DÜNYA


“Nike” məhsullarının qıtlığı gözlənilir

Paris, 25 sentyabr, AZƏRTAC

Qarşıdan gələn aylarda “Nike” markası məhsullarının qıtlığı yaranacaq. Şirkətin mallarının Asiyadan Amerikaya çatdırılması artıq əvvəlki kimi 40 gün yox, 80 gün çəkir.

AZƏRTAC xəbər verir ki, “Nike” bəzi idman geyimlərinin qısa müddət ərzində qıtlığı yaranacağını bəyan edib. Bildirilib ki, Asiya ölkələrində “Nike” markası fabriklərinin bağlanması, eləcə də nəqliyyat problemləri buna səbəb olub.

“İtirilmiş istehsal həftələri uzun tranzit müddətləri ilə birlikdə qarşıdan gələn rübdə “Nike” məhsullarının qıtlığının yaranmasına səbəb olacaq”, - deyə qrupun maliyyə direktoru Matt Friends mətbuata bildirib. Qeyd edib ki, hələ cari ilin iyun ayında vəziyyətlə bağlı məlumat vermişdi, lakin iyun-avqust aylarında vəziyyət daha da pisləşib. Konteyner və işçi çatışmazlığına görə məhsullar yığılıb qalıb və vəziyyət daha da pisləşib. COVID-19 pandemiyasından əvvəl “Nike” məhsulları Asiyadan Amerikaya 40 günə çatdırılırdısa, bu gün bu daşınma 80 günə başa gəlir. Eyni zamanda, İndoneziya və Vyetnamda fabriklərin bağlanması da məhsul qıtlığına səbəb olub. Geyim fabriklərinin yarıdan çoxu hələ də bağlıdır. COVID-19 pandemiyası dövründə qrupun ticarət dövriyyəsi 2.25 milyard avro artıb. M.Friends bildirib ki, qrupun məhsullarına tələbat çox yüksəkdir və təchizatla bağlı problemlər olmasa idi, birinci rübün nəticələri daha da yüksək ola bilərdi.

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.