İQTİSADİYYAT
Naxçıvanda “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir
Naxçıvan, 3 iyun, AZƏRTAC
Bakıda keçirilən Enerji Forumu çərçivəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) təşkilatçılığı ilə iyunun 3-də Naxçıvanda “Naxçıvan və Şərqi Zəngəzurun yaşıl enerji potensialı” mövzusunda xüsusi sessiya keçirilir.
AZƏRTAC xəbər verir ki, sessiyanın işində SOCAR-ın prezidenti Rövşən Nəcəf, energetika naziri Pərviz Şahbazov, BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qari Cons, Çinin “Beynəlxalq Qrup Co. Ltd” şirkətinin sədri Lin Xiaodan, eləcədə muxtar respublikanın rəhbərliyi və müvafiq qurumlarının təmsilçiləri iştirak edirlər.
Sessiyada Naxçıvanın yaşıl enerji potensialı, günəş və külək enerji stansiyalarının inşası, alternativ enerji istehsalı və ixracı, sərmayə yatırımı və digər məsələlər müzakirə olunur.