DÜNYA


Norveçdə taxta körpülərdə hərəkət bağlanır

Norveçdə taxta körpülərdə hərəkət bağlanır

Stokholm, 20 avqust, AZƏRTAC

Norveçdə taxta körpülərdən biri uçandan sonra belə körpülərdə hərəkət dayandırılır.

AZƏRTAC xəbər verir ki, Norveçin Ümumi İstifadəli Avtomobil Yolları İdarəsi ölkədəki 14 taxta körpünün bağlanması barədə qərar qəbul edib. Buna səbəb bu həftənin əvvəlində belə körpülərdən birinin - 10 il bundan əvvəl inşa edilmiş, bir-birinə yapışdırılmış tirlərdən ibarət avtomobil körpüsünün uçması olub.

Krallığın cənubunda yerləşən Tretten körpüsü bazar ertəsi avqustun 15-də səhər saat 7:30 radələrində uçub. Hadisənin səbəbi hələ aydın deyil. Fövqəladə hadisə anında uzunluğu 150 metr olan körpüdə bir yük maşını və bir minik avtomobili olub. Xoşbəxtlikdən, hadisə nəticəsində insan tələfatı və yaralananlar olmayıb.

“Plan Arkitekter” şirkəti tərəfindən layihələşdirilmiş və podratçı “Contexto” şirkəti tərəfindən inşa edilmiş Tretten körpüsünün tikintisi 2012-ci ildə başa çatıb. Keçən il körpüyə plan üzrə nəzərdə tutulan illik baxış keçirilib.

Uçmuş körpünün mühəndis-konstruktoru “Norconsult” şirkəti olub, bir-birinə yapışdırılmış tirlərdən ibarət komponentlər isə “Moelven Limtre” şirkəti tərəfindən çatdırılıb. Brumunddaledə yerləşən 75,4 metr hündürlüyündə Myes qülləsinin karkasını da “Moelven Limtre” şirkəti hazırlayıb. Bu qüllə hazırda dünyada taxta karkaslı ən uca binadır.

Norveçin Ümumi İstifadəli Avtomobil Yolları İdarəsi yaranmış vəziyyəti nəzərə alaraq ölkədəki 14 belə taxta körpünün hamısının bağlanmasını qərara alıb. Ekspertlər Tretten körpüsünün uçmasının səbəbini müəyyən edənə qədər həmin körpülər bağlı qalacaq.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.