CƏMİYYƏT


Niderlandlı yazıçı: Qarabağdan bəhs edən kitabı ərsəyə gətirməkdən çox məmnunam

Niderlandlı yazıçı: Qarabağdan bəhs edən kitabı ərsəyə gətirməkdən çox məmnunam

Ağdam, 25 may, Gülay Nəzərova, AZƏRTAC

Artıq üçüncü dəfədir Qarabağdayam və burada olmaqdan çox məmnunam.

AZƏRTAC xəbər verir ki, bunu Ağdamda jurnalistlərə açıqlamasında niderlandlı yazıçı, Qarabağdan bəhs edən kitabın müəllifi Henri Van Rens deyib.

"Təxminən 400-420 səhifədən ibarət kitabı ərsəyə gətirməkdən çox məmnunam. Çünki bu, Birinci və İkinci Qarabağ müharibəsinin qurbanı olmuş insanların valideynlərinə, uşaqlarına hədiyyədir", - deyə müəllif sözlərinə əlavə edib.

Konfrans haqqında təəssüratlarını bölüşən niderlandlı yazıçı deyib: “Hesab edirəm ki, konfrans çox faydalıdır. 51 ölkədən 200-ə yaxın insan bura toplanıb. Ümid edirəm ki, bir gün Niderland hökuməti Xocalıda baş verənləri soyqırımı olaraq tanıyacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.