İDMAN


ÖZBƏKİSTAN OLİMPİADA QALİBLƏRİNİ MÜKAFATLANDIRACAQ

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, Özbəkistan Nazirlər Kabineti “Özbəkistan idmançılarının 2004-cü ildə Afinada keçiriləcək XXVIII yay Olimpiya oyunlarında iştirakının təmin edilməsi haqqında” qərar qəbul etmişdir. Qərarda Dövlət İdman Komitəsinə və Milli Olimpiya Komitəsinə Olimpiya oyunlarında iştirak edəcək ölkə yığma komandasının formalaşdırılmasını təmin etmək tapşırılmışdır.

Qərarda deyilir ki, Olimpiya oyunlarında qızıl medal alan idmançıya 100 min, gümüş medalçıya 50 min, bürünc medalçıya isə 25 min ABŞ dolları məbləğində mükafat veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.