CƏMİYYƏT


Nizami rayonunda velosiped oğurlayan şəxs tutulub

Bakı, 15 sentyabr, AZƏRTAC 

Paytaxtın Nizami rayonunda velosiped oğurlayan, əvvəllər məhkum olunmuş şəxs tutulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Nizami Rayon Polis İdarəsinin 24-cü polis şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində B.Qasımova və İ.Əliyevə məxsus velosipedləri oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Novruzov saxlanılıb.

Oğurluq etdiyinə görə tutulmuş N.Musayevin ətrafında Bakı Şəhər Baş Polis İdarəsinin cinayət axtarışı idarəsinin əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun beş nəfərin çantasından pul, sənəd, qızıl-zinət əşyaları və mobil telefon oğurlaması da müəyyənləşdirilib.

Hadisələrlə əlaqədar təhqiqat davam edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.