Azərbaycan Dövlət İnformasiya Agentliyi

RƏSMİ SƏNƏDLƏR

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 156-cı maddəsini rəhbər tutaraq qərara alır:

“Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 2, maddə 69) aşağıdakı dəyişikliklər edilsin:

1. 1.0.3-cü maddədə “Qanununda nəzərdə tutulan dövlət və ya yerli özünüidarə orqanı tərəfindən qəbul” sözləri “Qanununun 4.1-ci maddəsində müəyyən” sözləri ilə əvəz edilsin.

2. 4.1.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“4.1.3. maliyyə bazarları tənzimləyicisinin qərarları;”.

3. 80.0.2.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

“80.0.2.3. “maliyyə bazarları tənzimləyicisinin qərarları”;”.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 30 sentyabr 2016-cı il.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin