Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanda çörək festivalı keçirilib VİDEO

Naxçıvan, 31 avqust, AZƏRTAC

Avqustun 30-da “Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksində “Naxçıvan çörəkləri” festivalı keçirilib.

Tədbirin aparıcıları qeyd ediblər ki, Azərbaycanda çörək əsrlərdən bəri bolluq və bərəkət rəmzi sayılıb. Tarixboyu çörək andımız, alqışımız olub. Böyüklərimiz dostluğu daha da möhkəmləndirmək üçün duz-çörək kəsiblər. Qonaq gələndə süfrəyə birinci duz-çörək gətirilib. Bu ilin may və iyun aylarında muxtar respublikada “Yaradıcı əllər”, “Göycə” və “İstedadlı uşaqlar” festivalları keçirilib. Bu gün keçirilən “Naxçıvan çörəkləri” festivalı da muxtar respublikanın bölgələrinə xas müxtəlif çeşidli çörək növlərinin və onların hazırlanması qaydalarının nümayişi baxımından olduqca əhəmiyyətlidir.

Festivalda Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunun elmi işçisi, aqrar elmlər üzrə fəlsəfə doktoru Pərviz Fətullayev çıxış edərək deyib ki, muxtar respublikada enerji təhlükəsizliyi ilə yanaşı, ərzaq təhlükəsizliyinin təmin olunması da diqqət mərkəzində saxlanılır. Ərzaq təhlükəsizliyinin təminatında isə taxılçılığın inkişafı mühüm yer tutur. Çünki taxılçılıq əhalinin çörək və çörək məmulatlarına olan tələbatını ödəyən əsas sahədir. AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda Naxçıvan Muxtar Respublikasının torpaq-iqlim şəraitinə uyğun onlarla yerli və məhsuldar taxıl sortu müəyyənləşdirilərək əkininə başlanılıb. Hazırda muxtar respublikada 15 taxıl anbarı və gündəlik istehsal gücü 432 ton olan 15 taxıl emalı müəssisəsi fəaliyyət göstərir.

Qeyd olunub ki, çörək milliyyətindən və dini mənsubiyyətindən asılı olmayaraq, bütün insanlar üçün müqəddəs nemətdir. Çörək tarixən xalqın sərvəti olmaqla yanaşı, həm də qüdrəti hesab olunub. Xalqımız qədim zamanlardan çörəyə xüsusi münasibət bəsləyib, çörəklə bağlı atalar sözü və məsəllər yaradıb. Çörək bəşər övladına 15 min il bundan əvvəl məlum olub. Məhz bu səbəbdən çörəyin tarixi bəşəriyyətin yarandığı gündən hesablanır. Bəşəriyyətin beşiyi olan Naxçıvanda aparılan arxeoloji qazıntılar zamanı isə kömürləşmiş buğda və arpa, eləcə də müxtəlif formalı təndirlər tapılıb. Bu da Naxçıvanda buğda bitkisinin becərilməsinin və çörək hazırlanmasının qədim tarixə malik olduğunu göstərir.

Pərviz Fətullayev deyib ki, Naxçıvanda çörək bir qayda olaraq təndirdə, çuğun və gil saclarda, həmçinin, xüsusi soba və kürələrdə bişirilir. Muxtar respublikanın bütün yaşayış məntəqələrində çörəyin bişirilməsi tarixən xüsusi mərasimlərlə qeyd edilib. Lavaş, tapı, darı, cadı, dəstana, bozdamac, sac lavaşı, nazik, qalın, çıppa, bombu, kömbə, fətir, bəysumat, xamralı tarixən Naxçıvan mətbəxinə aid olan çörək növləridir. Bu çörək növləri bu gün də süfrələrimizin ən ləziz neməti hesab olunur. Bu gün Naxçıvan Muxtar Respublikasında 124 çörək istehsalı müəssisəsi fəaliyyət göstərir və bunlarda əhalinin tələbatına uyğun olaraq 25 çeşiddə çörək istehsal olunur. Son illər Culfa rayonunun Camaldın, Kırna və Saltaq kəndlərində qədim su dəyirmanlarının bərpa olunması da bu sahədə görülən işlərin tərkib hissəsidir. Hazırda bu su dəyirmanlarında insan sağlamlığı üçün faydalı və ekoloji cəhətdən təmiz un istehsal olunur.

