DÜNYA


Norveçdə təcili yardım avtomobilini oğurlayan şəxs bir neçə nəfəri vuraraq hadisə yerindən qaçmağa cəhd edib

Stokholm, 22 oktyabr, AZƏRTAC

Norveçdə təcili yardım avtomobilini oğurlayan şəxs bir neçə nəfəri vuraraq hadisə yerindən qaçmağa cəhd edib.

AZƏRTAC Norveç KİV-lərinə istinadla xəbər verir ki, həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılıb. Polis onu yaxalamaq üçün təcili yardım avtomobilinə atəş açmalı olub. Atəş nəticəsində həmin şəxsin xəsarət aldığı bildirilir. Hadisənin baş verdiyi əraziyə helikopterlər və xeyli sayda təhlükəsizlik qüvvələri cəlb olunub. Yaxınlıqdakı təhsil müəssisələrinin şagirdləri təxliyə ediliblər.

Norveç polisi cinayətlə əlaqədar digər bir şəxsin də axtarışını davam etdirir.

Yerli vaxtla saat 14 radələrində Norveç polisi naməlum şəxsin idarə etdiyi təcili yardım avtomobilinin uşaq arabası sürən qadını və yaşlı cütlüyü vuraraq qaçması haqda məlumat yayıb. Hadisə zamanı uşaq arabasındakı əkiz uşaqlardan biri və anası xəstəxanaya aparılıblar. Digər uşağın isə daha yüngül xəsarətlər aldığı qeyd olunub. Xəsarət almış yaşlı cütlüyün vəziyyəti barədə hələ məlumat verilməyib.

Rauf Əliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Stokholm

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.