarlanıb

Dronlara qarşı qeyri-effektiv mübarizə sistemi Olimpiadada terror aktı riskini artırır

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Polşa ABŞ-dan kəşfiyyat aerostatları alacaq

“Peşəkar jurnalistikanın əsasları” adlı onlayn təlim kursu istifadəyə verilib VİDEO

“Gəncə” voleybol klubu baş məşqçi ilə bağlı qərarını açıqlayıb

“Formula 1” üzrə Azərbaycan Qran-Prisi üçün marşalların təliminə start verilib

Zakir İbrahimov 3-cü “Yüksəliş” müsabiqəsinin qalibi ilə görüşüb

Baş prokuror Göyçayda vətəndaşları qəbul edəcək

Parlamentdə Heydər Əliyev Fondunun azad olunmuş ərazilərimizdə gördüyü işlər barədə məlumat verilib

BMT: Azərbaycan qadınların cəmiyyətə inteqrasiyası üzrə indiyədək mühüm işlər həyata keçirib

Azərbaycan QHT-ləri Təpəbaşı məhəlləsi ilə əlaqədar UNESCO-nun Baş direktoruna açıq məktub ünvanlayıblar

“Təbabətin aktual problemləri” beynəlxalq elmi-praktiki konqresin açılış mərasimi keçirilib

Avropa İttifaqının Gürcüstana sırıdığı Qərb “dəyərləri” - TƏHLİL

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib