Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

Növbədənkənar seçki: Ermənistanda hansı siyasət qalib gəldi?

Növbədənkənar seçki: Ermənistanda hansı siyasət qalib gəldi?

Ermənistan səbirsizliklə növbədənkənar parlament seçkisini gözləyirdi. Doğrusu, ekspertlər də bu hadisəyə böyük əhəmiyyət verirdilər. Onlar N.Paşinyanın Ermənistanın siyasi səhnəsində etdiyi dəyişiklikləri konkret faktlarda görmək arzusunda idilər. Ümidlər özünü doğrultmadı. Seçkidə qalib gələn erməni "inqilab rəhbəri"nin qazandığı nəticəni "Pirr qələbəsi" kimi qiymətləndirirlər. Hesab edilir ki, bütövlükdə seçki baş tutmayıb. Bir sıra saxtakarlıqlar müşahidə edilib. Ən əsası isə seçicilər fəal olmayıblar. Onların yarıdan çoxu səsvermədə iştirak etməyib. Bundan başqa, parlamentdə ölkənin bütün siyasi qüvvələri təmsil olunmayıblar. Bununla da Ermənistan parlamentinin legitimliyi daha da aşağı düşüb. Digər tərəfdən, parlamentdə Paşinyan-Sarukyan ittifaqının da ömrünün nə qədər olacağı məlum deyil. N.Paşinyan Qərbə, Q.Sarukyan isə Rusiyaya meyillidir. "Mehriban düşmənlər"in bir yerdə işləməsinin sonunun yaxşı olmayacağı haqqında proqnozlar verilir. Bunlardan başqa, xarici güclərin də ölkədəki vəziyyətə qarışması ehtimalı artıb. Əhali arasında nüfuzu aşağı olan N.Paşinyan hökumətinin bunun qarşısında tab gətirə biləcəyi az ehtimal edilir. İndi daha çox sual edirlər: bu iqtidarı nə zaman devirəcəklər? Biz ümumi geosiyasi səviyyədə Ermənistanda təşkil edilmiş seçki şousunun bir sıra məqamları üzərində geniş dayanmağa ehtiyac görürük.

Passiv seçici sindromu: Ermənistanın daha dərin problemləri

Dekabrın 9-da keçirilmiş parlament seçkisinin Ermənistanın siyasi həyatına necə təsir edəcəyi qeyri-müəyyəndir. Verilən proqnozlarda əsasən N.Paşinyanın qalib gələcəyi göstərilirdi. Ancaq bu "qələbə" siyasi reallığı deyil, şəxsi maraqları antidemokratik üsulla təmin etmək hərisliyini ifadə edir. Alınan sonuclardan bu, aydın görünür.

Öncə deyək ki, Ermənistanın Mərkəzi Seçki Komissiyası seçicilərin sayını şişirdib. 2 milyon seçici əvəzinə 2 milyon 500 min seçici siyahıya salınıb. Bu, N.Paşinyanın öncədən real seçkidə qalib gələ bilməyəcəyinə olan inamı ilə bağlıdır. Deməli, söhbət seçkidən deyil, seçki şousundan gedə bilər.

Digər fakt odur ki, səsvermədə seçicilərin 48,63 faizi iştirak edib. Bu, öncəki seçkidə iştirak edənlərin sayından 12,23 faiz azdır. Vətəndaşın fəallığı niyə azalıb? Məntiqə görə, söhbət Ermənistanın həyatı üçün ciddi əhəmiyyəti olan bir seçkidən gedir. Meydanlardan gəlmiş bir siyasətçini xalq aktiv müdafiə etməli idi. Əslində isə insanlar laqeydlik nümayiş etdirdilər. Bəs bunun səbəbi nədir?

