Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılıb VİDEO

Nyu-York, 1 iyun, AZƏRTAC

Xəbər verdiyimiz kimi, Nyu-Yorkun (ABŞ) “Leila Heller” Qalereyasında tanınmış azərbaycanlı rəssam, YARAT Müasir İncəsənət Məkanının təsisçisi Aida Mahmudovanın “Ötüb keçərkən...” ("Passing By…") adlı fərdi sərgisi açılıb. Mayın 28-də saat 18.00-20.00-da Nyu-York, 25-ci küçə (W), 568 ünvanda sərginin açılışı münasibətilə təntənəli qəbul olub.

Sərginin açılışının Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsinin 97-ci ildönümü gününə - mayın 28-nə təsadüf etməsi rəmzi məna daşıyıb. Məhz həmin gün Yaxın Şərqdə ilk dəfə Azərbaycanda demokratik respublika yaradılıb. Bu barədə danışan Aida Mahmudova deyib: “Çox şadam ki, mənim sərgimin açılışı bu fərəhli günə təsadüf edib”.

Sərginin açılışı Nyu-Yorka xas olan demokratik formatda keçib. Tədbirdə hökm sürən sərbəstlik rəsmi nitqin və mərasimlərin olmamasını artıqlaması ilə kompensasiya edib. Geniş sərgi məkanında sərbəst hərəkət edən qonaqlar təqdim olunan əsərləri vəcdlə müzakirə edib və həvəslə təəssüratlarını bölüşüblər.

Tanınmış rəssam Şirin Neşat deyib: “Mən Aidanı YARAT-ın banisi kimi tanıyıram. Bu gün onun əsərlərini özüm üçün kəşf etdiyimə görə çox xoşbəxtəm. Əsərlər çox güclü təəssürat oyadır. Əminəm ki, sərgi Nyu-Yorkda böyük uğur qazanacaq. Burada rəngkarlığı çox sevirlər!”.

İlya Kabakovun xanımı, rəssam Emiliya Kabakova bildirib: “Bu, böyük ölçülü tablolardan ibarət mənalı və əhəmiyyətli sərgidir. Xüsusən, Venesiyada YARAT-ın layihəsini görəndən sonra bu sərgiyə gəlmək lap xoşdur. Çünki həmin layihə Biennalenin ən yaxşı layihələrindən biri idi. Çox təəssüf edirəm ki, İlya mənə qoşulub həmin sərgini görə bilmədi. Amma onun üzrlü səbəbi vardı. Biz Aidanı ürəkdən təbrik edirik!”

Yazıçı-tənqidçi, “ArtNEt.com” portalının baş redaktoru Bencamin Qenoççio söyləyib: “Əsərlər heyrətamizdir və mənə daha çox Abşeron mənzərələrini xatırladır. YARAT-ın tədbirlərindən birində iştirak etmək üçün iki il yarım əvvəl Bakıda olmuşam. Amma o vaxt Aidanın studiyasında ola bilməmişəm. Buna görə də indi onun Bakının ruhu hopmuş əsərlərini görmək mənə çox xoşdur. Hesab edirəm ki, o, şəhərin bəzən unudulan mənzərəli guşələrini görməyə və öz əsərlərində onların estetikasını əks etdirməyə nail olub”.

Qalereya sahibi Leila Heller deyib: “Mənzərə özlüyündə universal hadisədir, rəssamların əsərlərində dəniz və ağaclara tez-tez təsadüf olunur. Amma Aidanın tablolarında məhz Azərbaycanın, Abşeronun və Bakının bədii obrazları aşkar görünür”.

Rəssam Ağa Useynov qeyd edib: “Nümayiş etdirilən “Passing By...” layihəsində mənzərə işlərindən və üçölçülü obyektlərdən ibarət instalyasiyalar harmonik şəkildə uzlaşıb: ideya, onun təhlili, işlənib hazırlanması və mükəmməl reallaşması. Təkrarlar və yaxın keçmişdən olan sitatlar əsrində tamaşaçı Aidanın əsərlərində güclü eyniyyəti və özünəməxsus iti baxışı olan rəssam görür. Onun emosional və gerçək ekspressionizmi ilə seçilən mənzərə əsərləri diaqramlarla təqdim olunur. Burada rəssam xatirələrini, duyğularını, bizi əhatə edən qəribə və ecazkar dünyaya reaksiyasını bacarıqla canlandırır”.

