CƏMİYYƏT


Nur-Sultan şəhərində keçirilən simpoziumda Azərbaycan da təmsil olunur

Nur-Sultan, 25 aprel, AZƏRTAC 

Qazaxıstanın paytaxtında Nur-Sultan şəhərində “Mərkəzi Asiya və Qafqazda sağlam qidalanma üçün dayanıqlı ərzaq sistemləri və qidalanmanın idarə edilməsi” mövzusunda regional simpozium keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Musa Quliyevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir. Nümayəndə heyətinə Səhiyyə, Kənd Təsərrüfatı nazirliklərinin, Qida Təhlükəsizliyi Agentliyinin və digər qurumların nümayəndələri daxildir.

Azərbaycan nümayəndə heyətinin üzvləri ölkəmizdə aqrar sahədə aparılan islahatlar, ərzaq təhlükəsizliyinin təmini istiqamətində görülən işlər barədə danışıb.

Musa Quliyev AZƏRTAC-a müsahibəsində bildirib ki, tədbirdə ölkəmizdə əhalinin sağlam qidalanması üçün keyfiyyətli ərzaq məhsullarının istehsalı sahəsində görülən işlər, bu istiqamətdə əldə olunan nailiyyətlər barədə məlumat verilib. Simpoziumda Azərbaycanda ərzaq təhlükəsizliyi, qida təminatı, uşaqların sağlam qidalanması ilə bağlı görülən işlərdən bəhs olunub. Həmçinin Azərbaycanda ana və uşaqların mühafizəsinə dair bir çox qanunların qəbul olunmasından bəhs edilib. O, Azərbaycanda unun zənginləşdirilməsi ilə əlaqədar qanun qəbul olunması üzərində işlər görülməsinin simpozium iştirakçılarında maraq doğurduğunu bildirib.

Simpozium iştirakçıları səmərəli fikir və təcrübə mübadiləsi aparıblar.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Nur-Sultan

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.