Başqa bir fakt ondan ibarətdir ki, parlamentə N.Paşinyan ("Mənim addımım" bloku), Q.Sarukyan ("Çiçəklənən Ermənistan" partiyası) və E.Marukyan ("İşıqlı Ermənistan" partiyası) düşə biliblər. "Respublika" partiyası isə 5 faizlik baryeri keçə bilməyib. Parlamentdə bu üç qrupdan başqa kimsə yoxdur. Onlar arasında qüvvələr nisbəti aşağıdakı kimidir - 70,43 faiz N.Paşinyan tərəfdarları, 8,27 faiz - Q.Sarukyan komandası və 6,37 faiz - liberal, qərbyönümlü E.Marukyan tərəfdarları. Onu deyək ki, bu qruplar arasında seçkidən 1-2 ay öncə razılaşma olmuşdu. Yəni faktiki olaraq 2 ay əvvəl onlar parlamentdə yerləri bölmüşdülər. Bu da seçkinin formal olduğunu təsdiq edən faktlardandır.

Yuxarıda təsvir edilən real mənzərə parlament seçkisinin Ermənistanda uğursuz olduğunu və heç bir problemi həll edə bilməyəcəyini təsdiq edir. Hər şeydən öncə, erməni seçicisi göstərdi ki, N.Paşinyana dəstək vermir. Deməli, əslində, "məxməri inqilab" deyilən hadisə kənardan sırınmış və təxribat xarakterli prosesdir. İnsanları meydanlara daxili tələbat deyil, xarici sifarişlə formalaşdırılmış sosial şəbəkələrdə aparılan təbliğat kampaniyası toplayıb.

N.Paşinyan həmin dalğa üzərində hakimiyyətə gəldikdən qısa müddət sonra insanlar nə baş verdiyini anlayıblar. Görünür, onlara Rusiyanın verdiyi reaksiya da təsir edib. Bunların nəticəsi seçicinin siyasi olaraq marginallaşması olub ki, bunun da əlaməti nümayiş etdirilən laqeydlik oldu. Yəni sadə erməni artıq siyasi səhnədə aparılan oyunları real vəziyyətə uyğun hesab etmir. Eyni zamanda, seçici siyasi qrupların ölkənin problemlərini həll edəcəyinə inanmır.

Bu vəziyyət adətən iki sonuc verir. Birincisi, əhalinin əsas kütləsi siyasi hakimiyyətdə təmsil olunmayan qruplara meyl edir ki, bu da radikalizmə aparır. Çünki əksəriyyətin dəstəyini ala bilməyən iqtidar mövqeyini saxlamaq üçün zor tətbiq etməyə məcburdur. Bu halda Ermənistanda yaxın perspektivdə daxili siyasi mühitin radikallaşma ehtimalının çox olduğunu proqnozlaşdıra bilərik.

İkincisi, birinci şərt ödənilməsə, əhali xilaskarı kənarda axtarmalıdır. Yəni yerli siyasi qüvvələrə inamı olmayan insanlar havadardan dəstək gözləməyə meyilli olacaq. Bu isə o deməkdir ki, ikinci variantda Ermənistan ABŞ-la Rusiyanın daha kəskin savaş meydanına çevrilə bilər. Xüsusilə Rusiya tərəfindən vəziyyətə sərt müdaxilə oluna bilər. Ukrayna təcrübəsi göstərir ki, bu, formasına görə siyasi hakimiyyətin devrilməsi anlamına gələ bilər. Mümkündür ki, yaxın zamanlarda hakimiyyətin legitim olmadığını ifadə edən siyasi hərəkat başlasın. Onun tərkibində S.Sarkisyan, R.Koçaryan, L.T.-Petrosyan kimi isimlər də ola bilər. Rusiya özünə yaxın olan Q.Sarukyandan da istifadə edə bilər. Bu halda proseslərin parlamentdə gərginləşməsi ehtimalı istisna deyil.

