Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqadan

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul etməyinizi xahiş edirəm. Gələcək illərdə Sizə möhkəm cansağlığı, yüksək əhval-ruhiyyə və bütün işlərinizdə uğurlar diləyirəm.

Bu əlamətdar gündə həm öz adımdan, həm də yaradılmasında Sizin şəxsi təşəbbüslərinizin mühüm rol oynadığı Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin İdarə Heyətinin üzvləri adından bu təşkilata göstərdiyiniz davamlı dəstəyə görə Sizə səmimi qəlbdən minnətdarlığımı bildirmək istəyirəm. Əmin ola bilərsiniz ki, həm Bakı Forumlarının getdikcə artan uğurları, həm də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkil etdiyi yüksək səviyyəli tədbirlər Azərbaycanın böyük əhəmiyyətə malik bir ölkə kimi nüfuzunun artmasına, eləcə də dünyada yeni dostlar və tərəfdaşlar qazanmasına bundan sonra da kömək edəcəkdir.

Cənab Prezident, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Hörmətlə,

 

Vayra Vike-Freyberqa

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri,

Dünya Liderlik Alyansı/Madrid Klubunun prezidenti,

Latviya Respublikasının sabiq Prezidenti (1999-2007)

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin