ELM VƏ TƏHSİL


Neft və Qaz İnstitutunun keçirdiyi müsabiqədə 35 iddiaçı elmi işçi vəzifələrini tutub

Bakı, 15 mart, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Neft və Qaz İnstitutunda elmi işçi vəzifələrinin tutulması üçün müsabiqə keçirilib. Müsabiqə AMEA-nın Rəyasət Heyətinin “Azərbaycan Milli Elmlər Akademiyasının elmi müəssisə və təşkilatlarında elmi işçi vəzifələrinin tutulması üçün müsabiqənin keçirilməsinin müvəqqəti qaydaları”na uyğun olaraq təşkil edilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, vakant şöbə müdiri, baş elmi işçi, aparıcı elmi işçi, böyük elmi işçi və elmi işçi vəzifələrinin tutulması üzrə müsabiqə elmi şuranın iclasında reallaşıb.

İclasda müsabiqə komissiyası tərəfindən aparılmış elmi vəzifə iddiaçılarının sənədlərinin ekspertizasının nəticələri elan olunub və hər bir iddiaçı ilə müsahibə aparılıb. İddiaçıların səsverməyə buraxılması haqqında qərar qəbul olunub.

Gizli səsvermə prosesi hesablama komissiyasının nəzarəti ilə tam şəffaf qaydada keçirilib. Səslər toplandıqdan sonra nəticələr elan olunub.

Müsabiqədə 35 iddiaçı iştirak edib və onlar iddia etdikləri vəzifələri tutublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.