Qeyd edək ki, azərbaycanlı rəssam Aida Mahmudova Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Azərbaycan və Avropada çoxsaylı rəsm sərgilərinin iştirakçısı, hal-hazırda isə ABŞ-da fərdi sərgisini təqdim edir. İtalyan rəssam və kurator Piyetro Finelli məqalələrindən birində Nyu-Yorkun Çelsi rayonunu müasir incəsənətdə fenomenal layihə adlandırıb. Bu günlər Aida Mahmudovanın “Passing By...” instalyasiyası bu nadir layihənin bir hissəsinə çevrilib”.

Professor Nərgiz Paşayeva deyib: “Zənnimcə, qızım Aidanın danışmaqdan və göstərməkdən çox iş bacaran və çalışqan insanlardan olduğunu desəm, yanılmaram. O, kiçik yaşlarından şəkil çəkir. Amma əsas məsələ bu deyil. Axı, uşaqlıqda və hətta sonralar da, demək olar, hamı şəkil çəkir. Amma uzun illər Londonda yaşayan və təhsil alan Aida burada əldə etdiyi akademik, nəzəri baza biliklərini anadan gəlmə rəssamlıq istedadı ilə uyğunlaşdırmağı bacaran əsl peşəkardır. Mənim üçün əsas məsələ budur ki, indi onun özünü rəssam adlandırmağa tam mənəvi hüququ çatır. Bu, birdən-birə baş verməyib. O, bütün şüurlu həyatı boyu bu məqsədə doğru addım-addım yol qət edib, demək olar, 20 il usanmadan öz üzərində çalışıb. Mən insanlarda peşəkarlığı və kimliyindən asılı olmadan öz peşəsinə davamlı və təmənnasız məhəbbəti çox yüksək qiymətləndirirəm. Rəssam, yaxud avtobus sürücüsü olsun, əgər o, peşəkardırsa, həmişə daha artığına layiq olmağa haqqı var. Peşəkar heç vaxt “Bax, bunu etməyi bacarmıram, bunu bilmirəm, ona görə də bunu etməyəcəyəm” deməkdən çəkinmir, qorxmur və daim “Mən bacararam, mən istəyirəm və mən edəcəyəm” deyən qeyri-peşəkarlardan da elə bununla fərqlənir.

Mən şadam ki, Aida ciddi, çalışqan və peşəsində özünə tənqidi yanaşan insandır. Onun yanında özünü arxayın hiss edirsən, çünki uğurlarını o, özü qazanıb. Nyu-York sərgisi bunu bir daha göstərdi və sübuta yetirdi. Mən gördüm ki, dünyanın müasir incəsənət mərkəzi olan bu şəhərin peşəkar çevrələri onu orada rəssam kimi tam obyektiv qəbul edib qiymətləndirdilər. Sərgidə çoxları Aidanın mənim qızım olduğunu bilmirdilər, yaxınlaşıb onu yaxından tanıyıb-tanımadığımı soruşur, əsərlərini gerçəkdən və səmimiyyətlə tərifləyir, rəssam kimi təqdir edirdilər. Bu gün mən də onu tərifləmək istəyirəm. Xüsusən də ona görə ki, mən bunu tez-tez etmirəm və ona “Afərin!” deyirəm”.

Vernisaja muzey və təsisatların nümayəndələri, tənqidçilər, qalereya sahibləri, tanınmış rəssamlar və diplomatik şəxslər gəliblər. Tanınmış rəssamlar Şirin Neşat, Şodja Azəri, Əfruz Amiqi, Emiliya Kabakova, Vaşinqtondakı Hirşhorn Muzeyinin direktoru Melissa Çiu, sənətşünaslıq doktoru Şiva Balaqi, “Barbara Gladstone” Qalereyasının direktoru Karolin Luçe və dünya art-birliyinin digər nümayəndələri qonaqlar arasında olublar. Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev və ölkəmizin ABŞ-dakı səfiri Elin Süleymanov da qonaqlar arasında olublar. Açılışı qeyd etməyə üç yüzdən çox adam toplaşıb.