Geosiyasi risklər: Paşinyanın yaratdığı qeyri-müəyyənlik artır

Deməli, N.Paşinyanın hakimiyyətdə olduğu müddətdə Ermənistan cəmiyyətində iki tendensiya üstünlük təşkil edib: birincisi, vətəndaş siyasi proseslərə laqeydləşib (seçici passivliyi), ikincisi, siyasi mühitdə radikallaşma dərinləşib (parlamentə cəmi üç qrupun daxil olması). Bu vəziyyət xarici qüvvələrə Ermənistandakı situasiyanı manipulyasiya etmək üçün yaxşı imkan yaradır. Gözləmək olar ki, 2019-cu ildə bunu sübut edəcək hadisələr baş verəcək. Bütövlükdə 2019-cu il Ermənistan üçün ağrılı ola bilər.

Eyni zamanda, Ermənistanın KTMT və Aİİ-də mövqeyinin zəifləyəcəyini proqnozlaşdırmaq olar. Belə ki, N.Paşinyan parlamentdə də üstünlüyü ələ aldığından həm hüquqi, həm də praktiki aspektlərdə müxtəlif bəhanələrlə bu iki təşkilatda iştirak səviyyəsini aşağı salmağa çalışacaq. Buna paralel olaraq Qərbin müəyyən qurumları ilə əlaqələri genişləndirmək xəttini tutacaq. Bu halda Ermənistanı Rusiyanın güclü təzyiqləri gözləyir.

Parlament fəaliyyətinin isə səmərəli olacağını gözləmək sadəlövhlük olardı. Nəzərə almaq lazımdır ki, N.Paşinyan bütövlükdə ölkə əhalisinin ancaq 30 faizinin dəstəyini ala bilib. Bu da müxtəlif vasitələrin tətbiqi yolu ilə baş tutub. Belə nəticə çıxara bilərik ki, yerlərdə vətəndaş-deputat qarşıdurmaları yarana bilər. Ən azından parlamentlə cəmiyyət arasında məsafə çoxala bilər. Bu isə birbaşa qarşıdurmalara aparan yoldur.

Bütün bunların fonunda seçkidən sonra daxili və xarici siyasətdə hansısa müəyyənliyin olacağını gözləmək risklidir. Əksinə, hesab etmək olar ki, N.Paşinyan daha qorxaq hərəkətlər edəcək. Çünki atacağı hər hansı radikal addıma cəmiyyətdən və müxalif siyasi qruplardan ciddi təpki görəcəyini nəzərə alır. Əgər onun arxasında elektoratın əksər qismi real olaraq dayansaydı, fərqli addım ata bilərdi. İndi isə, məsələn, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ədalətli nə edə bilər? Heç bir şey! Əksinə, öz mövqeyini saxlamaq üçün vəziyyəti gərginlikdə saxlamaqda davam edəcək.

Ekspertlər hesab edirlər ki, erməni cəmiyyətinin özü kompromisə və ya qonşularla problemlərin ədalətli həllinə hazır deyil. Burada radikal iddialar, əsassız ərazi ambisiyaları, "soyqırımı" nağılları hələ də şüurlara hakimdir. Seçicinin üçdəbirinin, cəmi 30 faizinin dəstəyini almış N.Paşinyan hansı iradə ilə bu vəziyyəti dəyişə bilər? Mümkün deyil, ona görə də bir sıra ekspertlərin xam xəyallara düşməsi yaxşı əlamət deyil.

Ermənistanın daxili və xarici siyasətində qeyri-müəyyənliyin qalması ümumilikdə region üçün ciddi geosiyasi problemlərə yol aça bilər. O cümlədən münaqişə bölgəsində erməni təxribatları istisna deyil. Ermənistan rəhbərliyi öz acizliyini ört-basdır etmək üçün hər cür təxribatçı addım ata bilər. Bunun da geosiyasi nəticəsi acınacaqlı ola bilər.

Bunlar onu təsdiq edir ki, növbədənkənar parlament seçkisi həm Ermənistan, həm də region üçün müsbət hadisə olmayıb, ölkə daxilində siyasi radikalizmə daha geniş imkanların yaradılması və toqquşmalara səbəb ola bilər. Gözləmək olar ki, bu əsasda prezident-baş nazir-parlament üçbucağında gərgin münasibətlər şəbəkəsi yaransın. Bu prosesin başqa nəticəsi Ermənistandan ermənilərin xaricə axınının daha da artması ola bilər. Ölkədə həyat səviyyəsi daha da aşağı düşdükcə vətəndaşların burada yaşamaq həvəsi azalır.

