İDMAN
“Neftçi”nin yarımmüdafiəçisi Ataa Caber Fələstin yığmasına dəvət alıb

Bakı, 10 iyun, AZƏRTAC
Bakının “Neftçi” klubunun yarımmüdafiəçisi Ataa Caber Fələstin pasportu alıb. İyirmi səkkiz yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin milli komandasının formasını geyinəcək.
AZƏRTAC kluba istinadla xəbər verir ki, millinin İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan Caber iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq oyunlarında iştirak edə bilər.
Qeyd edək ki, əvvəllər İsrailin U-21 millisinin şərəfini qorumuş Ataa Caber bu komandanın kapitanı da olub.
Müəlliflə əlaqə
Bölmənin digər xəbərləri
- 27.09.2023 [17:47]
İdman ictimaiyyəti Zəfər parkında olub, şəhidlərin xatirəsi yad edilib
- 27.09.2023 [15:13]
Azərbaycan paracüdoçusu Bakıdakı Qran-pridə gümüş medal qazanıb
- 27.09.2023 [14:14]