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin muxtar respublikada xalq yaradıcılığı günlərinin keçirilməsi ilə bağlı sərəncamına uyğun olaraq milli dəyərlərimizin, adət-ənənələrimizin qorunub saxlanılması və yaşadılması istiqamətində ardıcıl tədbirlər görülür. Milli dəyərlərimizin bir parçası olan Naxçıvan mətbəxinin öyrənilməsi də diqqət mərkəzində saxlanılır, milli mətbəx nümunələrimiz geniş təbliğ olunur. “Naxçıvan çörəkləri” festivalının keçirilməsi də əsrlər boyu formalaşmış kulinariya mədəniyyətimizin öyrənilməsi və təbliği ilə yanaşı, həm də bu mədəniyyətin gələcək nəsillərə çatdırılmasına xidmət edir.

Pərviz Fətullayev “Naxçıvan çörəkləri” festivalının keçirilməsinə göstərdiyi diqqət və qayğıya görə festival iştirakçıları adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib, festival açıq elan olunub.

Sonra tədbir iştirakçıları Naxçıvan çörəklərinin sərgi-satışı və bişirilməsi ilə tanış olublar.

Məlumat verilib ki, festivala Naxçıvan mətbəxinin ayrılmaz parçası olan çörək nümunələri çıxarılıb. Muxtar respublikanın hər bölgəsinin özünəməxsus mətbəxi olduğu kimi, həm də müxtəlif formalarda bişirilən çörək nümunələri vardır. Naxçıvan ərazisində aşkar olunan çörək məmulatları, çörək bişirilməsi üçün istifadə olunan əşyalar və əkinçilik alətləri əcdadlarımızın zəngin məişət mədəniyyətinə malik olduğunu təsdiq edir. Bu gün öz dadı və keyfiyyəti ilə seçilən, ekoloji cəhətdən təmiz və insan sağlamlığı üçün faydalı olan Naxçıvan çörəklərinə tələbat artır. Hazırda muxtar respublikanın çörək istehsalı müəssisələrində kürə çörəyi, lavaş, çovdar və qarğıdalı çörəkləri, yağlı dəstana və digər çörək növləri ilə yanaşı, həm də hazırlanma forması min illərdir davam edən qədim çörək nümunələri də bişirilir.

Festivalda “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzinin, o cümlədən çörək istehsalı ilə məşğul olan 25 fiziki və hüquqi şəxsin hazırladığı müxtəlif çörək çeşidlərinin sərgi-satışı və bişirilməsi təşkil edilib, Naxçıvan Dövlət Filarmoniyasının Mahnı və rəqs ansamblının çıxışı iştirakçılara xoş ovqat yaşadıb. Çörək festivalı Naxçıvan mətbəxinin zənginliyini bir daha nümayiş etdirməklə yanaşı, muxtar respublikaya gələn turistlərin də böyük marağına səbəb olub.

Festival çərçivəsində “Ən dadlı çörək” nominasiyası üzrə müsabiqə keçirilib, qaliblərə diplom, “Naxçıvan mətbəxi” kitabı və hədiyyələr təqdim olunub.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

Naxçıvanda çörək festivalı keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Delakruanın məşhur rəsm əsəri yenidən Luvr muzeyində sərgilənir

Dörd yüzdən çox namizəd dövlət qulluğu üzrə imtahan verəcək

Yaz ətirli poeziya

Milli Kitabxanada “Azərbaycanın özü qədər əbədi olan şəxsiyyəti – Heydər Əliyev” adlı ənənəvi kitab sərgisi açılıb

Azərbaycan neftinin qiyməti cüzi artıb

Braziliyada daşqınlar nəticəsində ölənlərin sayı 107 nəfərə çatıb

Rezidenturaya qəbul imtahanının I mərhələsinin II cəhdində iştirak etmək üçün qeydiyyat başlanır

Azərbaycan Basketbol Liqası: Son çempion finala çıxa bilər

® “Dayanıqlı Tikinti Zirvəsi”nin gündəliyi yayımlandı

Xalqımız Ulu Öndər Heydər Əliyevin parlaq xatirəsini böyük ehtiramla anır

Premyer Liqa: Tura tarixi derbi ilə start veriləcək

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ulu Öndər Heydər Əliyevin Fəxri xiyabanda məzarını ziyarət ediblər VİDEO