Sərgi mətbuatın diqqət mərkəzində olub: Endi Uorxollun 1969-cu ildə təsis etdiyi “Interview” jurnalı rəssamdan böyük müsahibə alıb, nüfuzlu “PaperMag” resursu “Ötüb keçərkən...” sərgisini Nyu-Yorkun on ən yaxşı sərgisi siyahısına daxil edib.

Sərgi iyulun 3-dək davam edəcək.

“Ötüb keçərkən...” ("Passing By…") sərgisində Aida Mahmudovanın 8 irihəcmli rəsm tablosu təqdim olunur. Əvvəlki əsərləri kimi, bu əsərlər də nostalji hisslər və yaddaş mövzusunda qurulub. Aida Mahmudova öz yaradıcılığında təbiətdən və anadan olduğu, hazırda yaşadığı və çalışdığı Azərbaycandan, Abşeron mənzərələrindən ilham alır. Bu rəsm silsilələrində Mahmudova sanki anilik ideyasını araşdırır. Əsərlər daimi və sürətli dəyişikliklərə məruz qalan bir arxa planı - Azərbaycanın təbii şəraitini, şəhər mühitinin lirik ab-havasını görməyə və hiss etməyə imkan verir. Əgər kimsə İslam memarlığı tarixi qalıqlarının yanında parlaq, yeni tikintilərin təzadlı mənzərəsini görmək istəyirsə, Aida Mahmudova, əksinə olaraq, diqqəti şəhər mərkəzlərinin ətrafında olan sadə, lakin formaca mükəmməl tikililərə cəlb edir. Belə ki, bu tikililər təbiətin təmiz rəngləri ilə qovuşur və vəhdət yaradır. Mahmudova bu diqqətdənkənar yerli və bəzən unudulan mənzərələri əsərinin ön planına yerləşdirməklə, Vətəninin müxtəlifliyini təsvir edir. Onun zərif nostalji hisslər ilə aşıb-daşan əsərlərində şəhər və Abşeron mənzərələri ilə əlaqədar sosial-antropoloji baxışlar öz əksini tapır.

Aida Mahmudovanın əsərlərinin mərkəzində onun yaddaşı, bu yaddaşın şəxsiyyətlə əlaqəsi və bu iki məfhumun daim dəyişməsi və zaman keçdikcə yenidən yaddaşlara qayıda bilməsi durur. Aida Mahmudova deyir: "Rəsmlərimdəki səhnələr mənim üçün şəxsi əhəmiyyətə malikdir; onlarda Bakıdakı məkanlarla, xatırladığım və təsəvvür elədiyim yerlər bir araya gəlir. Hər bir mənzərə daim dəyişən arxa plandakı sabitlik anını əks etdirir”. Beləliklə, rəssamın əsərlərində təxəyyül və reallıq arasındakı təzad abstrakt və fiqurativ formaların birləşməsi yolu ilə yaradılır və nəticədə, eyni zamanda, həm cəlbedici olan, həm də çaşqınlıq hissi doğuran rəsmlər meydana çıxır.

Aida Mahmudovanın əsərlərini sərgiləyən “Leila Heller” qalereyası Nyu-Yorkun Çelsi rayonunda yerləşir və öz məşhurluğu və nüfuzu ilə bütün dünya incəsənət aləmində tanınır. Qalereya Yaxın Şərq və Orta Asiyanı təmsil edən adları müasir incəsənət (art) məkanında, dünyada tanıtmaq, dəstəkləmək, təbliğ etmək kimi missiyalar yerinə yetirir. Bunun nəticəsi olaraq, qalereyanın təmsil etdiyi rəssamlar dünyanın art-məkanında artıq məşhur adlardır. Onların əsərləri bir çox muzeylərdə - Londonun “Viktoria və Albert” Muzeyi, Nyu-Yorkun “Metropoliten”, Parisin “George Pompidou” Mədəniyyət Mərkəzində sərgilənir. Eləcə də həmin rəssamların yaratdığı əsərlər bir çox mədəni təsisatlarda və şəxsi kolleksiyalarda yer alıb.