Cənubi Qafqaz miqyasında isə Ermənistandakı seçki pis nümunə kimi qiymətləndirilə bilər. Regionda ümumi mənzərə daha mürəkkəb məzmun kəsb edəcəksə, bunun mümkün sonucları bütün xalqlara təsir edə bilər. N.Paşinyan nəinki Ermənistanı, bütövlükdə Cənubi Qafqazı geosiyasi turbulentliyə ata bilər. Deməli, bu mənada seçki yeni səviyyədə xaosun meydana gəlməsinə təkan verə bilər. Təbii ki, hər şeyi əlahəzrət zaman göstərəcək. Ancaq bir konkret təcrübə də mövcuddur: erməni siyasəti həmişə Qafqazı qarışdırıb!

Newtimes.az

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hacı Zeynalabdin Tağıyevin evində ona həsr olunan mükafatın təqdim edilmə mərasimi keçirilib

Şəmkirdə minik avtomobili dərəyə aşıb ölən və xəsarət alanlar var

Gürcüstanda ağır yol qəzası olub, 2 nəfər ölüb, 7 nəfər yaralanıb

BDU-da ASEAN Parlamentlərarası Assambleyanın nümayəndə heyəti ilə görüş keçirilib

Mayın 5-6-da geomaqnit qasırğası olacaq

“Viva-Opera!” Bakıda I Beynəlxalq Opera Festivalı möhtəşəm konsert proqramı ilə başa çatıb

Şuşada “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar təşəbbüslərin müzakirəsi keçirilib

Azərbaycanın xarici işlər naziri Qambiyada türkiyəli həmkarı ilə görüşüb

Sabunçu rayonunda qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub

® Naxçıvan Dövlət Universitetində “Beyin ölümü diaqnozunun təyininə multidissiplinar yanaşma” mövzusunda elmi konfrans keçirilib

Stolüstü tennis üzrə ölkə birinciliyinin qalibləri müəyyənləşib

Naxçıvanda yubiley medalı ilə təltif olunan müəllimlərlə görüş keçirilib

Premyer Liqa: Lider “Arsenal” inamlı qələbə qazanıb

Azərbaycan gimnastı: Doğma divarlar arasında yarışmaq insana zövq verir

“İnnovator” vizası ilə Londona işləməyə gedən ilk azərbaycanlı xanım: “Rəqabət güclüdür” - REPORTAJ VİDEO

Amil Amal: Növbəti Beynəlxalq Turan Film Festivalının Laçında keçirilməsi planlaşdırılır

“Marc Jacobs” sürünənlərin və dəvəquşuların dərisindən istifadəni dayandırır

Pakistanın MUSLİM İnstitutunun direktoru DQİDK-da olub

Nazir müavini: Düşərgənin ilk günündən gənclərin çox maraqlı ideyalarının, layihələrinin olduğunu görürük

Mikrobiologiya İnstitutunun əməkdaşları beynəlxalq konfransda çıxış ediblər

Azərbaycanın Moldova ilə insan hüquqları sahəsində təcrübə mübadiləsi məsələsi müzakirə edilib

Azərbaycan Gimnastika Federasiyası daha bir Anlaşma Memorandumu imzalayıb

Ərəb Dünyası İnstitutunun direktoru: Multikulturalizm Azərbaycanda həyat tərzi kimi qəbul edilib

Məşhur fotoqraf Reza Deqatinin Qarabağla bağlı kitablarının ilin sonunadək təqdimatı olacaq

Məktəbəhazırlıq qruplarında və ibtidai siniflərdə əlavə yaz tətili başa çatır

“Dantenin yubileyi” növbəti dəfə səhnədə

Bədii gimnastika üzrə Avropa Kuboku: Çarpaz qarşılaşmada qaliblər bəlli olub VİDEO