Polis əməkdaşları 82 kiloqrama yaxın narkotik vasitə aşkarlayıb

DİN: Ötən gün ölkə ərazisində 87 cinayətin üstü açılıb

Paytaxtda bəzi ərazilərdə qaz təchizatında müvəqqəti fasilə yaranacaq

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar paylaşım edib

Ceyhun Bayramov Qazaxıstana işgüzar səfərə yola düşüb

Qobustanda narkotiklərlə əlaqəli iki nəfər saxlanılıb

Xalqa bağışlanmış ömür - Ulu Öndərin anadan olmasından 101 il ötür

Baş nazir: Gürcüstan 2030-cu ilə qədər Avropa İttifaqına üzv olacaq

Azərbaycanın mədəniyyət ictimaiyyəti Heydər Əliyev Fondunun 20 illiyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevaya təbrik ünvanlayıb

Azərbaycanın qazandığı bütün uğurların memarı Ulu Öndər Heydər Əliyevdir ŞƏRH

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Nizami rayonunda klassik musiqi konserti təşkil edilib

Səudiyyə Ərəbistanının vəliəhdi Yaponiyaya səfər edəcək

Netanyahu: HƏMAS-ın 24 batalyonundan 20-si məhv edilib

Müstəqil və bütöv Azərbaycan Heydər Əliyev siyasi irsinin təntənəsidir

Azərbaycan-Bolqarıstan əlaqələri qarşılıqlı maraqlar əsasında uğurla inkişaf edir ŞƏRH

Professor Bilgiç: Heydər Əliyevin Türkiyə təbabətinə inamı mənim qürur mənbəyimdir

ADA və Bolonya universitetlərinin birgə proqramı bağçılıq sahəsində multidissiplinar yanaşmanı ehtiva edir

İsveçdə Ulu Öndərin anadan olmasının 101 illiyinə həsr olunmuş tədbir keçirilib

Ulu Öndərin uzaqgörən siyasəti sivil birgəyaşayış qanunlarını həyatımıza gətirdi

Manuela Traldi: ADA və Bolonya universitetlərinin birgə proqramı kənd təsərrüfatında yeni yanaşmanı əhatə edir

Sorğu: Fransızların Avropa İttifaqına etibarı azalır

Vyanada alman nasizmi üzərində qələbənin 79-cu ildönümü qeyd edilib

Respublikaçılar Baydeni İsrailə dəstəklə bağlı vədini pozmaqda günahlandırıblar

İqor Korotçenko: Sülh müqaviləsi Azərbaycan Prezidentinin irəli sürdüyü şərtlərlə bağlanacaq

Pentaqon ABŞ-ın İsrailə hava bombası tədarükünü dayandırdığını təsdiqləyib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Avropa Liqasında finalçılar məlum olub

Dövlət Departamenti ABŞ-ın Ukraynaya yeni silah tədarükünü açıqlayıb

Yevlaxda Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd olunub

Moskvadakı sərgidə faşizm üzərində qələbədə Azərbaycanın roluna həsr olunmuş tədbirlər keçirilib

İsveçrədə İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlıların xatirəsi anılıb

"Paris-2024"ə lisenziya əldə edən Azərbaycan güləşçisi: Qələbə qazanmaq heç də asan olmadı

Neftçalada yol qəzası olub, xəsarət alanlar var

Azərbaycan güləşçisi: Uğurumu “Paris-2024”də davam etdirmək istəyirəm

Ankarada “Heydər Əliyev və Türk dünyası” adlı anım proqramı təşkil olunub

“Scandinavian Airlines” aviaşirkətinin təyyarəsi Bakıya təcili eniş edib

Azərbaycanın üç güləşçisi “Paris-2024”ə lisenziya əldə edib YENİLƏNİB-2

Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Azərbaycanın kişi boksçuları lisenziya turnirinə Tailandda hazırlaşacaqlar

Babək rayonunda fərdi yaşayış evində yanğın baş verib

Olimpiadaya vəsiqə qazanan Azərbaycan güləşçisi: “Paris-2024”dəki hədəfim qızıl medaldır

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti mükafatçılar müəyyənləşib

Yasamalda yol qəzası olub, “Qələbə” dairəsi istiqamətində sıxlıq yaranıb

Biləsuvarda tütün məmulatlarından istifadə qaydalarını pozanlar inzibati məsuliyyətə cəlb olunub

