DÜNYA


Nazir: Estoniyadakı miqrantlar yerli dili bilməyə məcburdurlar

Tallinn, 19 sentyabr, AZƏRTAC 

Estoniyanın Mədəniyyət naziri Tonis Lukas ölkəsində çalışan və ya təhsil alan xarici vətəndaşların eston dilində danışmamasından narahatlığını ifadə edib.

AZƏRTAC xəbər verir ki, nazir ən adi xidmətlərin göstərilməsi zamanı da başqa dillərdən istifadə olunmasının gələcəkdə eston dilinin assimilyasiyasına və məhvinə gətirib çıxaracağını söyləyib. Bildirib ki, bu prosesin qarşısını almaq üçün ölkədə xidmət sahələrində eston dilində danışmayanlar cəzalandırılmalıdır. Ölkəyə inteqrasiya olunmaq istəməyən miqrantlar isə buranı tərk etməlidirlər.

Nazir Estoniyada təhsil almaq adı ilə gələn gəncləri də ciddi araşdırmağı vacib sayır.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.