Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nazir Anar Kərimov naşirlərlə görüşüb

Bakı, 7 oktyabr, AZƏRTAC

8-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində mədəniyyət naziri Anar Kərimov naşirlərlə görüşüb.

Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşün əsas mahiyyəti ötən il qaldırılan məsələlərin və edilən təkliflərin nazirlik tərəfindən icrası, yeni təkliflərin alınması, eyni zamanda, mövcud problemlərin müzakirəsi ilə bağlı olub.

Görüş zamanı nazir bildirib ki, ötən il naşirlərlə görüş zamanı kitab sənayesi sektorunun inkişafı ilə bağlı bir sıra təkliflər səsləndirilmiş və sözügedən təkliflər “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi tərəfindən ümumiləşdirərək yazılı şəkildə Nazirliyə təqdim olunmuşdur. Təqdim olunan təkliflərin bir qismi birbaşa nazirliyin səlahiyyətinə aid məsələlər idi. Bəzilərinin həlli ilə bağlı Nazirliyin vasitəçi qismində çıxış etməsi nəzərdə tutulurdu. Bir neçə təklifin reallaşdırılması isə aidiyyəti qurumlarla razılaşdırma tələb edirdi.

Nazir çıxışında qeyd edib ki, təqdim olunan təkliflər arasında bəzi məsələlər artıq həllini tapıb. Bunlardan birincisi kitab nəşri sahəsində qanunvericilikdə kitabın ƏDV-dən azad olunması idi ki, bu məsələ artıq öz həllini tapıb. Nəşriyyat işinin predmeti üzrə əsas materiallar və məhsullar, eyni zamanda kitab satışı əlavə dəyər vergisindən azad olunub. Hazırda Azərbaycan kitabın tam şəkildə ƏDV-dən azad olunduğu dünyanın təxminən 50 öllkəsindən biridir.

Bakı Beynəlxalq Kitab Sərgisinin hər il keçirilməsi ilə bağlı edilən təklifə münasibət bildirən Anar Kərimov qeyd edib ki, artıq 2021-ci ildən Bakı Beynəlxalq Kitab Sərgisinin hər il keçirilməsi qərara alınıb və hazırda birlikdə olduğumuz 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkili də bu qərarın icrasının göstəricisidir.

Daha bir təklif stendlərin nəşriyyatların kitab həcminə görə bölüşdürülməsi məsələsi ilə bağlı idi ki, nazir bu təklifin də həlli reallaşan işlər sırasında olduğunu nəzərə çatdırıb və bildirib ki, bu il Bakı Beynəlxalq Kitab Sərgisinin strukturu və formatı beynəlxalq kitab sərgilərinin təcrübəsinə uyğun yenilənib. Yerləşmə planı seksiyalar üzrə tərtib olunub və hər bir nəşriyyata istədiyi həcmdə sahəni əldə etmək imkanı yaradılıb. Bütün iştirakçılara tam təchiz olunmuş 6 kvadratmetr sahə ödənişsiz verilib və əlavə sahələrin icarəyə götürülməsi üçün təşkilati dəstəyi təmin edən şirkətə ödənilən vəsaitin bir qismi nazirlik tərəfindən qarşılanıb.

Tanınmış əcnəbi yazarların sərgiyə dəvət olunması məsələsini builki sərgidə prioritet olan mövzulardan hesab edən Anar Kərimov bildirib ki, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinə Türkiyədən 16, Rusiyadan 13, Özbəkistandan 2 müəllif dəvət olunub. Onlar arasında dünyaşöhrətli İlbəy Ortaylı, Türkiyənin modern poeziyasının nümayəndəsi Adnan Özər, uşaq ədəbiyyatı üzrə tanınmış yazar Fateh Ərdoğan da var. Növbəti sərgiyə ədəbiyyat üzrə Nobel və Buker laureatlarının dəvət olunması planlaşdırılır.

Nazir daha sonra Bakı Beynəlxalq Kitab Sərgisinin piar və reklam aksiyalarının keçirilməsi ilə bağlı səsləndirilən təklifin də həllini tapdığını bildirərək vurğulayıb ki, 8-ci Bakı Beynəlxalq Kitab Sərgisinin təşkilati, piar və reklam işlərinin xüsusi proqramı və sistemi hazırlanıb. Kütləvi informasiya vasitələrində, elektron mediada və sosial şəbəkələrdə geniş təbliğat işləri aparılıb. Sərgi zamanı çağrı məzmununda 2 ədəd videoçarx və 10 ədəbiyyat və incəsənət xadiminin iştirakı ilə videomüraciətlər hazırlanıb. Ən çox dinlənilən 3 radio tezliyində gün ərzində sərgi haqqında mütəmadi məlumat səsləndirilib.

Anar Kərimov həyata keçirilən işlər barədə məlumat verəndən sonra həllini gözləyən, hazırda icrası nəzərdə tutulan məsələlərə də diqqət yönəldib: “Azərbaycanda kitab gününün və ya naşirlər gününün təsis olunması həllini gözləyən məsələlər sırasındadır. Məlumat üçün qeyd edim ki, Azərbaycan Respublikasında “Naşirlər və kitabxanaçılar Günü”nün təsis olunması ilə bağlı müvafiq qaydada vəsatət qaldırılıb. Daha bir məsələ İSBN-in naşirlərə ödənişsiz verilməsi ilə bağlıdır. Bildiyiniz kimi, ölkəmizdə İSBN-in verilməsi və tənzimlənməsi Nazirliyin səlahiyyətləri çərçivəsində deyil. Biz bu məsələnin həlli ilə intensiv məşğul oluruq. Məsələnin həllində Azərbaycan nəşriyyatları da fəal olmalıdır. Biz Mərkəzə illik ödənişin edilməsini və nəşriyyatlarımıza İSBN-in ödənişsiz verilməsini məqbul hesab edirik. Eyni zamanda, biz bu məsələni Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyi ilə də müzakirə edirik”.

Nazir gənc yazarların əsərlərinin nəşrinin bir qisminin dövlət tərəfindən qarşılanması və Azərbaycan Ədəbiyyatının Dünyada Tanıdılması məsələsinin həllini gözləyən işlər sırasında olduğunu nəzərə çatdıraraq qeyd edib ki, gələn il bu iki layihənin icrasına başlanılması nəzərdə tutulur.

Nazirliyin Kitab sənayesi şöbəsinin müdiri Akif Marifli bildirib ki, bu il kitab alışı ilə bağlı nəşriyyatların təklifləri də nəzərə alınıb. Belə ki, Mədəniyyət Nazirliyi tərəfindən ilin əvvəlində elan edilən “Nəşrlərin satınalınması müsabiqəsi” çərçivəsində nazirliyin tabeliyində olan kitabxana fondları üçün 498 min 174 manat dəyərində 50 min 465 nüsxə kitab alınıb. Bu ötənilki alışla müqayisədə 5 dəfə çoxdur.

Görüş zamanı naşirlər kitab alışına göstərilən böyük dəstəyə və kitab sənayesi sektorunun inkişafı istiqamətində reallaşdırılan təkliflərə görə təşəkkürünü bildiriblər. Eyni zamanda, naşirlər tərəfindən yeni təkliflər səsləndirilib.

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Səttar Möhbalıyev: Müxtəlif sahələrdə işləyənlər üçün layiqli iş yerlərinin yaradılmasına çalışırıq

30 ildən sonra nəşi tapılan şəhid Ayaz Ağayev İsmayıllıda torpağa tapşırılıb

Müəllimlərin işə qəbulu üzrə müsabiqədə ilk - “ASAN Login” vasitəsilə qeydiyyat aparılacaq

Goranboyda fəhlələri daşıyan mikroavtobus qəzaya düşüb, xəsarət alanlar var

Mayın 9-nun havası: Bakıda və Abşeron yarımadasında əsasən yağmursuz keçəcəyi gözlənilir

Digər dildə tədris aparılan bölmələr üzrə uşaqların birinci sinfə qəbulu üçün müsahibələr davam edir

Azərbaycan İtaliyada keçirilən “Macfrut” sərgisində iştirak edir

Yazıçılar Birliyində “Heydər Əliyev və multikulturalizm” mövzusunda dəyirmi masa keçirilib

Qüsursuz xidmət etmiş bir qrup hərbi qulluqçuya daimi mənzillər verilib

Ali qonağın şərəfinə

Xorvatiyada Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə musiqili tədbir keçirilib