Aida Mahmudova 1982-ci ildə Bakı şəhərində anadan olub. Hazırda burada yaşayır və işləyir. Aida Sent Martins İncəsənət və Dizayn Mərkəzi Kollecinin məzunudur. Çoxsaylı sərgilərdə, o cümlədən 56-cı Venesiya Biennalesində VITA VITALE qrup sərgisində iştirak edib. Rəssamın heykəltəraşlıq instalyasiyaları və rəsmləri bir çox beynəlxalq sərgilərdə nümayiş etdirilib, onun əsərləri dünyanın müxtəlif yerlərində fərdi kolleksiyalarda saxlanılır. Aidanın “Recycled” kompozisiyası Bakı Bulvarında nümayiş etdirilir. Onun heykəltəraşlıq instalyasiyaları və rəsmləri beynəlxalq sərgilərdə nümayiş etdirilib: “Here Today”, “Old Sorting Office”, London; “Sevir – Sevmir” (Love Me, Love Me Not), 55-ci Venesiya Biennalesi; Bakıya Uçuş (Fly To Baku), London, Paris, Berlin, Moskva, Roma; “Birləşən Körpülər” (Merging Bridges), Müasir İncəsənət muzeyi, Bakı, Azərbaycan. Aida Mahmudova 2011-ci ildən YARAT Müasir İncəsənət Məkanının təsisçisi və bədii rəhbəridir. YARAT Azərbaycanda müasir incəsənətin ictimai dərki və onun ölkə daxilində və beynəlxalq səviyyədə təbliğ olunması ilə məşğuldur. Sonuncu 56-cı Venesiya Biennalesində YARAT “Odla suyun birliyi” (The Union of Fire and Water) layihəsini təqdim edib.

Sərgi: “Ötüb keçərkən...” (“Passing By…”)

Ünvan: Leila Heller Qalereyası, Nyu-York, 568 West 25th Street, NY 10001

Tarixlər: 28 May – 3 İyul 2015

http://www.leilahellergallery.com/

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-York

Nyu-Yorkda Aida Mahmudovanın fərdi sərgisi açılıb VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Azərbaycanda hakimlərin müstəqilliyinin gücləndirilməsi istiqamətində qanunvericiliyə edilmiş son dəyişiklikləri Avropa hakimləri yüksək qiymətləndiriblər

Birinci yeri tutan gimnast: Qalib gəlməklə öz gücümüzü göstərdik

Gəncə və Şəmkirdə “Güclü cəmiyyətin zərif simaları” layihəsi çərçivəsində görüşlər keçirilib

Nazir Məcnun Məmmədov Ağstafada vətəndaşları qəbul edib, fermerlərlə görüşüb

Vəkilliyə qəbulla bağlı yazılı test mərhələsinin vaxtı müəyyən olunub

AMEA-da Azərbaycan Naşirlərinin I Forumu keçirilib

Qazaxıstan nümayəndə heyəti Azərbaycanın Hərbi Hava Qüvvələrinin Mərkəzi Komanda Məntəqəsində olub

Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin qrafik təsviri təsdiqlənib

Hava hücumu təhlükəsinə görə Kiyevin iki xəstəxanası təxliyə edilir

AZAL Buxarest və Sofiyaya aviabiletlərə xüsusi qiymətlər təklif edir

Nazir müavini: Türkiyə COP29-un səmərəliliyinə töhfə verməyə çalışır

Xorvatiya universitetinə “İrs” nəşr evinin kitabları təqdim olunub

® ABB ABŞ-a ilk bankçılıq missiyasında iştirak edib

Azərbaycan Özbəkistanda keçirilən beynəlxalq forumda təmsil olunur

Britaniyada iki nəfər Rusiyaya casusluqda ittiham olunur

Akademik İsa Həbibbəyli Mərkəzi Elmi Kitabxanadakı sərgilərlə tanış olub

“Kinomuzu yaradanlar... Kinomuzu yaşadanlar” layihəsinin növbəti təqdimatında “Tütək səsi” filmi

