Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Naxçıvan televiziyası internet üzərindən yayıma başlayıb

Naxçıvan, 17 oktyabr, AZƏRTAC

Oktyabrın 17-də - Azərbaycanın dövlət müstəqilliyinin 25-ci ildönümü ərəfəsində Naxçıvan televiziyası internet üzərindən yayıma başlayıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov bu münasibətlə keçirilən tədbirdə iştirak edib.

Naxçıvan Muxtar Respublikası Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin sədri Sahil Tahirli çıxış edərək deyib ki, Naxçıvan teleradiosu son illər əsl inkişafa qovuşub, maddi-texniki bazası xeyli gücləndirilib, teleradionun binası əsaslı yenidənqurmadan sonra istifadəyə verilib, teleradio ən müasir texniki avadanlıqlarla təchiz edilib. Muxtar respublikada yeni yayım avadanlıqlarının tətbiqi nəticəsində analoq yayım yüksək keyfiyyətli rəqəmsal yayımla əvəzlənib, Naxçıvan televiziyasının yüksək keyfiyyətli HD formatda yayımına başlanıb. Ötən dövrdə 50-dən artıq kadr, o cümlədən Naxçıvan Dövlət Universitetinin televiziyaya hamiliyə verilmiş jurnalistika ixtisası üzrə gənclər sınaq müddəti dövründə hazırlanaraq Naxçıvan teleradiosunda işə götürülüblər. Televiziyada əsaslı struktur islahatları aparılıb, “Uşaq, gənclər və idman” və “Səhər verilişləri” redaksiyaları yaradılıb. Bütün bunların nəticəsidir ki, Naxçıvan televiziyasının istehsalı olan telemateriallar ümumi efirin 60 faizini təşkil edir.

Naxçıvan televiziyasının İncəsənət və Musiqi Verilişləri redaksiyasının baş redaktoru Təhminə Babayeva deyib ki, Naxçıvan teleradiosu özünün yeni inkişaf dövrünü yaşayır. Yeni internet saytının yaradılması və onlayn yayımın təşkili də televiziyamızın tarixində əlamətdar hadisədir. Bizim üzərimizə düşən əsas vəzifə keyfiyyətli teleradio verilişləri hazırlamaqdan ibarətdir. Təhminə Babayeva yaradılan şəraitə və yaradıcı gənclərə göstərilən qayğıya görə kollektiv adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib, bundan sonra da əzmlə çalışacaqlarına söz verib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümü və Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması münasibətilə kollektivi təbrik edərək deyib: Naxçıvan televiziyasının internet üzərindən yayıma başlaması dövlət müstəqilliyinin bəhrəsidir. Eyni zamanda bu, 25 ildən artıq blokada şəraitində yaşayan muxtar respublikada informasiya blokadasının yarılması deməkdir.

Ali Məclisin Sədri deyib: Naxçıvan teleradiosu 1956-1996-cı illərdə Azərbaycan teleradiosunun kanalı üzərindən gün ərzində 2 saat yayımlanırdı. Ötən əsrin 90-cı illərində Ermənistanın işğalçılıq siyasəti nəticəsində Naxçıvanda televiziya yayımında da çətinliklər yaranmışdı. Həmin dövrdə ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə informasiya blokadasının aradan qaldırılması sahəsində bir sıra tədbirlər həyata keçirildi, Azərbaycan televiziyasının muxtar respublikada yayımı bərpa edildi. 1996-2016-cı illərdə isə Naxçıvan televiziyası böyük inkişaf yolu keçmiş, teleradio müstəqil kanala keçirilmiş, burada müasir avadanlıqlar quraşdırılmış, efir vaxtı 17 saata çatdırılmış, televiziya böyük tamaşaçı kütləsi toplamışdır.

