“OPEC plus” ölkələri yenidən toplaşır
Bakı, 12 aprel, AZƏRTAC
Bu gün Bakı vaxtı ilə saat 20.00-da OPEC və qeyri-OPEC ölkələrinin nazirləri online formatda görüşəcəklər.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, görüş OPEC və qeyri-OPEC ölkələri nazirlərinin 9-cu iclasından irəli gələn məsələlər üzrə məsləhətləşmələr çərçivəsində baş tutacaq. Səudiyyə Ərəbistanının Energetika naziri şahzadə Əbdül Əziz bin Salmanın sədrliyi və Rusiyanın Energetika naziri Aleksandr Novakın həmsədrliyi ilə keçiriləcək görüşə OPEC və “Əməkdaşlıq Bəyannaməsi”ndə iştirak edən qeyri-OPEC ölkələrinin nazirləri qatılacaq. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov da “OPEC plus” ölkələri nazirlərinin müzakirələrində iştirak edəcək.
Xatırladaq ki, aprelin 9-da OPEC və qeyri-OPEC ölkələri nazirlərinin iclasında mayın 1-dən 2022-ci ilin aprelinədək gündəlik neft hasilatının üç mərhələ üzrə müvafiq olaraq 10-8-6 mln.barrel həcmlərində azaldılması barədə qərar qəbul edilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.09.2026 [14:06]
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
- 21.09.2026 [13:47]
Azərbaycandan Rumıniyaya xam neft ixracının dəyəri 35 faizdən çox artıb
- 21.09.2026 [12:45]
ASCO-nun quru yük gəmiləri ilə daşımaları 43 faiz artıb
Hörmüz boğazında gəmi vurulub
- [14:13]
Sabahın hava proqnozu açıqlanıb
- [12:31]
Bu saata olan əsas xəbərlər
- [12:00]