ELM VƏ TƏHSİL


“Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” monoqrafiyası çapdan çıxıb

Bakı, 30 oktyabr, AZƏRTAC

AMEA Naxçıvan Bölməsinin İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun dilçilik şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nuray Əliyevanın “Naxçıvan dialekt və şivələrinin etnoqrafik leksikası” monoqrafiyası işıq üzü görüb.

Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev, rəyçisi filologiya üzrə elmlər doktoru, professor İbrahim Bayramovdur.

AMEA-dan AZƏRTAC-a bildirilib ki, beş fəsil, nəticə və istifadə edilən ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada Naxçıvan Muxtar Respublikasının ayrı-ayrı rayonlarında işlənən və ədəbi dilimizdə mövcud olmayan maraqlı leksemlər araşdırılıb.

Əsərdə bitki, yemək və geyim adları, xalçaçılıqla bağlı işlənən leksik vahidlər, əkinçilik və heyvandarlıq terminləri araşdırılıb ki, bu sözlərin də tədqiqi dil tariximizin öyrənilməsi baxımından əhəmiyyətlidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.