Ali Məclisin Sədri deyib: Televiziyanın internet üzərindən yayımlanması geniş imkanlar yaradır. Dünyanın istənilən yerində internetlə televiziyanı izləmək mümkündür. Bu da televiziyanın yayımlandığı yerin tanıdılmasına, həmin yerin inkişafı, insanların həyat səviyyəsi, mədəniyyəti, tarixi-mədəni irsi və milli dəyərləri haqqında məlumatların yayılmasına imkan verir. Müasir dövrdə insanlar o yerlərə daha çox səyahət edirlər ki, orada sabitlik, inkişaf və tarixi-mədəni abidələr var. Hər bir televiziya əməkdaşının üzərinə düşən əsas vəzifə də Naxçıvan Muxtar Respublikasındakı inkişafı, sabitliyi, milli dəyərlərimizi və tarixi-mədəni irsimizi təbliğ etməkdən, dünyaya tanıtmaqdan ibarət olmalıdır. Bu gün muxtar respublikanın aidiyyəti təşkilatları və gənclərimiz Naxçıvanın internet üzərindən tanıdılması sahəsində ardıcıl tədbirlər görür, dostluq əlaqələri yaradılır, muxtar respublika haqqında məqalələr yazılır.

Ali Məclisin Sədri internet üzərindən Naxçıvan Muxtar Respublikasını tanıdan və təbliğ edən gənclərə, hər bir muxtar respublika sakininə təşəkkürünü bildirərək deyib: Naxçıvan televiziyasının yayımladığı hər bir veriliş xarici tamaşaçılarda Azərbaycan və onun ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası barədə, insanların həyat səviyyəsi, tariximiz, milli-mədəni irsimiz haqqında fikir yaradacaqdır. Ona görə də hər bir əməkdaş işə məsuliyyətlə yanaşmalı, verilişlər hazırlanarkən mötəbər mənbələrə, xüsusilə muxtar respublikada nəşr olunan kitablara istinad olunmalı, ədəbi dil normaları qorunmalı, hər bir sözdən yerində və məqamında istifadə olunmalı, fikir tamaşaçıya dolğun çatdırılmalıdır. Televiziya məktəb qədər vacib sahədir. Ona görə də televiziyanın qarşısında duran əsas vəzifələrdən biri də muxtar respublikanı tanıtmaqla yanaşı, həm də gənclərə torpağa bağlılıq, vətənpərvərlik hisslərini aşılamaqdan ibarətdir. Televiziyada maarifçilik işi bundan sonra da davam etdirilməli, proqram tərtibatında ünvanlılıq gözlənilməli, hər yaş kateqoriyasından olan tamaşaçılar üçün verilişlər hazırlanıb yayımlanmalı, qədim tariximiz, zəngin mədəniyyətimiz və milli dəyərlərimiz geniş təbliğ olunmalıdır.

Ali Məclisin Sədri qarşıya qoyulan vəzifələrin uğurla yerinə yetiriləcəyinə əminliyini bildirib, qədim Azərbaycan torpağı olan Naxçıvanın olduğu kimi tanıdılmasında kollektivə yaradıcılıq uğurları arzulayıb.

Sonra Ali Məclisin Sədri televiziyada yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, Naxçıvan televiziyasının internet üzərindən yayımı ilə bağlı kadr hazırlığı, maddi-texniki bazanın möhkəmləndirilməsi və yaradıcılıq məsələləri sahəsində bir sıra tədbirlər həyata keçirilib. Maddi-texniki bazanın möhkəmləndirilməsi məqsədilə teleradionun sistem otağına ehtiyat siqnalçevirici, arxiv üçün 80 terabaytlıq yeni server alınıb quraşdırılıb, arxivin həcmi 120 terabayta çatdırılıb. Tədbirlərin çəkilişi, montajı və yayımı üçün ən son texnologiyaya əsaslanan 2 rəqəmsal videokamera dəsti, 2 videomontaj dəsti və 1 efirə çıxış avadanlığı alınıb. Bundan başqa kran kamera üçün yaddaş və hərəkət qurğuları, verilişlərə əvvəlcədən baxış üçün mobil elektron lövhə də alınıb, yeni çəkiliş pavilyonları yaradılıb, müasir virtual studiya qurulub, bütün pavilyonlarda yeni səs və işıq sistemləri quraşdırılıb. Həyata keçirilən tədbirlər çərçivəsində 4 videomontaj və 5 səsyazma otağı yaradılıb, yeni qurulan montaj otaqlarında 3 yeni videomontaj dəsti quraşdırılıb. Teleradioda kadr hazırlığı sahəsində də tədbirlər görülüb, kinooperatorlar, rejissorlar və aparıcılar üçün təkmilləşdirmə kursu keçirilib.

Naxçıvan Muxtar Respublikasının rabitə və yeni texnologiyalar naziri Rövşən Məmmədov Naxçıvan televiziyasının yeni internet saytı barədə məlumat verib. Qeyd olunub ki, Naxçıvan televiziyası üçün www.naxcivantv.az internet saytı hazırlanaraq serverdə yerləşdirilib və internet üzərindən yüksək keyfiyyətli HD yayımı təşkil edilib. Saytda “Haqqımızda”, “Redaksiyalar”, “Proqram”, “Xəbərlər”, “Videoarxiv”, “Anonslar”, “Əlaqə”, “Canlı yayım və Arxiv” bölmələri yaradılıb. Göstərilən bölmələrin hər birinə aidiyyəti üzrə məlumatlar əlavə olunub. Əsas səhifədə yer alan “Anonslar”, “Televernisaj və videoçarxlar”, “Layihələr”, “İctimai-Siyasi”, “Turizm” bölmələrində olan məlumatlar gündəlik yenilənir, rəsmi xəbərlər bölməsində gündəlik rəsmi xəbərlər yerləşdirilir. Birinci səhifədə xəbərlər üç dildə - Azərbaycan, ingilis və rus dillərində başlıqlarla göstərilib. Saytda televiziyanın bir həftəlik proqramı yerləşdirilib və sayğac qoyulub.

İnternet istifadəçiləri “Canlı yayım və Arxiv” bölməsinə keçid etməklə Naxçıvan televiziyasını internet üzərindən birbaşa izləyə biləcəklər. Tamaşaçılar saytın arxivində televiziyanın son 7 gündəki efir materiallarını da izləmək imkanına malikdirlər.

Ali Məclisin Sədrinə son dövrlərdə alınan ən son texnologiya nailiyyətləri olan videoçəkiliş aparatları, böyük tutuma malik yaddaş qurğuları və səsyazma avadanlıqları barədə də məlumat verilib.

Sonra kollektivlə görüşən Ali Məclisin Sədri Naxçıvan televiziyasının müasir maddi-texniki bazaya malik olduğunu bildirib, yaradılan şəraitdən səmərəli istifadə olunması və mütəxəssis hazırlığı barədə tapşırıqlar verib.

Binadakı iş otaqları və qazanxana da təmir olunub, yeni havalandırma xətti çəkilib, qarajlar və giriş qapısı yenidən qurulub, elektron keçid aparatı və təhlükəsizlik kameraları quraşdırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Nazir müavini: Qadın sahibkarların 800 layihəsinə 50 milyon manatdan çox kredit verilib

Ümummilli Liderin 101-ci ildönümü münasibətilə konsert proqramı təqdim edilib

Tərtərdə mübahisədən sonra vəfat edən məktəbli ilə əlaqədar istintaq aparılır

Soltan Məmmədov: Heydər Əliyev Fondunun fəaliyyətini bir neçə aspektdən qiymətləndirmək mümkündür

Bahar Muradova: Azərbaycanda qadın sahibkarların sayında artım müşahidə olunur

Sahibə Qafarova: Ulu Öndərin adını daşıyan Fond öz missiyasını layiqincə yerinə yetirir

Alzheimer xəstəliyinin müalicə üsulları dəyişə bilər

Bu gün Xalq artisti Arif Quliyevin anım günüdür

BDU-da görkəmli mətnşünas və biblioqraf Salman Mümtaza həsr olunmuş elmi seminar

Komitə sədri: Qadın sahibkarlar vergi və gömrük prosedurlarının bizneslərinə böyük yük olduğunu bildirirlər

Qubada avtomobili narkotiklərin və spirtli içkinin təsiri altında idarə edən 8 sürücü aşkar olunub VİDEO

“Heydər Əliyev və Qərbi Azərbaycan mədəniyyəti” mövzusunda tədbir keçirilib

Kitabxanada “Cabbarlının ədəbi irsi – varlığında bir dünya çırpınırdı” adlı dəyirmi masa təşkil edilib

Braziliyada daşqın qurbanlarının sayı 85 nəfərə çatıb

DİM Azərbaycan dili imtahanı verəcək şagirdlərə müraciət edib

Prezident İlham Əliyevin Slovakiyanın Baş naziri ilə təkbətək görüşü başlayıb YENİLƏNƏCƏK

