İDMAN
“Neftçi” futbol klubunda yeni təyinat olub
Bakı, 22 fevral, AZƏRTAC
“Neftçi” futbol klubunda yeni təyinat olub.
AZƏRTAC kluba istinadla xəbər verir ki, Ceyhun Sultanov “Neftçi”nin idman direktoru vəzifəsinə təyin edilib.
1997/1998-ci il mövsümündə “Neftçi”nin şərəfini qorumuş və 23 oyunda 6 qola imza atmış Ceyhun Sultanov “Fərid” (1996-1997-ci il), “Dinamo” (1998-2001-ci il), “Maşinsazi” (Təbriz, 2003-2004-cü il), “Bakı” (2004-2007-ci il), “Xəzər-Lənkəran” (2007-2010-cu il), “Kəpəz” (2010-2012-ci il), “Sumqayıt” (2012-ci il), “Qəbələ” (2013-cü il) klublarında da çıxış edib.
O, Azərbaycan çempionatının və kubokunun qalibidir. U-21 yığmamızın kapitanı olmuş Ceyhun Sultanov 1998-2007-ci illərdə Azərbaycan milli komandasının heyətində 16 oyun keçirib, 1 qol vurub.
Otuz səkkiz yaşlı mütəxəssis “Bakı”da seleksiyaçı məşqçi, “Sumqayıt”da baş menecer vəzifələrində çalışıb.