İQTİSADİYYAT
OPEC: Gələn il qlobal neft tələbatı artacaq
Bakı, 13 dekabr, Nihad Budaqov, AZƏRTAC
2018-ci ildə qlobal neft tələbatı artacaq.
AZƏRTAC xəbər verir ki, bu barədə Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) aylıq hesabatında deyilir. Bildirilir ki, noyabr ayında qlobal neft təklifi əvvəlki aya nisbətən 840 min barrel artaraq gündəlik 97 milyon 440 min barrelə yüksəlib. Ötən ay qeyri-OPEC ölkələrində neft hasilatı isə 810 min barrel artaraq gündəlik 57 milyon 820 min barrelə çatıb.
OPEC-in proqnozuna görə, gələn il qlobal neft tələbatı bu illə müqayisədə 1 milyon 510 min barrel artaraq gündəlik 98 milyon 450 min barrelə çatacaq. 2018-ci ildə OPEC-in neft tələbatı isə bu ilə görə 300 min barrel artaraq gündəlik 33 milyon 200 min barrel təşkil edəcək.
Gələn il qeyri-OPEC ölkələrinin neft təklifi 990 min barrel artaraq gündəlik 58 milyon 810 min barrelə çatacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]