RƏSMİ SƏNƏDLƏR


Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Dövlət Neft Şirkəti işçilərinin təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Neft Daşlarının 70 illik yubileyi ilə əlaqədar və neft sənayesinin inkişafında xidmətlərinə görə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin aşağıdakı işçiləri təltif edilsinlər:

3-cü dərəcəli “Əmək” ordeni ilə

Ağayev Bağış Ağaqulu oğlu

Əliyev Yaşar Aşır oğlu

Məhərrəmov Yaşar Üzeyir oğlu

“Tərəqqi” medalı ilə

Abdullayev Ənvər Əmiraslan oğlu

Budaqov Ələddin Məhəmməd oğlu

Əmrəliyev Rafiq Mehi oğlu

Əskərov Əskər Əkbər oğlu

İsmayılov Rəhimulla Dadaş oğlu

Mustafayev İzzət Mehti oğlu

Tağıyev Mərdan Mirzə oğlu.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 6 noyabr 2019-cu il.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin