DÜNYA


Nigeriyada 900-ə yaxın uşaq-əsgər dinc həyata dönüb

Bakı, 10 may, AZƏRTAC

“Birləşmiş vətəndaş məqsədli qrupu” könüllü silahlı birləşməsi Nigeriyanın şimal-şərqində Mayduquri şəhərində öz sıralarından 894 uşağı, o cümlədən 106 qızı azad edib.

AZƏRTAC bu barədə BMT-nin Uşaq Fondunun (UNICEF) saytına istinadla xəbər verir. “Nigeriyanın şimal-şərqində yaşayan uşaqlar bu konfliktin əsas ağırlığını öz üzərində hiss edib. Onlar silahlı qruplar tərəfindən həm döyüş, həm də qeyri-döyüş məqsədilə istifadə edilib, ölüm, qətl və qəddarlığın şahidi olublar. Münaqişədə iştirakları onların fiziki və emosional vəziyyətlərinə ciddi təsir göstərib”, - deyə UNICEF-in Nigeriyadakı nümayəndəsi Məhəmməd Fal bildirib.

“Birləşmiş vətəndaş məqsədli qrupu” könüllü silahlı birləşməsi 2013-cü ildə “Boko Haram” qruplaşmasına qarşı mübarizə aparan Nigeriya Silahlı Qüvvələrinə yardım etmək üçün formalaşdırılıb. Onlar 2017-ci ildə uşaqların münaqişəyə cəlb olunmasının qarşısının alınması barədə plan imzalayıblar. Həmin dövrdən indiyədək 1727 uşaq və gənc dinc həyata qayıda bilib.

Qeyd edək ki, Nigeriya ərazisində İslam xilafətinin qurulmasına və şəriət hüququnun tətbiqinə çalışır, qərb təhsilinə, demokratiyaya, hakimiyyətin bölünməsi prinsipinə, həmçinin qərb geyiminə və yad mədəniyyətin digər elementlərinə qarşı çıxan “Boko Haram” qruplaşması fəaliyyət göstərir. “Boko Haram” Nigeriya ilə yanaşı Niger, Kamerun və Çad ərazilərində də hökumət orqanlarına qarşı aktiv partizan müharibəsi aparır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.