DÜNYA
Norveç Xarici İşlər Nazirliyi öz vətəndaşlarına zərurət olmadığı təqdirdə Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib
Stokholm, 25 yanvar, Rauf Əliyev, AZƏRTAC
Norveç Xarici İşlər Nazirliyi öz vətəndaşlarına zərurət olmadığı təqdirdə Ukraynaya səfərdən çəkinməyi tövsiyə edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Norveç hökumətinin saytında müvafiq qeyd yerləşdirilib.
Mətndə qeyd olunur ki, Ukraynadakı gərgin və insanların təhlükəsizliyi ilə bağlı gözlənilməz vəziyyəti nəzərə alaraq, Norveç Xarici İşlər Nazirliyi bu ölkəyə səyahətçilər üçün zəruri olmayan bütün səfərlərdən çəkinməyi tövsiyə edir.
“İndi Ukraynaya səyahət etmək qərarına gəlsəniz, öz təhlükəsizliyinizi diqqətlə qiymətləndirməyinizi və etibarlı səyahət sığortanızın mövcudluğundan əmin olmaq üçün sığorta şirkətinizlə əlaqə saxlamağınızı tövsiyə edirik. Əgər siz artıq Ukraynadasınızsa, baş verən hadisələri yaxından izləməyi tövsiyə edirik. Öz təhlükəsizliyinizi diqqətlə qiymətləndirin, o cümlədən zəruri hallar yoxdursa ölkədən çıxış imkanları haqqında ümumi məlumat əldə edin", - deyə məsləhət qeydində bildirilib.
Rauf Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Stokholm