Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialına həsr edilmiş xüsusi sessiya təşkil olunub

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 3-də “Bakı Enerji Həftəsi-2023” çərçivəsində “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilib.

AZƏRTAC xəbər verir ki, “Heydər Əliyev İli” çərçivəsində Naxçıvan şəhərində təşkil olunan xüsusi sessiyanın iştirakçıları əvvəlcə Ulu Öndərin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər.

Sonra Naxçıvan Muxtar Respublikasının Ali Məclisində tədbir iştirakçıları ilə Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli arasında görüş keçirilib.

Daha sonra Azərbaycan Respublikasının dövlət qurumlarının, Naxçıvan Muxtar Respublikasının aidiyyəti strukturlarının, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik nümayəndəliklərin, Bakı Enerji Forumunda qatılan xarici şirkətlərin nümayəndələrinin iştirakı ilə təşkil olunan Naxçıvan xüsusi sessiyası işə başlayıb.

Sessiya iştirakçıları muxtar respublikada fəaliyyət göstərən emal və xidmət müəssisələri tərəfindən istehsal olunan məhsulların nümayiş olunduğu stendlərlə tanış olublar.

Xüsusi sessiya SOCAR-ın mətbuat katibi Orxan Hüseynovun moderatorluğu ilə Naxçıvan Biznes Mərkəzində keçirilib.

Açılış nitqi ilə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli tədbir iştirakçılarını Ulu Öndər Heydər Əliyevin anadan olduğu Naxçıvanda salamlamaqdan məmnunluq hissi duyduğunu bildirib və xüsusi sessiyanın işinə uğurlar diləyib.

Müstəqilliyimizin ilk illərində ölkəmizin üzləşdiyi ağır vəziyyətdən bəhs edən F.Nəcəfli məhz Ulu Öndərin rəhbərliyi ilə Azərbaycanın bu ağır sınaqdan şərəflə çıxdığını vurğulayıb. O, bu xüsusda Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi enerji strategiyasının, “Əsrin müqaviləsi”nin imzalanmasının ölkəmizin hərtərəfli inkişafında müstəsna rol oynadığını diqqətə çatdırıb.

Sonra Naxçıvanın yaşıl enerji potensialından bəhs edən videoçarx nümayiş etdirilib.

Panel müzakirələrində çıxış edən Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov bu gün Naxçıvanın "yaşıl enerji" marafonuna qoşulduğunu söyləyib. Nazir Naxçıvanda "yaşıl enerji zonası"nın inkişafı üçün Konsepsiyanın hazırlandığını və əlverişli günəş radiasiyasına malik Naxçıvanın bu məqsədin həyata keçirilməsi üçün ideal ərazi olduğunu vurğulayıb.

Muxtar respublikanın elektrik enerjisi tələbatının üçdəbirinin bərpa olunan enerji hesabına ödəndiyini qeyd edən Pərviz Şahbazov Naxçıvanda 1500 MVt gücündə yaşıl enerji layihələrinin reallaşdırılmasının hədəfləndiyini bildirib: “Bu gün burada “TotalEnergies” və Nobel Energy Management” şirkətləri ilə ümumi gücü 900 MVt olan günəş və külək enerjisi layihələri üzrə əməkdaşlıq sənədləri imzalayacağıq. Bu güclərin 650 MVt-ı məhz Naxçıvanda yaradılacaq".

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf bu il Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd etdiyini bildirib. O, Ümummilli Liderin əziz xatirəsinə ehtiram əlaməti olaraq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edən bir çox tədbirlərin, Bakı Enerji Forumu çərçivəsində xüsusi sessiyanın Ulu Öndərin anadan olduğu Naxçıvanda keçirildiyini vurğulayıb.

“Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiyanın Naxçıvan şəhərində təşkil olunmasının əhəmiyyətindən bəhs edən SOCAR-ın prezidenti Naxçıvanın zəngin bərpaolunan enerji potensialına malik olduğunu, bu sahənin inkişafının ölkəmizin enerji təhlükəsizliyinin gücləndirilməsinə və karbon emissiyasının azaldılmasına mühüm töhfə verəcəyini vurğulayıb.

“Yaşıl enerji”yə keçidin bu gün müasir dövrün əsas çağırışlarından biri olduğunu qeyd edən Rövşən Nəcəf SOCAR-ın uzunmüddətli korporativ hədəflərindən danışıb, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya kimi fəaliyyət sahələrinin prioritet istiqamətlər olaraq müəyyənləşdirildiyini, SOCAR-ın quruda və dənizdə bərpa olunan enerji mənbələri ilə bağlı potensial imkanları mütəmadi olaraq araşdırdığını və nəzərdən keçirdiyini diqqətə çatdırıb.

Azərbaycanın möhtəşəm enerji tarixinin bir hissəsi olmaqdan böyük qürur duyduğunu bildirən BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz bundan sonra da ölkənin enerji gələcəyinin formalaşmasına dəstək verməyə hazır olduqlarını ifadə edib. Qəri Counz Azərbaycanın, xüsusən Naxçıvan və Şərqi Zəngəzurun böyük günəş, geotermal, hidroenergetika və külək potensialı ilə seçildiyini, bu rəngarəngliyin xalis sıfır enerji sistemi üçün ideal imkan yaratdığını, ölkənin etibarlı enerji tərəfdaşı kimi BP-nin bu potensialı maksimum dərəcədə inkişaf etdirmək öhdəliyinə sadiq qaldığını vurğulayıb.

“TotalEnergies” şirkətinin Azərbaycan üzrə icraçı direktoru Regis Agut çıxışında Naxçıvan və Şərqi Zəngəzur regionları da daxil olmaqla Azərbaycanın zəngin bərpa olunan enerji potensialına malik olduğunu bildirib. Regis Agut “TotalEnergies”in iqlim dəyişikliyi ilə mübarizə çərçivəsində yaşıl enerji istehsalının artırılması kimi ümumi hədəflərinə töhfə vermək məqsədilə Azərbaycanla potensial günəş və külək enerjisi layihələri üzrə tərəfdaşlıq etməyə hazır olduqlarını ifadə edib.

“China Energy International Group Co.Ltd” şirkətinin baş vitse-prezidenti Xiaodan Lin Naxçıvan və Şərqi Zəngəzurun günəş enerjisi potensialından bəhs edib, bu regionların Azərbaycanda günəş enerjisi layihələrinin inkişafına töhfə verəcəyini vurğulayıb. O, həmçinin Abşeron yarımadasının sahilyanı ərazilərində nəhəng külək enerjisi potensialının olduğunu qeyd edib, bu xüsusda yaşıl enerji potensialının inkişafı ilə Azərbaycanın qonşu ölkələri bərpa olunan enerji ilə təmin edə biləcəyini ifadə edib.

Tədbir çərçivəsində SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında əməkdaşlığa dair saziş imzalanıb. Saziş Azərbaycan Respublikası ərazisində bərpa olunan enerji layihələrinin inkişafını, tərəflər arasında təcrübə mübadilələrinin təşkilini, texniki və maliyyə cəhətdən potensial layihələrin reallaşdırılması üçün optimal yanaşmanı və digər məsələləri nəzərdə tutur.

Azərbaycan Respublikasının Energetika Nazirliyi və “TotalEnergies” şirkəti arasında “250 MVt gücündə quruda külək, Naxçıvan Muxtar Respublikasında 250 MVt gücündə günəş elektrik stansiyaları, habelə enerji saxlanc sistemləri layihələrinin qiymətləndirilməsi və həyata keçirilməsi fəaliyyəti üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu”, Azərbaycan Respublikasının Energetika Nazirliyi və “Nobel Energy Management” MMC arasında “Naxçıvan Muxtar Respublikasında 400 MVt gücündə günəş elektrik stansiyasının tikintisi və istehsal ediləcək elektrik enerjisinin Türkiyə Respublikasına ixracı üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb.

Daha sonra tədbir iştirakçıları üçün mədəni proqram təşkil olunub.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş sərgi ilə tanış olan qonaqlar Ulu Öndərin sevdiyi və dahi rəhbərə həsr olunan musiqili kompozisiyalardan ibarət konsert proqramını izləyiblər.

Tədbir çərçivəsində, həmçinin Naxçıvanın tarixi-memarlıq abidələrinə, o cümlədən “Möminə Xatun” türbəsinə və Açıq Səma altında Muzey Kompleksinə, habelə Duzdağ Fizioterapiya Mərkəzinə tur təşkil edilib.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir

“Samsung” kompaniyası İsrail bazarını tərk edir

Futzal üzrə Azərbaycan Tələbə Liqasına yekun vurulub, qaliblər mükafatlandırılıb

Səttar Bəhlulzadənin 115 illiyi ilə əlaqədar uşaqlar arasında rəsm sərgisi başa çatıb

Avropa Cüdo Birliyinin rəsmisi: Azərbaycan dünyada böyük yarışlara ev sahibliyi etməklə məşhurdur