Çinin dövlət gülü hesab olunan pionun becərildiyi Hıcı şəhərindən VİDEOREPORTAJ

Alman şirkəti kosmosa parafinlə işləyən ilk raketi buraxıb

İrakli Kobaxidze: Gürcüstan yaşıl dəhliz layihəsi çərçivəsində əməkdaşlıqda maraqlıdır

AİB COP29-la əlaqədar Azərbaycan Prezidentinə müraciət ünvanlayıb

Nüfuzlu yarışlarda Azərbaycanı uğurla təmsil etmiş idmançılarla görüş olub

Azərbaycan geosiyasi arenada nüfuzlu aktor kimi çıxış edir ŞƏRH

Dələduzlar insanları mövcud olmayan çiçək toxumları ilə aldadır

Gülçöhrə Məmmədova: Memarlıq təhsili üçün Şəkini görmək çox vacibdir

Culian çox yorğundur - Stella Assanjın AZƏRTAC-a özəl müsahibəsi VİDEO

Polis əməkdaşları Binəqədi rayonunda dörd obyektdə 63 kəsici-deşici alət aşkarlayıb

“Yeni Tərtər” qəzetinin 90 illik yubileyi qeyd olunub

DYP “Bakı Marafonu-2024” ilə əlaqədar yol hərəkəti iştirakçılarına müraciət edib

Tovuzda zəlzələ olub

Bakıda keçirilən atıcılıq üzrə Dünya Kubokunda növbəti qaliblər müəyyənləşib

Konstitusiya Məhkəməsinin Plenumunun iclasında Ali Məhkəmənin müraciəti əsasında konstitusiya işinə baxılıb

Birinci sinfə elektron qeydiyyatla bağlı suallar cavablandırılacaq

Stradivari skripkası Ukraynadan qanunsuz çıxarılarkən müsadirə olunub

SOCAR-ın Müşahidə Şurasının üzvləri yeni inşa olunan yaşayış kompleksi ilə tanış olublar

Rusiya hökuməti şəkər ixracına müvəqqəti qadağa tətbiq edib

Ankarada keçirilən tədbirdə Qərbi Azərbaycanla bağlı tarixi ədalətin bərpasının vacibliyi vurğulanıb

COP29 ilə əlaqədar Təşkilat Komitəsinin üçüncü iclasında mühüm məsələlər müzakirə olunub VİDEO

Naxçıvanda STEAM təhsili üzrə müsabiqədə 250-dən artıq müəllim iştirak edib

Daşkənddə MDB ölkələri könüllülərinin forumu keçirilir

Avropa Kuboku: Azərbaycan gimnastı çarpaz qarşılaşmada rəqibinə qalib gəlib

Xankəndi Şəhər Prokurorluğu yaradılır – SƏRƏNCAM

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

“Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu

Amerika Dini Azadlıq Mərkəzinin rəhbəri Azərbaycanda tolerantlıq sahəsində görülən işlər barədə məlumatlandırılıb

Xankəndi Şəhər Prokurorluğunun yaradılması haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

“ArchiVision WeekEND Camp” çərçivəsində Şəkidə panel müzakirələr və tələbələrin vörkşopu təşkil olunub VİDEO

Myanmanın şimalında nəsli kəsilməkdə olan quş aşkarlanıb

Stirlinq Fondu Azərbaycanın mina təhlükəsi ilə mübarizəsinə növbəti maliyyə dəstəyini göstərmək niyyətindədir

“Küləyə qalib gəl” şüarı altında keçiriləcək Bakı Marafonunun iştirakçılarına hava şəraiti ilə bağlı TÖVSİYƏ

“Qarabağ uğrunda dastan yazan Göyçə mahalı - Kəsəmən kəndinin igidləri” kitabı nəşr edilib

Norveçli səyyah: Dəqiq mina xəritələrinin təqdim olunması çox sayda insanın həyatını xilas edər VİDEO

