SİYASƏT


Norveçin Azərbaycandakı səfirinin səlahiyyət müddəti başa çatıb

Bakı, 28 iyun, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Norveçin ölkəmizdəki səfiri Bard İvar Svendsen ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə ölkələrimiz arasında enerji sahəsində etibarlı tərəfdaşlıq yüksək qiymətləndirilib.

Səfir Bard İvar Svendsen diplomatik fəaliyyətinin həyata keçirilməsi üçün göstərilmiş dəstəyə görə Azərbaycan Respublikasına təşəkkür edib.

Nazir Elmar Məmmədyarov Bard İvar Svendsenə gələcək diplomatik fəaliyyətində uğurlar arzulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.