SİYASƏT
Nazir müavini: Azərbaycan və Belarus beynəlxalq arenada həmrəylik nümayiş etdirirlər

Minsk, 14 noyabr, AZƏRTAC
Azərbaycan və Belarus arasında bütün sahələrdə əməkdaşlıq əlaqələri inkişaf etməkdədir. İki ölkə arasındakı əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır.
Bu fikri AZƏRTAC-a açıqlamasında Belarus xarici işlər nazirinin birinci müavini Andrey Yevdaçenko deyib.
Onun sözlərinə görə, Azərbaycan və Belarus beynəlxalq arenada həmrəylik nümayiş etdirirlər. İki ölkə arasında ticarət dövriyyəsi getdikcə artır. Bu ilin 9 ayında iki ölkə arasında ticarət dövriyyəsi ötən ilin müvafiq dövrü ilə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Hazırda isə Azərbaycan və Belarusun birgə layihələrinin üçüncü ölkələrin bazarlarında uğurlu tətbiqi müzakirə edilir.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Minsk