İQTİSADİYYAT


Nazir müavini: Azərbaycanla Slovakiya arasında olan münasibətlərin ikitərəfli formatda inkişafına önəm veririk

Nazir müavini: Azərbaycanla Slovakiya arasında olan münasibətlərin ikitərəfli formatda inkişafına önəm veririk

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycanla Slovakiya arasında olan münasibətlərin həm ikitərəfli formatda, həm də Avropa İttifaqı ilə əməkdaşlıq çərçivəsində inkişafına önəm veririk.

AZƏRTAC xəbər verir ki, bu barədə iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov oktyabrın 20-də Bakıda keçirilən Azərbaycan-Slovakiya biznes forumunda deyib.

Nazir müavini qeyd edib ki, Azərbaycanla Slovakiya arasında tərəfdaşlığın genişləndirilməsində böyük potensial var. Biznes forum tərəfdaşlıq üçün əlverişli imkanlar yaradır. Hazırkı dövrdə ticarət əlaqələrinin artırılması və şaxələndirilməsi əsas hədəflərimizdən biridir. Bugünkü biznes forumda informasiya texnologiyaları, telekommunikasiya xidmətləri, bank, ticarət və investisiya, qida sənayesi və digər sahələrdə fəaliyyət göstərən dövlət və özəl qurumların nümayəndələri iştirak edirlər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.