Dövlətlərarası münasibətlərdə şəxsiyyətin rolu

Şotlandiyanın yeni birinci nazirinin andiçmə mərasimi keçirilib

Mərkəzi Bankda sığorta sektorunun inkişaf perspektivləri müzakirə olunub

Bolqarıstanın birinci xanımı Azərbaycan milli mətbəxinin nümunələri ilə tanış olub

Quş qripi xəstəliyi ilə bağlı bəzi ölkələrə tətbiq edilən məhdudiyyətlər aradan qaldırılıb

SOCAR-ın birinci rübdə ixrac etdiyi neftin həcmi açıqlanıb

Zəmanəmizin ən görkəmli siyasi xadimi

DSMF: Dörd ayda müavinətlər üzrə 356 milyon, Prezident təqaüdləri üzrə 228 milyon manat ödənilib

Nazir müavini: Bolqarıstan şirkətləri Azərbaycanın əsasən qeyri-neft sektoruna sərmayə yatırıblar

AHİK ötən ilin ən yaxşı müəssisələrini mükafatlandırıb

BMqT: Miqrasiyanın siyasiləşdirilməsi mənfi tendensiya doğurur

Slovakiyanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsi digər Aİ üzvlərinə də nümunə olmalıdır ŞƏRH

Azərbaycan arxeoloqları Serbiyada məhkəmə arxeologiyası üzrə təlimlərdə iştirak ediblər

Bu ilin birinci rübündə SOCAR-ın qazma işlərinin həcmi azalıb

Aqrar Sığorta Fondu hava şəraitinin kəskin dəyişməsi ilə bağlı fermerlərə müraciət edib

Olimpiya çempionu: Bakının dünyanın “İdman paytaxtı” seçilməsi böyük uğurdur

Bakıda Azərbaycan-Bolqarıstan biznes forumu keçirilir

Ombudsman beynəlxalq qurumları Azərbaycanın mina probleminin həllinə dəstək göstərməyə çağırıb

Xaqani bağı yaxınlığındakı bəzi küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq

® “Azərsun Holdinq”də ənənəvi “Qan ver, yaşat” layihəsi keçirilib

Tanınmış hüquqşünas alim Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

BMT-də süni intellektin inkişaf proseslərində rolu müzakirə edilib

Bolqarıstan Prezidenti: Azərbaycan ölkəmizin qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır

Azərbaycan-Slovakiya əlaqələrində yeni səhifə açılır ŞƏRH

Naxçıvanda “100 illik tarixin zirvəsi: Heydər Əliyev” adlı tədbir keçirilib

Rumen Radev: Bolqarıstan ilə Azərbaycanı ənənəvi dostluq və qarşılıqlı etimada əsaslanan əlaqələr birləşdirir

“Araz-Naxçıvan”ın futzalçısı: 15 ildən sonra qazanılan kubok çox dəyərlidir

Azərbaycanın Slovakiya ilə mümkün əməkdaşlıq istiqamətləri ŞƏRH

Baş nazir Əli Əsədov Türkiyənin Vitse-prezidenti Cevdet Yılmazla görüşüb

Çexiyada pivə istehlakı tarixi minimuma enib

Prezident: Şərq-Qərb və əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması münasibətlərimizi daha da gücləndirəcək

Prezident İlham Əliyev: Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla yaşıl enerji kabeli istiqamətində çox fəal iş aparır

Prezident: Son vaxtlar Azərbaycan ilə Bolqarıstan arasında ticarət dövriyyəsi bir neçə dəfə artıb

FHN: Subasmaya məruz qalmış fərdi evlərin həyətyanı sahələrində təhlükəsizlik tədbirləri görülüb VİDEO

Prezident İlham Əliyev: Azərbaycan qazının Bolqarıstana ixracı ildən-ilə artmaqdadır

Naxçıvanda vəkillərin ilk dəfə təntənəli andiçmə mərasimi olub

“Ümummilli Lider Heydər Əliyevin dil siyasəti” - elmi sessiya

Sabah paytaxtda hava əsasən yağmursuz keçəcək

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə mayın pensiyaları ödənilib

Daxau əsir düşərgəsində azərbaycanlı əsirlərin xatirə lövhəsi açılıb

Ürək-damar sistemi xəstəliklərinin ölkə üzrə milli epidemioloji registri yaradılacaq

Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

Zəngilan və Cəbrayılda əhali üçün kardioloji müayinələr təşkil edilib

Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb  YENİLƏNİB VİDEO

Ədəbiyyat Muzeyi ilə Belçika-Azərbaycan Mədəniyyət Cəmiyyəti arasında əməkdaşlıq perspektivləri müzakirə edilib

“Tesla” Çində “robotaksi” pilot layihəsinə start verir

Çexiyalı atıcı Bakıda həm qızıl medal qazanıb, həm də rekorda imza atıb VİDEO

Ötən beş ildə 4,8 mindən çox şəxs “Könüllü DOST” proqramına cəlb edilib

Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Turizmin inkişafı” işçi qrupunun iclası keçirilib

Slovakiyanın Baş nazirinin səfəri ölkələrimiz arasında əlaqələrin inkişafında yeni səhifə açacaq ŞƏRH

İsrail Kerem-Şalom keçid məntəqəsini açıb

DSMF Gəncədə ictimai dinləmə keçirəcək

Prado Milli muzeyi və “Colnaghi” rəsm qalereyası Karavacionun “Ecce Homo” şedevrini ilk dəfə sərgiləyəcək

Ulu Öndərin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının təmin olunması sahəsində mühüm addımlar atılıb

Ümummilli Lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş respublika elmi konfransı başa çatıb

Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib YENİLƏNİB VİDEO

Naxçıvanın Bakıdakı daimi nümayəndəliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

DİM rəhbəri: Çalışacağıq ki, daha kütləvi imtahanları da elektron formata keçirək

Fikrət Hüseynov: Artıq Azərbaycanda qış idman növlərinin inkişafı üçün işlər aparılır

Məleykə Abbaszadə: Növbəti addım gələn ilin imtahan cədvəli ilə bağlıdır

Lənkəranda evdən oğurluq edən şəxslər saxlanılıblar

Rusiya və Çin Ayda atom stansiyası quraşdıracaq

Gənclər Kitabxanası Ulu Öndərin 101-ci ildönümü ilə əlaqədar silsilə materiallar hazırlayıb

Mayın 8-i Ümumdünya Qırmızı Xaç və Qızıl Aypara Hərəkatı Günüdür

ABŞ şirkətinə məxsus şassisi açılmayan təyyarə İstanbul hava limanında gövdəsi üzərinə enib VİDEO

Türkiyəli mütəxəssis: Azərbaycanda hər kəsi körlinqlə məşğul olmağa dəvət edirik VİDEO

DİM rəhbəri: İşə qəbul imtahanları elektron formatda olacaq

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Bolqarıstanın birinci xanımı Desislava Radeva ilə görüşü olub VİDEO

Məleykə Abbaszadə: “Yüksəliş”in onlayn sessiyası DİM-in elektron imtahanlar korpusunda keçiriləcək

Sinqapurda F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb

Qərbi Azərbaycan məsələsi ilə bağlı aparılan haqq işində tarixi nailiyyət əldə edilib

Azərbaycanda körlinq idman bölməsi açılıb

Məleykə Abbaszadə: DİM-in yeni korpusunda gün ərzində 1700 nəfər imtahan verə biləcək

FHN: Ötən sutka ərzində 15 halda yanğına çıxış olub, 4 nəfər xilas olunub

Cari ildə istehlakçılara 59 milyon manatlıq ƏDV geri qaytarılıb

Bakı PISA üzrə II ICESCO Nazirlər Konfransına ev sahibliyi edəcək

Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü olub YENİLƏNİB VİDEO

Azərbaycan DİM Dialoqunu sülh və dostluq platformasına çevirir ŞƏRH

Avropa İttifaqı Stiven Siqala qarşı sanksiya tətbiq edə bilər

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərin nəzərinə

AKİA-nın sədri Balakəndə vətəndaşları qəbul edəcək

Sabah Bakı metrosunun iş rejimi dəyişdiriləcək

Almaniyanın “Die Zeit” qəzetində Azərbaycana həsr olunmuş məqalə dərc edilib

ABŞ Qəzza sektoru üçün üzən limanın tikintisini başa çatdırıb

Bu il yeni nəsil NKA-lar vasitəsilə dövriyyə 11 faizdən çox artıb

Konfrans Liqası: Bu gün ilk finalçı müəyyənləşəcək

Təbrizdə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü qeyd edilib

Haitidə torpaq sürüşməsi 13 nəfərin həyatına son qoyub

Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusuna mediatur keçirilib