Radanın deputatı: Ukraynaya ilk F-16 qırıcıları iyulda veriləcək

Baş nazirin müavini: Azərbaycanın təşəbbüsü beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənir

Milli Məclisdə 18 məsələ müzakirə olunur

Azərbaycan millisinin futbolçusu: “Qalatasaray”da çempionluq yaşamaq gözəl hissdir

Avtomobildən mobil telefon və pulqabı götürməkdə şübhəli bilinən şəxs saxlanılıb

BMT: Şərqi Afrikada daşqınlar nəticəsində 236 nəfər həyatını itirib

Avtomobili səkidə idarə edən sürücü həbs olunub

Xınalığa qar yağır VİDEO

Bu gün Xalq rəssamı Əzim Əzimzadənin doğum günüdür

“Qonaq Teatr” layihəsi çərçivəsində növbəti tamaşa- “Neytral zona”

“Azercell” bu il günəş enerji panelləri ilə təchiz olunmuş 40-dək radiostansiya işə salmağı planlaşdırır

BMT Baş Assambleyası kosmosda nüvə silahlanmasına qarşıdır

AFFA Türkiyə millisinin sabiq baş məşqçisinə təklif göndərib

BANM-in iki əməkdaşının tədqiqatı AMEA-nın mühüm nəticələr siyahısında yer alıb

AZƏRTAC-ın fotomüxbirinin fotoşəkilləri iki beynəlxalq müsabiqənin qızıl medalına layiq görülüb

Çin yeni daşıyıcı raketi ilə orbitə 4 peyk çıxarıb

DİN: Mayın 6-da könüllü olaraq 4 müxtəlif tüfəng təhvil verilib

AÇG-nin builki gəlirləri 1,8 milyard dollara yaxın olub

Cari ildə Dövlət Neft Fondunun “Şahdəniz”dən əldə etdiyi gəlirlər açıqlanıb

AQTA əməkdaşları üçün COP29 tədbiri ilə bağlı təlimlər təşkil edilir

Mayın 7-si Ümumdünya Astma ilə Mübarizə Günüdür

Bakıda “IV Könüllü Milli Hesabata dair məsləhətləşmələr və 5-ci DİM üzrə irəliləyiş” mövzusunda tədbir keçirilir

Azərbaycan Orta Dəhlizin etibarlı ticarət marşrutu kimi yaranmasında mühüm rol oynayıb

“Mystery Ensemble” Bakıda Lüdoviko Eynaudinin “Underwater” albomunu təqdim edib

Mikayıl Cabbarov: Azərbaycan ilə Slovakiya arasında biznes mühiti daha da yaxşılaşacaq

Azərbaycan Basketbol Liqası: Son çempion “Xırdalan”a qarşı

Konya şəhərində "Anadolu Ankası - 2024" beynəlxalq axtarış-xilasetmə təlimi keçirilir VİDEO

Çempionlar Liqası: İlk finalçı bu gün Parisdə bəlli olacaq

Azərbaycan ilə Slovakiya arasında sənədlər imzalanıb

Dünya birjalarında neft bahalaşıb

Macarıstan Aİ-də işçi qüvvəsinin dəyərinə görə sonuncu yerlərdən birini tutur

AZAL Bakı və Dubay arasında uçuşlara xüsusi təkliflər edir

Paytaxtın üç rayonunda qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Media: Rəfah keçid məntəqəsi işini dayandırıb

Azərbaycanın milli geyimi ABŞ-da nümayiş olunub VİDEO

İlon Mask: Bəşəriyyət yadplanetli sivilizasiyaların əlamətlərini tapa bilər

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Dopinqə görə uzaqlaşdırılan Pol Poqba futbol məşqçisi rolunda filmə çəkilir

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi bərpa edilib - YENİLƏNİB

ABŞ 10 il ərzində texnoloji rəqabət qabiliyyətinə 3,5 trilyon dollar sərmayə qoyacaq