Ukraynada ümumi səfərbərlik və hərbi vəziyyət daha 90 gün uzadılıb

Naxçıvan şəhərində yaşayış evlərinə qrunt suları yığılıb

Göyçə mahalındakı Ağbulaq kənd məktəbinin 100 illik yubileyi qeyd olunub

Naxçıvanda Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi qeyd edilib

İkinci Dünya müharibəsində Belçikada həlak olmuş həmvətənlərimizin xatirəsi yad edilib

Ombudsman Cenevrədə milli qiymətləndirmə sənədilə əlaqədar müzakirələr aparıb

Bolqarıstan və Rumıniya mediası Rumen Radevin Azərbaycana səfərini diqqət mərkəzində saxlayıblar

Qaxda Ulu Öndərin xatirəsinə həsr edilən şahmat turnirinin qalibləri müəyyənləşib

İcma sədri: Fransa səfirinin dediklərinə erməni təəssübkeşliyi kontekstində baxmaq lazımdır

“Anadolu Ankası – 2024” təlimi: şərti düşmənin avtomobil kolonu pusquya salınıb VİDEO

Narva Estoniya Dövlət Gimnaziyasında Azərbaycan mədəniyyətini tanıdan dərslər təşkil edilib

Həzi Aslanov, Mehdi Hüseynzadə, Rixard Zorge və Qafur Məmmədovun abidələri ziyarət olunub VİDEO

“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib

AMEA-da “Dostluğun siması” sənədli filminin və “Heydər Əliyev – Gürcüstan” kitabının təqdimatı olub

Türkiyənin vitse-prezidenti ölkəsinin biznes dairələrini Azərbaycanda yeni layihələr həyata keçirməyə çağırıb

Britaniya peyvəndlərlə bağlı qlobal müqaviləni imzalamaqdan imtina edir

Heydər Əliyev Fondu Samuxda körpələr evi-uşaq bağçası inşa etdirib

Xocalıda insana məxsus sümük fraqmentləri aşkarlanıb

Azərbaycanın Baş naziri türkiyəli investorları bərpaolunan enerji sahəsində əməkdaşlığa çağırıb

Polşada faşizm üzərində Qələbənin 79-cu ildönümü qeyd olunub

Bakıda qızıl medal qazanan çinli atıcı dünya rekordunu yeniləyib VİDEO

Türkiyə Prezidenti: Avropada türk toplumuna qarşı ayrı-seçkilik və nifrət cinayətləri günü-gündən adi hala çevrilir

Ordubad rayonu Pəzməri kənd avtomobil yolunda qaya uçqunu baş verib

Dmitri Peskov: Rusiya hərbçiləri Ermənistanın bir sıra bölgələrindən çıxırlar

Yığmanın sabiq üzvü: “Qəbələ”nin Premyer Liqada qalmasını istəyərdim

İlqar Qurbanov: Sanki yenidən uşaqlıq dövrümə qayıtdım

Misirdə Ulu Öndərin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Şimali Makedoniyada prezident və parlament seçkilərində müxalif partiyası qalib olub

Ön təkəri partlayan mülki təyyarə Antalya hava limanında gövdəsi üstə enib VİDEO

Bakının kənd və qəsəbələri arasında ll minifutbol turnirinin qalibi məlum olub

Serbiya və Çin arasında 28 sənəd imzalanıb

Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub

Vladimir Putin: İkinci Dünya müharibəsi ilə bağlı həqiqət öz siyasətini riyakarlıq üzərində quranlara mane olur

İdman gimnastikası üzrə açıq Bakı çempionatı və paytaxt birinciliyi start götürüb

İcma: Fransadan regionda vəziyyəti gərginləşdirməməyi və sülhə maneə olmamağı tələb edirik

“AzərEnerji” Ulu Öndər Heydər Əliyevlə bağlı tədbirlər keçirib

Moskvada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilmiş tədbir keçirilib

Devid Kemeron: Britaniya və NATO müdafiəyə daha çox pul xərcləməlidir

Mayın 10-da paytaxtda 23, bəzi yerlərdə isə 25 dərəcə isti olacaq

İngiltərədə terrorda şübhəli bilinən 3 nəfər saxlanılıb

Fərid Qayıbov: Minifutbol turnirinin keçirilməsi Azərbaycan futbolunun gələcəyinə böyük töhfə verəcək

Sabah Bakının bəzi küçə və prospektlərində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq

Moskvada hərbi parad keçirilir