ELM VƏ TƏHSİL


Neft və qaz yataqlarının təbii rejimlərdə işlənilməsi tədqiq edilir

Bakı, 26 aprel, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Neft və Qaz İnstitutunun “Neft və qaz yataqlarının işlənilməsi və istismarı” şöbəsinin növbəti iclası keçirilib.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, iclasda karbohidrogen yataqlarının işlənilməsinin texniki-texnoloji və iqtisadi problemləri şöbəsinin müdiri, texnika elmləri namizədi Bünyad Kazımovun neft və qaz yataqlarının işlənilməsi prosesində quyu-lay sistemində baş verən mürəkkəb xarakterli hidroqazdinamik məsələlərin tədqiqi sayəsində əldə etdiyi nəticələr müzakirə olunub. Tədqiqatçının “Neft və qaz yataqlarının işlənmə göstəricilərinin və süzülmə-tutum parametrlərinin süxurların qeyri-elastiki deformasiyaları nəzərə alınmaqla təyini” mövzusunda icmal xarakterli elmi məruzəsi dinlənilib.

Tədqiqata cəlb edilən məsələlərin aktual olması, tədqiqatçı tərəfindən alınmış nəticələrin dərin yatımlı neft və qaz yataqlarının təbii rejimlərdə işlənilməsinin idarə olunması məsələlərinin həllində nəzərə alınmasının vacibliyi və tədqiqat işlərinin davam etdirilməsinin zəruriliyi vurğulanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.