ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutu “SOCAR Methanol” MMC ilə anlaşma memorandumu imzalayıb
Bakı, 1 avqust, AZƏRTAC
Avqustun 1-də Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ) ilə “SOCAR Methanol” MMC arasında anlaşma memorandumu imzalanıb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, görüşdə hər iki tərəfi maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.
Görüşdə institutun direktoru, akademik Vaqif Abbasov, elmi işlər üzrə direktor müavini, texnika elmlər doktoru Hikmət İbrahimov və “SOCAR Methanol” MMC-nin baş direktoru Elnur Mustafayev, baş direktorun müşaviri Aqil Səmədov, marketinq şöbəsinin əməkdaşı Aysel Səfərova iştirak ediblər.