DÜNYA


Nyu-Yorkda avtomobil yollarının hədsiz yüklənməsinə qarşı mübarizə planı qəbul edilib

Vaşinqton, 15 avqust, AZƏRTAC

Ekoloji qiymətləndirmənin çoxdan gözlənilən nəticələri bazar günü dərc edilib. Bu, Manhettəndə tıxaclara görə ödəniş alınmasına yol aça bilər.

AZƏRTAC xəbər verir ki, yeni planın son versiyasından asılı olaraq şəhərin Manhettendəki mərkəzi işgüzar rayona avtomobillə daxil olmağa görə sürücülərdən 9-23 dollar həcmində ödəniş alınması nəzərdə tutulur. 1-ci küçədən 60-cı küçəyə qədər yollarda hərəkət edən avtomobil sürücülərindən ödəniş elektron şəkildə tutulacaq. Kommersiya avtomobilləri və yük maşınları üçün gediş rüsumlarının məbləği 12-82 dollar arasında dəyişəcək. Taksi avtomobillərinin və servis nəqliyyat vasitələrinin sürücüləri Manhettənə daxil olmağa görə hazırda qüvvədə olan 2,50 və ya 2,75 dollar ödəməkdə davam edəcəklər. Bundan əlavə, tıxaclara görə yeni ödəniş tətbiq ediləcək.

Nyu-York Nəqliyyat İdarəsinin məlumatına görə, Manhetten rayonuna hər gün 8 milyon avtomobil daxil olur. Bu plana əsasən əldə ediləcək gəlirin ildə 1 milyard dollara bərabər olması gözlənilir. Əldə edilən pullar metronun və rayondakı avtobus sisteminin əsaslı təmirinə sərf ediləcək. Proqram həm də insanların şəxsi nəqliyyatdan istifadə etmək arzusunu azaltmaq üçün nəzərdə tutulub.

AZƏRTAC –ın Vaşinqton bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.