İQTİSADİYYAT


Növbəti hərraclara 56 dövlət əmlakı çıxarılacaq

Növbəti hərraclara 56 dövlət əmlakı çıxarılacaq

Bakı, 6 fevral, AZƏRTAC

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən növbəti hərraclar 14, 21, 28 fevral tarixlərində keçiriləcək. Bu hərraclara ümumilikdə 56 dövlət əmlakı çıxarılacaq. Onlardan 5-i səhmdar cəmiyyətin səhm paketi, 21-i kiçik dövlət müəssisə və obyekti, 30-u isə nəqliyyat vasitəsidir.

Dövlət Xidmətindən AZƏRTAC-a bildirilib ki, hərraca çıxarılan dövlət əmlakları sırasında yardımçı təsərrüfat, iaşə obyektləri, anbar da var.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin əksəriyyəti Cənubi Koreya istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 2002-2014-cü illəri əhatə edir.

Hərraca çıxarılan dövlət əmlaklarının tam siyahısı ilə buradan tanış ola bilərsiniz - https://clck.ru/33TqtH.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.