“İlin yeni oyunçusu” mükafatının qalibi müəyyənləşib

Yaponiya Avstraliyaya hərbi gəmilər vermək istəyir

Hər yüz uşaqdan birində “sədəf” xəstəliyi var

“Mançester Yunayted” Premyer Liqada tarixinin ən pis göstəricisini əldə edib

Türkiyənin bir sıra rayonlarında təkrar bələdiyyə seçkiləri keçiriləcək

Superliqa: “Fənərbağça” səfərdə vacib xal itirib

Azərbaycanlı tələbələrin filmləri Qazaxıstanda mükafat alıb

Türkiyə Prezidenti: İraqın şimalında və Suriyada PKK-ya qarşı əməliyyatlar aparılacaq

Fransada antisemitizm hadisələri 4 dəfə artıb

Britaniya Müdafiə Nazirliyinin serverlərinə kiberhücum olub, məlumatlar oğurlanıb

Aİ Rusiya aktivlərindən əldə olunan gəlirin 90 faizini Kiyevin hərbi ehtiyaclarına istifadə etməyə razılaşıb

Bakıdakı Rus evində Ulu Öndər Heydər Əliyevin doğum günü münasibətilə konsert keçiriləcək

Çadda prezident seçkilərində silahlı toqquşmalar baş verib, ölənlər var

İsrail Rəfahda əməliyyatı davam etdirməyə qərar verib

Şolts: 35 min alman hərbçisi lazım gələrsə, müttəfiqlərə kömək etməyə hazırdır

Media: Qəzzada atəşkəs təklifi üç həll mərhələsini əhatə edir

Qızlar arasında voleybol üzrə muxtar respublika turnirinə start verilib

Qubanın bir sıra kəndlərində mədəniyyət müəssisələrinə baxış keçirilib

Ərdoğan: Türkiyə HƏMAS-ın atəşkəs təklifi ilə razılaşmasını alqışlayır

Premyer Liqa: “Qəbələ” “Səbail”i məğlub edib

“Azərbaycanım” beynəlxalq rəsm festivalı çərçivəsində elan olunmuş müsabiqənin yekun sərgiləri açılacaq

Müdafiə naziri: Ankaradan Türkiyə ordusuna bənzər orduların yaradılmasına kömək etmək xahiş olunur

Yağış Kürdəmirdə fəsadlar törədib VİDEO

HƏMAS vasitəçilərin Qəzzada atəşkəs təklifi ilə razılaşıb

Azərbaycan-ATƏT ikitərəfli əməkdaşlıq gündəliyinin əsas istiqamətləri müzakirə olunub

Cüdo üzrə muxtar respublika turnirinin qalibləri məlum olub

COST fəaliyyəti üzrə təşkil edilən tədbirlər müsbət nəticələr verir

Kino Agentliyi “Qızılalma” festivalında mükafata layiq görülüb

Naxçıvanda Yeni Azərbaycan Partiyası veteranlarının gənclərlə görüşü keçirilib

Türkiyənin Milli Müdafiə Universitetinin nümayəndə heyəti Azərbaycanda səfərdədir

Azərbaycanın ev sahibliyi edəcəyi COP29 qlobal sülhə də töhfə verəcək

Minskdə Sovet İttifaqı Qəhrəmanı Nəcəfqulu Rəfiyevin xatirəsi anılıb

Britaniya telekanalında Azərbaycanla bağlı sənədli film göstərilib

Xəbərdarlıq: Paytaxtda şimal-qərb küləyinin sürəti arabir 23-25 metrə çatacaq

® Onlayn ticarət platformasının bazarda peyda olması iqtisadiyyata necə təsir edir?

Slovakiyanın Baş naziri Azərbaycana rəsmi səfərə gəlib

İraq və Suriyanın şimalında 23 terrorçu zərərsizləşdirilib

Faktiki hava: Xəzər dənizində dalğanın hündürlüyü 3.4 metrə çatıb

Azərbaycan klubu daha iki basketbolçu ilə vidalaşıb

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Özbəkistanın Dövlət Tibbi Sığorta Fondu ilə əməkdaşlıq edəcək

ADAU-da it və pişiklərdə sistematik göz müayinəsi və xəstəlik nümunələri mövzusunda seminar keçirilib

İnformasiya Təhlükəsizliyi üzrə Koordinasiya Komissiyasının növbəti iclası Milli Məclisdə keçirilib

“Dərnəgül-Həzi Aslanov” marşrutu üzrə hərəkət edən qatarda nasazlıq yaranıb

Azərbaycan futzal millisi FIFA-nın ilk dəfə açıqladığı reytinqdə 29-cu olub