MƏDƏNİYYƏT
Nizami Kino Mərkəzində “Hadi İnşallah” filminin təqdimatı və yaradıcı heyətlə görüş olacaq
Bakı, 14 dekabr, AZƏRTAC
Dekabrın 22-də Nizami Kino Mərkəzində “Hadi İnşallah” filminin qala-gecəsi keçiriləcək.
Kino Mərkəzindən AZƏRTAC-a bildirilib ki, rejissor Ali Taner Baltacının bu romantik komediyası Pucca adlı qızın həyatından bəhs edir.
Ankarada dörd il bir yerdə olduğu sevgilisindən ayrılan Pucca İzmirə ailəsinin yanına qayıdır. Həsrətlə telefon zənglərini gözləyən gənc qadın özünə və evə qapanır. Ailəsi onu bu vəziyyətdən çıxarmaq üçün məcburən yerli telekanalların birinə iş axtarmağa göndərir. İstəmədən getdiyi məkanda yaraşıqlı “Pekmez” ləqəbli oğlanla qarşılaşan Puccanın həyatına yeni gün doğur...
Qala-gecəsində baş qəhrəmanları canlandıran aktyorlar Murat Boz, Büşra Pekin və filmin yaradıcı qrupunun digər üzvləri iştirak edəcəklər.
Filmin nümayişindən sonra mətbuat konfransı keçiriləcək.
Qala-gecəsi haqqında daha ətraflı məlumatı Nizami Kino Mərkəzinin “facebook” səhifəsindən öyrənmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]