İQTİSADİYYAT
Nazir: OPEC və müttəfiqləri fövqəladə yığıncaq keçirərək atılacaq addımları müzakirə etməyə hazırdır
Bakı, 27 dekabr, AZƏRTAC
OPEC və müttəfiqləri fövqəladə yığıncaq keçirərək atılacaq addımları müzakirə etməyə hazırdır.
AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu barədə Birləşmiş Ərəb Əmirliklərinin energetika naziri Suhail Mohamed Al Mazrouei deyib. Nazir qeyd edib ki, neft hasilatının gündəlik 1,2 milyon barrel azaldılmasının qiyməti tarazlaşdırmaqda yetərsiz olacağı təqdirdə OPEC və OPEC+ ölkələri fövqəladə görüş keçirmək, atılacaq addımları müzakirə etməyə hazırdır.
Xatırladaq ki, dekabrın əvvəlində OPEC və OPEC+ üzrə neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən gündəlik 1,2 milyon barrel azaldılması ilə bağlı razılıq əldə olunub. Gələn ilin yanvar ayından qüvvədə olacaq və 6 ayı əhatə edəcək bu qərar üzrə Azərbaycan sentyabrda gündəlik 796 min barrel olan neft hasilatını növbəti ildən təxminən 20 min barrel azaldılması ilə bağlı öhdəlik götürüb. Azərbaycan gələn ildən neft hasilatını sutkada 776 min barrel həcmində saxlamalıdır. Noyabr ayı üzrə ölkədə gündəlik neft istehsalı 801 min barrel olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]