Naxçıvanda çoxmənzilli binada baş vermiş yanğın söndürülüb VİDEO
AzerTAg.az
Bakı, 17 fevral, AZƏRTAC
Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə Naxçıvan şəhəri, 2-ci mikrorayonda yerləşən çoxmənzilli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub və yanğın dərhal əraziyə cəlb olunmuş yanğından mühafizə bölmələri tərəfindən qısa müddətdə söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yanğın nəticəsində beşmərtəbəli yaşayış binasının dam örtüyü 400 kvadratmetr sahədə yanıb. Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğının genişlənməsinə, o cümlədən mənzillərə keçməsinə imkan verilməyib.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bina sakinlərinin təxliyəsi həyata keçirilib, xəsarət alan olmayıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.





Xəbərin mətnində orfoqrafik səhv var