YAP Səbail rayon təşkilatında akademik Zərifə Əliyevanın doğum gününə həsr edilmiş tədbir keçirilib

STC 2025 Beynəlxalq Kosmik Texnologiyalar Konfransı Azərbaycanda keçiriləcək

Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin sənaye və qabaqcıl texnologiyalar naziri ilə görüşü keçirilib  YENİLƏNİB

Tarixi köklərdən irəli gələn əlaqələrə əsaslanaraq Azərbaycan bütövlükdə Asiya çərçivəsində qlobal layihələrə liderlik edir - RƏY

Çin-Azərbaycan investisiya və ticarət forumu keçirilib

Avropa çempionatı: Azərbaycan cüdoçusu finala yüksəlib

Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar

Prezident İlham Əliyev Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində iştirak edib YENİLƏNİB-3 VİDEO

TDT-nin Baş katibi: Türk Həftəsi Türk dünyasının zəngin irsini nümayiş etdirdi

Bakıda “Heydər Əliyevin həyatının unikal səhifələri” kitabının təqdimatı olub

Prezident İlham Əliyevin Berlində Almaniyanın xarici işlər naziri ilə görüşü olub YENİLƏNİB

Bakıda müasir mərhələdə Azərbaycan-Qırğızıstan münasibətlərinə dair dəyirmi masa təşkil edilib

“Əmək və məşğulluq” altsistemi əmək bazarının rəqəmsal ekosistemə keçidində önəmli alətlərdən biridir

Azərbaycan gimnastı: Rəqiblərimiz bizdən çəkinirlər

“TRT Avaz” telekanalı Azərbaycan mədəniyyətinin təbliği ilə bağlı yeni layihələrə dəstək olacaq

Ukrayna daha 140 hərbi qulluqçunun cəsədini qaytarıb

Bakıda “Youth Water Innovation Forum-2024” mövzusunda beynəlxalq konfrans keçirilib

İspaniya Futbol Federasiyasının yeni prezidenti müəyyənləşib

“Hər şeydən öncə Vətəni sevin”- Rasim Balayev

Xeyrımlı sakinləri kəndlərinə qayıdacaqları günü səbirsizliklə gözləyirlər REPORTAJ

Fövqəladə hallar naziri Göygöl şəhərində vətəndaşları qəbul edib

Tərcümə Mərkəzinin kitabı beynəlxalq sərginin top siyahısında

Vyetnam parlamentinin sədri istefa verib

Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər

Türk ekspert: Erməni diasporu və rəsmi Parisin gərginliyi artırmaq cəhdləri faktlar qarşısında iflasa uğrayır

Akademik Zərifə Əliyevanın rəhbərliyi ilə gənc alimlər və həkim-oftalmoloqlar nəsli yetişib

“Əqli mülkiyyət müasir mərhələdə” - dəyirmi masa  YENİLƏNİB

Görkəmli dilçi alim Zərifə Budaqovanın 95 illik yubileyi qeyd olunub

Azərbaycan Kuboku: Final oyununda nominal ev sahibi bəlli olub

“Miqrasiya orqanlarında sınaq keçmə Qaydaları”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin QƏRARI

Qida Təhlükəsizliyi Agentliyinin sədri Ucarda vətəndaşları qəbul edəcək

Yaponiya yenin aşağı düşməsini dayandırmaq üçün zəruri tədbirlər görmək niyyətindədir

Finlandiya Prezidenti Bakıda keçiriləcək COP29-a dəvət olunub

BDU-da “Türk otağı” açılıb

® “Ziraat Bank Azərbaycan”dan Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə təşkil olunan tədbirə dəstək!

Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiriblər YENİLƏNİB VİDEO

Baş prokuror Ağdaş rayonunda vətəndaşları qəbul edib

Azərbaycan və Qırğızıstan arasında elm və təhsil sahəsində çox mühüm irəliləyiş əldə olunacaq RƏY

Parlamentin Əmək və sosial siyasət komitəsi üç qanun layihəsini plenar iclasa tövsiyə edib

BMU-da “Gənc Tədqiqatçıların VIII Beynəlxalq Elmi Konfransı” keçirilir

“Dəmiryol nəqliyyatı təyinatlı torpaqların sərhədlərinin kağız üzərində və elektron formada (ArcGİS proqramında mdb formatda) aktual qrafik təsviri”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Çinin lideri ilə Blinken arasında görüş gərgin keçib

Xocalı al lalələrlə bəzənib FOTO

Azərbaycan Prezidenti: Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq

Tələbələr beynəlxalq arxeoloji yay məktəbinə dəvət olunurlar

Minifutbol üzrə Azərbaycan millisinə yeni idman direktoru təyin edilib

Prezident İlham Əliyev: Azərbaycan Avropa üçün uzun illər bundan sonra da əhəmiyyətli tərəfdaş kimi olacaq

“Ehtiyat zabit hazırlığı kursu”na növbəti qəbul başlayır

Prezident İlham Əliyev: COP29 qarşıdurma arenası olmayacaq

Qırğız Respublikasının rəqəmsal inkişaf naziri “ASAN xidmət”in fəaliyyət istiqamətləri barədə məlumatlandırılıb

Bakıdakı Rus evində “Barokko” adlı musiqili gecə keçiriləcək

"Sabah"ı çempion edən baş məşqçi: Azərbaycanı Avropada təmsil etməyə hazırıq

Nərimanov rayonunda saxlanılan narkokuryerdən 5 kiloqram marixuana aşkarlanıb

Hərbi Prokurorluqda geniş kollegiya iclası keçirilib

Bakıdakı Rus evində “Azyaşlı” tamaşası nümayiş etdiriləcək

Aşqarlar Kimyası İnstitutunda “Sabahın alimləri” ilə görüş keçirilib

Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi və Bakı çempionatı başa çatıb

Prezident İlham Əliyev: Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk

Azərbaycan Prezidenti: Artıq 6 min keçmiş köçkün öz dədə-baba torpağına qayıdıb

Çində elektromobil satışları ildə 11,5 milyon ədədə çata bilər

Prezident: Təbii qaz təchizatçısı olan Azərbaycan Avropa üçün yaşıl enerji təchizatçısı da olacaq

“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb

Prezident İlham Əliyev: Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var

Türkiyə-Rusiya birgə monitorinq mərkəzindəki hərbi qulluqçular regionda sülhün təminatında böyük töhfələr veriblər

Dərinsulu Günəşli platformasında hasilat profilaktik işlər səbəbilə dayandırılıb

Sergey İstrakov: Regionun qurucu və münaqişəsiz inkişafı üçün mümkün olan hər şey edilib

Prezident İlham Əliyev Almaniyanın COP29 ilə bağlı Azərbaycana göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib

Azərbaycan alimi Özbəkistan universitetlərində mühazirə oxuyub

Olaf Şolts: Demarkasiya ilə bağlı əldə edilmiş ilkin razılıqlar bizi sevindirir

Prezident İlham Əliyev: Son müddət Almaniya-Azərbaycan əlaqələri sürətli inkişaf dövrünü yaşayır

Bakı dairəvi avtomobil yolunun bir hissəsində təmir işləri başa çatıb

Prezident İlham Əliyevin Berlində Kansler Olaf Şolts ilə geniş tərkibdə görüşü keçirilib   YENİLƏNİB

MEK əməkdaşları beynəlxalq konfransda məruzə ediblər

Azərbaycan millisinin voleybolçusu Macarıstanda daha bir medal qazanıb

Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə

® “GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək

Mahir Məmmədov: Gələn il bütün şahmatçılar Azərbaycan çempionatında iştirak edəcəklər

Finalda uduzan şahmatçı: İkinci yer də böyük uğurdur

General-polkovnik: Türkiyə-Rusiya hərbçiləri koordinasiyalı fəaliyyətin bariz nümunəsini sərgiləyiblər

Dubayın vəliəhdi “Dubai Reefs”in açılışını edib

Füzulidə daha 39 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB VİDEO

ETX “Məktəblinin dostu” layihəsinin regionlardakı əməkdaşları üçün təlim keçib

Prezident İlham Əliyevin Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə təkbətək görüşü olub YENİLƏNİB