CƏMİYYƏT
Noyabrda havanın orta aylıq temperaturu bəzi yerlərdə iqlim normasından yüksək olacaq
Bakı, 31 oktyabr, AZƏRTAC
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, noyabr ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər yüksək olacağı gözlənilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı ehtimalı var. Noyabr ayının birinci ongünlüyün birinci yarısında hava şəraitinin nisbətən mülayim keçəcəyi proqnozlaşdırılır.
Departamentdən AZƏRTAC-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasından bir qədər yüksəkdir. Havanın hərarəti gecələr 8-13°, gündüzlər 15-20°, üçüncü ongünlüyün bəzi günlərində 8-11° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 28-38 mm) olacağı bildirilir.
Naxçıvan Muxtar Respublikasında havanın orta aylıq temperaturunun 6-9° isti olacağı gözlənilir ki, bu da iqlim norması daxilindədir. Havanın hərarətinin gecələr 3-8° isti, bəzi günlərdə 0-4° şaxta, gündüzlər 15-20°, bəzi günlərdə 6-10° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın olacağı (norma 18-28 mm) proqnozlaşdırılır.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında havanın orta aylıq temperaturunun 6-8° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın hərarəti gecələr 2-7° isti, bəzi günlərdə 0-5° şaxta, gündüzlər 9-14°, bəzi günlərdə 1-5° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 27-34 mm) olacağı ehtimal edilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında havanın orta aylıq temperaturunun 9-12° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın hərarətinin gecələr 5-10°, gündüzlər 15-20°, bəzi günlərdə 7-11° isti olacağı proqnozlaşdırılır. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (15-24 mm) olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında havanın orta aylıq temperaturunun 8-11° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın hərarəti gecələr 5-10° isti, bəzi günlərdə 0-5°, dağlarda 7-12° şaxta, gündüzlər 15-20°, bəzi günlərdə 7-12° isti olacaq. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 29-73 mm) olacağı bildirilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında havanın orta aylıq temperaturunun 10-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın hərarətinin gecələr 8-13°, bəzi günlərdə 0-4°, gündüzlər 17-22°, bəzi günlərdə 8-13° isti olacağı ehtimal edilir. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 25-45 mm) olacağı proqnozlaşdırılır.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında havanın orta aylıq temperaturunun 8-13° isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Havanın hərarətinin gecələr 7-12°, bəzi günlərdə 2-5° isti, dağlarda 3° şaxtadan 2°-dək isti, gündüzlər 17-22°, bəzi günlərdə 5-10° isti olacağı ehtimalı var. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 55-170 mm) olacağı bildirilir.