İQTİSADİYYAT
Nazir: Cari ildə Azərbaycanda ÜDM 3,2 faiz, qeyri-neft ÜDM-i isə 3,4 faiz artacaq
Bakı, 11 iyul, AZƏRTAC
Cari ildə ölkədə ümumi daxili məhsul (ÜDM) 3,2 faiz, qeyri-neft ÜDM-i isə 3,4 faiz artacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Şahin Mustafayev iyulun 11-də Bakıda keçirilən Azərbaycan-Fransa biznes forumunda deyib.
Nazir qeyd edib ki, beynəlxalq təşkilatların proqnozları da müsbətdir. Belə ki, Dünya Bankı Azərbaycan iqtisadiyyatının 2019-cu ildə 3,3 faiz, Beynəlxalq Valyuta Fondu isə iqtisadiyyatımızın 3,4 faiz artacağını proqnozlaşdırır. Ötən il iqtisadiyyata 8,2 milyard dolları xarici investisiyalar olmaqla 15,3 milyard dollar investisiya yatırılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [11:22]
Dövlət Vergi Xidməti: Elektron xidmət təkmilləşdirilib
- 27.08.2023 [07:11]
Dövlət xətti ilə 3886 mənzil kirayə verilib
- 26.08.2023 [14:52]
Hüquqi şəxsin fəaliyyəti yenidən bərpa oluna bilərmi?
- 26.08.2023 [14:50]
ABŞ Federal Ehtiyat Sistemi uçot dərəcələrini artırmağa davam edəcək
- 25.08.2023 [14:44]