REGİONLAR
Nehrəm kəndindəki “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb
Babək, 16 may, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının Babək rayonunun Nehrəm kəndindəki İslam mədəniyyətinin nadir nümunələrindən olan “İmamzadə” abidə kompleksində təmir-bərpa işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, bərpa işlərindən sonra milli memarlıq quruluşu ilə göz oxşayacaq türbənin ətrafında yaşıllıq salınacaq, işıqlandırma sistemi quraşdırılacaq.
Nehrəm “İmamzadə”si türbə, təkyə və yardımçı binalardan ibarətdir. Əhali arasında yayılan rəvayətə görə, İmamzadədəki qəbirdə yeddinci imam Musa Kazımın oğlu Seyid Əqil dəfn olunub.
Sakinlər İmamzadənin bərpasını dünya və İslam mədəniyyətinə, ümumilikdə, bəşər sivilizasiyasına verilən töhfə kimi dəyərləndirirlər.
Qeyd edək ki, bundan əvvəl Naxçıvan şəhərində və Şərur rayonunun Xanlıqlar kəndindəki imamzadələr də bərpa edilib.