Səbail rayonunda quldurluq edən şəxs saxlanılıb

Paytaxtda növbəti ağacəkmə aksiyası keçirilib

Ulu Öndərin ildönümünə həsr olunan mini-futbol turniri keçirilir

Milli Xalça Festivalının açılış mərasimi olub VİDEO

Növbəti rəqəmsal SAT imtahanı keçirilib

Kamila Vaden: Ərazilərin minalardan təmizlənməsinə şahidlik etmək bizi çox sevindirir VİDEO

 Bəzi yerlərdə intensiv yağış, yüksək dağlıq ərazilərdə isə sulu qar yağacaq

Xaricdə ali təhsil almış şəxslər üçün peşə tanınması imtahanında 189 nəfər müvəffəqiyyət qazanıb

Türkiyədə “Qərbi Azərbaycandan məcburi köç” mövzusunda tədbir keçiriləcək

Dialoq Forumunun gündəliyindəki məsələlər Azərbaycanın yeni çağırışların qarşısının alınmasına hərtərəfli töhfəsindən xəbər verir - ŞƏRH

Bakıda qonaqpərvərlik sahəsi üzrə karyera sərgisi təşkil olunub

Ekspert: Elektrik və qazpaylayıcı şəbəkələrdə yeni tənzimləmələr xərclərin optimallaşdırılmasına təsirini göstərəcək

DİN: Keyfiyyətsiz yuyucu vasitələr hazırlayan gizli sex aşkarlanıb VİDEO

Bakıda keçirilən bədii gimnastika üzrə Avropa Kubokunun ilk qalibləri mükafatlandırılıblar

Avropa Komissiyası fermerlərə yardımı davam etdirəcək

Mingəçevirdə Ümummilli Liderə həsr olunan respublika elmi konfransı keçirilib

Tramp seçkiqabağı sorğularda Baydendən 10 faiz önə çıxıb

Təhsil proqramının məzmunu dəyişdirilmədən ixtisasın adı dəyişdirilə bilərmi?

Gənc bioloqlardan “Biz irəlidəyik” adlı ekoloji aksiya təşəbbüsü

HƏMAS nümayəndələri atəşkəs danışıqları üçün Qahirəyə gedib

BMT-nin Baş katibi: Ekoloji böhran jurnalistlərin ən prioritet sahəsi olmalıdır

Yeni ixtisasların açılmasına dair ümumi tələblər müəyyən edilib

Rusiyalı ekspert: Azərbaycanın böyük yaşıl enerji potensialı var – MÜSAHİBƏ

“Qərbi Azərbaycana qayıdışın beynəlxalq-hüquqi əsasları” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

FIFA futbolda inqilabi dəyişikliyə hazırlaşır

“Yeni təhsil proqramlarının açılması Qaydaları” təsdiq edilib

ABŞ-da aprel ayında işsizlik səviyyəsi 3,9 faizə yüksəlib

İspaniyada korrida üzrə milli mükafat ləğv edilib

Ekspertlər: Stresə qalib gəlməyin pulsuz və sadə üsulu tapılıb

Azərbaycanın qrup hərəkətləri komandası Avropa Kubokunda bürünc medal qazanıb

Ötən müddətdə “Könüllü DOST” proqramına 4,8 min nəfərdən çox şəxs cəlb edilib

Xarici səyyahlar Cəbrayılda minatəmizləmə əməliyyatları barədə məlumatlandırılıb VİDEO

Nigeriyada kəndlərə hücum edən silahlılar 25 nəfəri öldürüb

Norveçli səyyah: Qarabağ və Şərqi Zəngəzur gözəl təbiətə malikdir

Bakıdakı Rus evində “Rus dilinin elçiləri” maarifləndirici tədbirlər keçiriləcək

Faktiki hava: Bəzi yerlərə arabir yağış, Şahdağa isə qar yağıb

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“Boeing” kosmosa ilk astronavtlarını göndərir